Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

83 syf.
7/10 puan verdi
·
6 saatte okudu
Oxuyub-oxumamaqda qərarsız idim. Ancaq oxumağa qərar verdim, hətta 10 səhifə oxuduqdan sonra oxumağı dayandırmaq istədim. Yenə də oxudum. :) Kitabın ilk səhifələri çox sıxıcı idi, hətta bəzən sadəcə oxuyurdum, oxuduğumu anlamadan... Kitabda adı verilməyən o şəxlə Dr. B. arasında olan söhbət, yəni Dr. B. - nin həyatında baş verənləri danışmağa başladıqdan sonra hadisələr bir az maraqlı gəldi. Sonda Ahmet Cemal'ın da dediyi kimi (əslində, bunu Zweig üçün demişdi), kitabı oxuyanda sanki “karamsar atmosfer”ə daxil oluruq (yaranır). Ən əsas da son səhifələrdə. Czentovic və Dr. B. - nin şahmat oynadığı hissə maraqlı idi, amma ilk oyunun sonunda Czentovic-in məğlubiyyəti qəbul etməyib şahmat taxtasının üzərindəki daşları devirməsi əsəb etdi. Hansı ki, Czentovic obrazı dünya üzrə şahmat çempionunun qalibidir. Sonda isə yeni oyun zamanı Czentovic-in oyun zamanı çox gözləməsi, ki bunu bilərəkdən edirdi, bu da əsəb edici idi. Bir sözlə, Czentovic, səndən nifrət etdim.
Satranç
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020236,4bin okunma
·
221 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.