9/10
·362 syf.··
2021 28. kitabı
·
6 günde okudu
·
Okunma: 09 Haziran 2021 02:28
Bu yazı sırf əsər sonu və obrazlar barədə fikirlərimdən (boşboğazlığımdan) ibarətdi, spoiler istəməyən oxumasın. Uğultulu Tepeler. Və ya Tufanlı Yoxuşlar. İnci Zadə şahiddi, məni indiyədək bu qədər emosiyadan emosiyaya atladan, əsəbləşdirən kitab olmamışdı. (Watty hekayələrini nəzərə almıram, çünki əsəbləşmə səbəblərim fərqlidi shshsh) Alın sizə bir not, 3-5 il sonra mənə beyin xərçəngi diaqnozu qoyulsa, səbəbi mütləq bu kitab olacaq. İlk əvvəl bunu deyim ki, əsəri çox sevənlər qədər, sevməyənlər də kifayət qədərdir və məncə onların səbəbi hekayəyə, obrazlara empatiya qura bilməmək olub. Amma bu oxuyanın empatiyasız olmasına görə deyil qətiyyən. Yazıçı Emily özü necə bir beynə sahib imiş, mənə çox maraqlıdı, çünki əsərindəki demək olar bütün obrazlar həddindən artıq əsəb pozan, toksik xarakterli insanlar idi... Kitabın ortalarından sonuna qədər bu insanları anlamaq, hətta onlara dözmək belə çox çətin oldu mənim üçün. Gələk kitabın mövzusuna. Kitabın mövzusu nədir ? Eşq mi? Deməzdim.. Mənim müşahidə etdiyim ; Catherine Heathcliff'ə aşiq deyildi, heç deyildi. Ona sadəcə uşaqlıqdan gələn güclü bir bağla bağlı idi. Əlbəttə, bu bağ, bu sevgi görməzdən gəlinməzdi, ancaq adı da eşq deyildi. Buna görədi ki, Heathcliff evlənəndə qızdan qəzəblənməyini ya da qısqandığını göstərən başqa hansısa reaksiya gözləyir, görmədikdə qəzəblənir. Catherine'nin isə tək dərdi baldızına oğlanın əsl üzünü göstərmək olur, bacarmadıqda da bu mövzudan əl çəkir. Əsərin mövzusu intiqamdır ? Heathcliff'in intiqamı demək olardı bəlkə... Amma ona elə əsas əsəbləşdiyim nöqtə burasıdır. Adam ona uşaq vaxtı pislik edənlərdən intiqam almadı. Catherine'yə incik deyildi, Hindley'in isə birbaşa özünə əslində heç nə etmədi. O Catherine'nin qızını, Hindley'in oğlunu, Linton'u, İsabella'nı, İsabella'dan olan oğlunu məhv etməyə çalışdı. Ona edilən haqsızlıqlara görə çox pis olmuşdum, içimdə bir sevgi bəsləyirdim, amma nəticədə... Heathcliff öləndə heç nə hissetmədim, pis olmadım. Hətta niyə bu qədər uzun yaşadı deyə düşündüm. Kitabda - Heathcliff xaric - sonda hamıya empatiya qura bildim. Ancaq əsl bağ qura bildiyim 2 insan oldu. Birincisi, Hareton. Bu uşağa qarşı hamının haqsızlıq etməsi, onun verdiyi reaksiyalar, əsəbi, incikliyi, cahilliyindən qurtulmaq üçün çalışması... Çox başqa idi. İkinci insan isə, Nelly idi. Nelly əslində əsəein başından sonuna, neçə illik hekayədə ağlı başında yeganə insan idi. Bir qulluqçu kimi məcbur olmasa da, hər 2 evdə sahiblərinə sonuna qədər vəfalı qalması, uşaqların hamısına himayə durması... O şən, maraqlı xarakteri gözəl idi. Əslində, o da olmasa kitab heç çəkilməzdi yəqin ki shshshx. Sevmədiyim bir neçə məqamı desəm ; İlki, təbii ki, adlar idi. İlahi, sanki dünyada başqa ad yox imiş kimi, hamı uşağa anasının, dayısının adını verir. Xüsusən, 3 Catherine'lar üçün kim kimdir, anlayana qədər əsəri yarılamışdım. İkinci məqam istisnasız hər kəsin bütün hissini, emosiyasını, mənfi xarakterini qabarıq yaşaması idi. Yəni, kindar olanının kini ilə heç dəvə də yarışa bilməz, eqoist olanın burnu Everest zirvəsinə çatır, özünü bəyənmişin hərəkətləri bir başqa və s. Bu tip insanlar realda da var, təbii ki. Amma 2 evdəki o qədər adamın hamısı belə olanda əsər oxuduqca sadəcə olaraq, yorur. Son olaraq isə, Heathcliff heç də dünyanın ən cazibədar insanı deyildi, nə xarici görkəm, nə danışıq, hərəkətlər baxımından. Amma niyəsə kitabdaki bütün qadınlar ilk başda ona mütləq inanır, sonra da əzab çəkir. Yazıq, Nelly bir adamı inandıra bilmirdi ki, Heatcliff göründüyü kimi (ki adam çox qeyri-adi rola da girmirdi axı, insafff) deyil, aldanmayın... Bu qədər axmaqlıq nəsildən mi keçir, ya nə, bilmirəm. Ancaq kitabın haqqını da verməliyəm. Emily dövrünə görə, bir qadına qarşı toplumun gözləntilərinə görə olduqca fərqli, özünəməxsus, kəskin düşüncəli obrazları olan roman yaza bilib. Hətta, elə ki, ədəbi tənqidçilər əsərin müəllifinin bir xanım olmasına inanmırdılar və Charlotte Bronte bu barədə ədəbiyyat birliyinə açıqlama verib hekayənin bacısına məxsusluğunu təsdiqlətməli olur... Kitabda nə qədər əsəb keçirtsəm də, emosional olaraq doyurucu roman idi, mənə nələrsə qazandırmağı, öyrətməyi bacardı. Özlüyümdə, "kaş ki, Emily daha çox yaşayardı, başqa əsərlər yazardı" deyə də düşündüm... Məndən bu qədər. Brontelərdən (Agnes Grey romanı əlçatan deyil hələ ki) 2 dəyərli əsər oxudum,məmnun oldum. Şəxsi fikrim ; Jane Eyre çox daha yaxşı idi və onun məndə fərqli bir izi olacaq. Amma Uğultulu Təpələr də keyifli klassika idi. Bronteləri oxuyun, oxudun, yoldaşlar. Xoş oxumalar☆
Uğultulu TepelerEmily Brontë · Bordo Siyah Yayınları · 201558bin okunma
·
1 +1'leme
·
380 Gösterim
14 Yorum
Lütfen giriş yapınız.
Emily'nin bu əsəri olduqca mənfi duyğularla yüklüydü və qadın da çatdırmaq istədiyi fikirləri bu cür özünə xas üslubla çatdırıb. Tənqidçilərin çoxunun bu əsəri "Jane Eyre"dən üstün tutduğunu bilirdin? Məncə, məhz üslub fərqi və də yazıçının tək əsəri olması ilə bağlıdır. Və Emily yaşasa yazacağı əsərlər mənə də maraqlıdı. Emily hislərə dərindən girə və onları qarşı tərəfə ötürə bilir. Bu cəhətdən qəşəng əsərlər yaza bilərdi.
Tinuviel
Gönderi Sahibi
Anladım😃😁
Hareton 🥺 Mənim içimi sızladan salak Hareton. Tüm mutlulukları hak edir o🤧
Tinuviel
Gönderi Sahibi
Seviliyoreeğğ🤣💜
Məncə də, Bronteləri oxuyun, oxutdurun he he he. Şərh tam düşündüyüm kimi, möhtəşəm alınıb, əllərinə sağlıq, my diamond🤩💜
Tinuviel
Gönderi Sahibi
Şərhim adi idi, sizin şərhlərinizlə gözəlləşdi, xaam🌚 Təşəkkürlər. Oxuyan gözlər, yorumlayan əllər sağ olsundu💜
Və mənim üçün də "Jane Eyre" bir başqadır. Üzümü gülümsədən o dialoqlar, gərilim və həyəcan, Jane'nin saf və qırılmaz xarakteri. Əslində bacıların ümumən yazı tərzləri oxşardır, elə buna görə də xarakterlər üzərindən əsər müqayisəsi aparmaq istəmirdim. Amma "Uğultulu Tepeler" təkrar, dönə-dönə, xoş anılarla oxuyacağım kitab deyil, təəssüf ki. Kim ikinci dəfə əsəb keçirmək istər ki? :d. "Jane Eyre" isə elə deyil, dəfələrlə oxuyar, film və dizisini də dəfələrlə izlərəm. P. S. : "Uğultulu Tepeler"in kitabı o qədər əla təəssürat yaratdı ki, film ya da dizisini izləməyə cəhd belə etmədim 😂
Tinuviel
Gönderi Sahibi
Oıa bilir, evet🌚
Amma bax Catherine Heathcliff'i tanıyırdı da. Orda Nelly qıraqda qalsın, Catherine o qədər baldızına söz dedi, başa saldı. Qız tutdurub, Heathcliff'ə inanacam deyə. Di hı, inan🤣
Tinuviel
Gönderi Sahibi
Çox🤦🏻‍♀️🤣
Reklam
Adları demə e😂 Anlayana kimi beynim yanmışdı, oysa mən Jane Eyre kimi dümdüz hekayə gözləyirdim
Tinuviel
Gönderi Sahibi
Hə, maraqlı və kədərli həyat.😕
Nelly heç də. Bəzi məqamlarda atmacalarından da qalmırdı, ləzzət edirdi🤣
Tinuviel
Gönderi Sahibi
Yav hə. O hallarını da ayrı sevirdim shshshsb