Gönderi

Puan vermedi·168 syf.··
Beğendi
·
2021 24. kitabı
"Anneler bazen fazlaca baskıcıydı ama çocukların hepsi baskı altına alınmaya göz yummuyordu." - Görünürdə isə psiko qəhrəmanımız Norman Bates bu fikrin tam tərsini yaşayırdı. Gothic janrında olan Sapık əsəri əslən real hadisələrə dayanılaraq 90 ci illərin dillərdən düşməyən seriyalı qatili Ed Gein'ə xitabən yazılıb. Qatilimizi canlandıran Norman Bates'in uşaqlığına qədər uzanan psixoloji yaşantısı özündən savayı bir kimsənin diqqət mərkəzində olmayıb. Bütün arzu və istəklərini heçə sayan anasının Norman'a yaşatdığı travmanın səbəbi, ən qorxulu sirrə çevrilmişdi. Hansı ki, uzun illərlə Normanın vicdan əzabını bir nəbzə belə azaltmayıb. Əsərin psixoloji yöndən oxucuya çatdırılması vacib bəzi mesajlardan biri də valideyn övlad münasibətləridir. Bu hekayədə şiddətin rolu psixoloji basqıdan yol alaraq xəstə ruhlu qatilin yaranmasına təkan olar və burda valideynlərin də payı az olmaz. Norman'ın yaşlı, baxıma möhtac anasına olan məsuliyyəti onu "Bates Hotel"ə məhkum edər və 20 ilə yaxın sirrin pərdəarxasında baş verənlər qurbanlarına hotelin qapılarını açıq qoyar.
SapıkRobert Bloch · İthaki Yayınları · 2020862 okunma
·
391 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Möhtəşəm kitab idi.hər bir cümlə bir məna ifadə edir.
Vəfa Qəribli
Gönderi Sahibi
Həqiqətən elədir
Qorxuducu kitabdı? Maraqlı da gəldi , amma qorxu varsa , deyə də çəkindim 😂
Vəfa Qəribli
Gönderi Sahibi
Qorxunun görünməz zəncirini qırıb oxuyun. 😉