Gönderi

1056 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 20 days
Kitab oxumaq sıxıcıdır deyən insanlara demək istəyirəm ki , başınızı o "mənasız" seriallardan qaldırıb kitab oxusaz hər şeyə başqa gözlə baxa bilərsiniz. Kitab oxumağı buna görə sevirəm. Bəlkə də heç vaxt yaşaya bilməyəcəyim şeyləri,keçirməyəcəyim hissləri oxuyub şahidi oluram. Bir insanın intiqam hissi ilə necə dola biləcəyinin, bunun üçün illərlə necə gözləyəcəyinin , bunun üçün nələr planlaşdıracağının şahidi oluruq . Bir intiqam ki, ilmək-ilmək toxunub. Bir insan neçə obraza bürünə bilər? Edmond Dantes , Monte Kristo kontu, Denizci Simbad, Rahip Busoni, Lord Wilmore və daha bir neçəsi.Belə bir intiqamı ancaq Monte Kristo Kontu ala bilərdi. Yakıştı abimee :D Kitabı oxuduqca başlarda Edmond Dantesin sevinci, sonra çarəsizliyini, daha sonra intiqam hissini sanki mən yaşadım. Kitab olduqca axıcı. 400.səhifədən sonra isə lap axıcı olur. Kitabda sevgi, paxıllıq,xəyanət, çarəsizlik,qısaca hər şey var. Yaxşı ki, oxudum dediyim bir əsər, şah əsər oldu . Kitab sanki hörümçək torudu ilmək-ilmək yazıçı üstündə işləyib. Hər bir hadisənin, hər bir cümlənin bir səbəbi və bir keçmişi olması məni kitaba daha çox bağladı. Əsərdə məni yoran sadəcə obrazların çoxluğu və birdən çox adlarının olması idi. Bir obrazdan 5 bölüm danışılmadıqda ,növbəti səfər adı keçəndə bu kim idi?deyə düşündüm çox səfər. Buna səbəb də adlar idi. Çünki bir adamın azı 3 adı var -_- 1)Vaftiz adı , 2)çox vaxt soyadlarla müraciət edirlər 3) bir də əlavə ünvanları beynim yandı demək olar. Amma dəydi oxuduğuma ^_^ Əgər Monte Kristo geri gəlməsəydi tale yenə onlar üçün belə bir gələcək hazırlayardımı? Bu sual isə sonda məni düşündürən sual oldu. Xoş mütaliələr ☆
Monte Cristo Kontu
Monte Cristo KontuAlexandre Dumas · İthaki Yayınları · 201026.2k okunma
·
55 views
Vəfa Hafiz okurunun profil resmi
Çox gözəl incələmə.😍😍👍
bookss okurunun profil resmi
😙😙
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.