·188 syf.··Beğendi
···Okunma: 26 Mayıs 2021 15:13 Ümumiyyətlə,qadınların taleyindən bəhs edən kitabların çox maraqlı olduğunu düşünürəm.Və bu kitab da elə kitablardan biridir.Ən müsbət cəhəti isə çox axıcı olmağındadır.Məni ən çox düşündürən Sarah'ın həyatı oldu.Bir insan heç vaxt nəyi isə öz həyatının mərkəzi etməməlidir.Bu hər şey ola bilər.Kariyerası,yoldaşı,dostları.Çünki o mərkəz dağıldıqda həmin insanın həyatı da dağılmış olur.Sarah güclü bir qadın idi ki,o dağıntılarla vuruşmağı qəbul etdi,həyatdan əlini üzmədi,əksinə daha bərk tutundu.Və özünü bir başqası kimi yox özü kimi qəbul etdi.