Gönderi

512 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Salam. Bu gün “Dəli kür” romanı haqqında fikirlərimi bölüşəcəm. Bu roman Azərbaycan ədəbiyyatının seçilən əsərlərindən biridir. İsmayıl Şıxlı bu əsəri 9-10 il ərzində yazıb bitirib (1956-1966, 67-ci illər). Bəziləri deyir ki, Cahandar ağa İsmayıl Şıxlının babası olub, bəziləri də dayısı olduğunu qeyd edir. Yəni bu əsər həqiqətlər əsasında yazılıb. Əsərin başlanğıcında daha çox ailə-məişət problemlərinə yer verilsə də, sonradan mövzu tamam fərqli yönlərə şaxələnir. “Dəli kür”ün məzmunu çox əhatəli və genişdir. XIX əsrdə ölkəmizdə heç də təhsil, elm ürək açan olmayıb. Daha çox xürafatçılıq, mollaların din altında uşaqları təhsildən uzaqlaşdırmaları, insanların cahilliyi, bu kimi problemlər öndə olub və İsmayıl Şıxlı bütün bunları ustalıqla qələmə alıb, oxucuya çatdırıb. Bundan əlavə çar Rusiyası torpaqlarımızda müstəmləkəçilik siyasəti aparmaq istəyib. Həm Siyasi, həm də sosial problemlər “Dəli kür” romanında öz əksini tapıb. Amma o, yenə də torpağını almaq istəyənlərlə sonuna qədər vuruşur, mərdlik göstərir. Hadisələr, Cahandar ağanın evli qadını (Mələk) götürüb qaçırması ilə başlasa da, sonradan hər şey dəyişir. Cahandar ağa Göytəpə kəndinin sayılıb seçilən insanlardan biridir. Həm də evli və 3 yeniyetmə övladı var. Onun bağına daş atanın daşı özünə qayıdar. Namusu hər şeydən üstündür. Demək olar kənddə hər kəs ondan çəkinir və hörmət edir. Amma buna baxmayaraq o, qonşu kənddən Allahyarın arvadını qaçırıb özünə arvad edir. Bütün bunlardan sonra həm onun, həm də ailəsinin həyatı alt-üst olur. Cahandar ağa elə bir obrazdır ki, həm tənqidə, həm də alqışa layiqdir. Çünki çox mürəkkəb obrazdır. Bu obrazı dərk etmək çox çətindir. “Bir səhv insanın sonunu gətirə bilər” dediyim bir kitab oldu. Həqiqətən də Cahandar ağanın pis yoxsa yaxşı olmasına hələ də qərar verə bilməmişəm. Çünki düşünürəm necə ola bilər ki, öz namusunu hər şeydən qoruyan insan, başqasının namusuna əl uzadıb bütün həyatını məhv edə bilər?Bir insan həm qatil olub özünə nifrət yarada bilər, həm də canı qanı bahasına torpağını qoruyub sevgi qazana bilər?! Çox söz demək olar bu obraz haqqında. Amma oxuyub siz öz baxış bucağınızdan dəyərləndirin. Təbii ki, kitab təkcə Cahandar ağa ilə yekunlaşmır. Eyni zamanda burdakı qadınların həyatı ilə tanış oldum, iç dünyalarına daxil oldum. Əşrəfin, Əhmədin, Kipianin cəsarətini, dəyanətini alqışladım. Oxuyun oxutdurun. Oxuyan hər kəs, əminəm ki, romanı sevəcək.
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014766 okunma
··
753 görüntüleme
Aysel Abdullayeva okurunun profil resmi
Qəşəng incələmə olub.Əllərinizə sağlıq.
Təbəssüm Mustafaeva okurunun profil resmi
Çox sağ olun diqqət edib oxumusuz🥰😇
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.