Gönderi

362 syf.
9/10 puan verdi
·
6 günde okudu
Bu yazı sırf əsər sonu və obrazlar barədə fikirlərimdən (boşboğazlığımdan) ibarətdi, spoiler istəməyən oxumasın. Uğultulu Tepeler. Və ya Tufanlı Yoxuşlar.
İnci Zadə
İnci Zadə
şahiddi, məni indiyədək bu qədər emosiyadan emosiyaya atladan, əsəbləşdirən kitab olmamışdı. (Watty hekayələrini nəzərə almıram, çünki əsəbləşmə səbəblərim fərqlidi shshsh) Alın sizə bir not, 3-5 il sonra mənə beyin xərçəngi diaqnozu qoyulsa, səbəbi mütləq bu kitab olacaq. İlk əvvəl bunu deyim ki, əsəri çox sevənlər qədər, sevməyənlər də kifayət qədərdir və məncə onların səbəbi hekayəyə, obrazlara empatiya qura bilməmək olub. Amma bu oxuyanın empatiyasız olmasına görə deyil qətiyyən. Yazıçı Emily özü necə bir beynə sahib imiş, mənə çox maraqlıdı, çünki əsərindəki demək olar bütün obrazlar həddindən artıq əsəb pozan, toksik xarakterli insanlar idi... Kitabın ortalarından sonuna qədər bu insanları anlamaq, hətta onlara dözmək belə çox çətin oldu mənim üçün. Gələk kitabın mövzusuna. Kitabın mövzusu nədir ? Eşq mi? Deməzdim.. Mənim müşahidə etdiyim ; Catherine Heathcliff'ə aşiq deyildi, heç deyildi. Ona sadəcə uşaqlıqdan gələn güclü bir bağla bağlı idi. Əlbəttə, bu bağ, bu sevgi görməzdən gəlinməzdi, ancaq adı da eşq deyildi. Buna görədi ki, Heathcliff evlənəndə qızdan qəzəblənməyini ya da qısqandığını göstərən başqa hansısa reaksiya gözləyir, görmədikdə qəzəblənir. Catherine'nin isə tək dərdi baldızına oğlanın əsl üzünü göstərmək olur, bacarmadıqda da bu mövzudan əl çəkir. Əsərin mövzusu intiqamdır ? Heathcliff'in intiqamı demək olardı bəlkə... Amma ona elə əsas əsəbləşdiyim nöqtə burasıdır. Adam ona uşaq vaxtı pislik edənlərdən intiqam almadı. Catherine'yə incik deyildi, Hindley'in isə birbaşa özünə əslində heç nə etmədi. O Catherine'nin qızını, Hindley'in oğlunu, Linton'u, İsabella'nı, İsabella'dan olan oğlunu məhv etməyə çalışdı. Ona edilən haqsızlıqlara görə çox pis olmuşdum, içimdə bir sevgi bəsləyirdim, amma nəticədə... Heathcliff öləndə heç nə hissetmədim, pis olmadım. Hətta niyə bu qədər uzun yaşadı deyə düşündüm. Kitabda - Heathcliff xaric - sonda hamıya empatiya qura bildim. Ancaq əsl bağ qura bildiyim 2 insan oldu. Birincisi, Hareton. Bu uşağa qarşı hamının haqsızlıq etməsi, onun verdiyi reaksiyalar, əsəbi, incikliyi, cahilliyindən qurtulmaq üçün çalışması... Çox başqa idi. İkinci insan isə, Nelly idi. Nelly əslində əsəein başından sonuna, neçə illik hekayədə ağlı başında yeganə insan idi. Bir qulluqçu kimi məcbur olmasa da, hər 2 evdə sahiblərinə sonuna qədər vəfalı qalması, uşaqların hamısına himayə durması... O şən, maraqlı xarakteri gözəl idi. Əslində, o da olmasa kitab heç çəkilməzdi yəqin ki shshshx. Sevmədiyim bir neçə məqamı desəm ; İlki, təbii ki, adlar idi. İlahi, sanki dünyada başqa ad yox imiş kimi, hamı uşağa anasının, dayısının adını verir. Xüsusən, 3 Catherine'lar üçün kim kimdir, anlayana qədər əsəri yarılamışdım. İkinci məqam istisnasız hər kəsin bütün hissini, emosiyasını, mənfi xarakterini qabarıq yaşaması idi. Yəni, kindar olanının kini ilə heç dəvə də yarışa bilməz, eqoist olanın burnu Everest zirvəsinə çatır, özünü bəyənmişin hərəkətləri bir başqa və s. Bu tip insanlar realda da var, təbii ki. Amma 2 evdəki o qədər adamın hamısı belə olanda əsər oxuduqca sadəcə olaraq, yorur. Son olaraq isə, Heathcliff heç də dünyanın ən cazibədar insanı deyildi, nə xarici görkəm, nə danışıq, hərəkətlər baxımından. Amma niyəsə kitabdaki bütün qadınlar ilk başda ona mütləq inanır, sonra da əzab çəkir. Yazıq, Nelly bir adamı inandıra bilmirdi ki, Heatcliff göründüyü kimi (ki adam çox qeyri-adi rola da girmirdi axı, insafff) deyil, aldanmayın... Bu qədər axmaqlıq nəsildən mi keçir, ya nə, bilmirəm. Ancaq kitabın haqqını da verməliyəm. Emily dövrünə görə, bir qadına qarşı toplumun gözləntilərinə görə olduqca fərqli, özünəməxsus, kəskin düşüncəli obrazları olan roman yaza bilib. Hətta, elə ki, ədəbi tənqidçilər əsərin müəllifinin bir xanım olmasına inanmırdılar və Charlotte Bronte bu barədə ədəbiyyat birliyinə açıqlama verib hekayənin bacısına məxsusluğunu təsdiqlətməli olur... Kitabda nə qədər əsəb keçirtsəm də, emosional olaraq doyurucu roman idi, mənə nələrsə qazandırmağı, öyrətməyi bacardı. Özlüyümdə, "kaş ki, Emily daha çox yaşayardı, başqa əsərlər yazardı" deyə də düşündüm... Məndən bu qədər. Brontelərdən (Agnes Grey romanı əlçatan deyil hələ ki) 2 dəyərli əsər oxudum,məmnun oldum. Şəxsi fikrim ; Jane Eyre çox daha yaxşı idi və onun məndə fərqli bir izi olacaq. Amma Uğultulu Təpələr də keyifli klassika idi. Bronteləri oxuyun, oxudun, yoldaşlar. Xoş oxumalar☆
Uğultulu Tepeler
Uğultulu TepelerEmily Brontë · Bordo Siyah Yayınları · 201542,7bin okunma
·
1 artı 1'leme
·
340 görüntüleme
Tinuviel okurunun profil resmi
Gündüz bundan daha uzun bir şərh yazdım və yaddaşda saxlamadan applikasiyadan çıxdığım üçün silindi. İndi yazdığım şərh isə, emosiyalarımın artıq sakitləşmiş və düşüncələrimin də dağılmış halıdı. Nə dərəcə yaxşı alınıb bilmirəm. Olduğu qədər işte fnfnfnd.
Bu yorum görüntülenemiyor
İnci Zadə okurunun profil resmi
Hareton 🥺 Mənim içimi sızladan salak Hareton. Tüm mutlulukları hak edir o🤧
Tinuviel okurunun profil resmi
Hareton çox başqa yaa.. Onun haqqında yazsaq, gərək ayrıca şərh yazaq.
4 sonraki yanıtı göster
İnci Zadə okurunun profil resmi
Emily'nin bu əsəri olduqca mənfi duyğularla yüklüydü və qadın da çatdırmaq istədiyi fikirləri bu cür özünə xas üslubla çatdırıb. Tənqidçilərin çoxunun bu əsəri "Jane Eyre"dən üstün tutduğunu bilirdin? Məncə, məhz üslub fərqi və də yazıçının tək əsəri olması ilə bağlıdır. Və Emily yaşasa yazacağı əsərlər mənə də maraqlıdı. Emily hislərə dərindən girə və onları qarşı tərəfə ötürə bilir. Bu cəhətdən qəşəng əsərlər yaza bilərdi.
Tinuviel okurunun profil resmi
İlk başda tərsi imiş, Jane Eyre şedevr sayılırmış, sonradan UT daha ön plana çıxıb, daha bənzərsiz sayılıb. Razılaşacağım bir düşüncə olardı, yəqin ki. Bəlkə, çox qəşəng əsərlər yazardı, bəlkə də, uğuru sadəcə bir dəfəlik idi ; yəni hisslərini, düşüncələrini bütünlüklə bir kitaba bəxş edib bitirəcəkdi, daha yaxşısı alınmayacaqdı. Kim bilir...
4 sonraki yanıtı göster
İnci Zadə okurunun profil resmi
Adları demə e😂 Anlayana kimi beynim yanmışdı, oysa mən Jane Eyre kimi dümdüz hekayə gözləyirdim
Tinuviel okurunun profil resmi
Emili'nin zehni nəsə normal deyil. Mən buna əminəm bircə🤣
3 sonraki yanıtı göster
İnci Zadə okurunun profil resmi
Amma bax Catherine Heathcliff'i tanıyırdı da. Orda Nelly qıraqda qalsın, Catherine o qədər baldızına söz dedi, başa saldı. Qız tutdurub, Heathcliff'ə inanacam deyə. Di hı, inan🤣
Tinuviel okurunun profil resmi
Hə, amma bunu biri etsə, tamam. Əsərdə Nelly xaric bütün qızların ona tutulduğu, onu dibinə qədər müdafiə etdikləri bir dönəm olurdu. Bu da yethəəər dedirtdirirdi adama dndndnddn
2 sonraki yanıtı göster
İnci Zadə okurunun profil resmi
Və mənim üçün də "Jane Eyre" bir başqadır. Üzümü gülümsədən o dialoqlar, gərilim və həyəcan, Jane'nin saf və qırılmaz xarakteri. Əslində bacıların ümumən yazı tərzləri oxşardır, elə buna görə də xarakterlər üzərindən əsər müqayisəsi aparmaq istəmirdim. Amma "Uğultulu Tepeler" təkrar, dönə-dönə, xoş anılarla oxuyacağım kitab deyil, təəssüf ki. Kim ikinci dəfə əsəb keçirmək istər ki? :d. "Jane Eyre" isə elə deyil, dəfələrlə oxuyar, film və dizisini də dəfələrlə izlərəm. P. S. : "Uğultulu Tepeler"in kitabı o qədər əla təəssürat yaratdı ki, film ya da dizisini izləməyə cəhd belə etmədim 😂
Tinuviel okurunun profil resmi
Əslində, 100% əminliklə deyə bilərəm ki, bu əsərin filmi uğursuz alınar. Çünki o qədər çox hadisə, emosiya var ki, 2 saatlıq filmlə ifadə edilməz. Mini serial uğurlu alınar, amma sən deməli, təkrar əsəb keçirtmək fikrim qətiyyən yoxdu🤣🤣 İllər sonra şəxsi kitabxanam olsa, bu əsərin çap halını əldə edib ora əlavə etsəm, o zaman təkrar göz ataram. Amma belə də, mən də vidalaşdım. Jane Eyre ilə isə ara-sıra görüşəcəm mütləq🌚
2 sonraki yanıtı göster
İnci Zadə okurunun profil resmi
Eynən, eynən, şahidəm və özüm də yaşamışam 😂 Əsəbləriniz zəifdisə, ya da haqsızlığa çox içdən reaksiya verən birisinizsə, nəzərə alın bunları :d
Tinuviel okurunun profil resmi
Ayda, cidden bəlkə də, səbəb bu idi ee. Haqsızlığa qarşı dəli oluram və kitabda durmadan biriləri haqsızlığa uğrayır, amma haqqı alınmır. Lanet olsunğğ🤣
1 sonraki yanıtı göster
İnci Zadə okurunun profil resmi
Emily ilə bağlı bir neçə məqam düşünmüşdüm. Yaxşı yadıma düşdü. Mütləq müzakirə edək bunu, ağlımda pazllar var.
Tinuviel okurunun profil resmi
Aha, təbii ki. Hətta etməzsək ayıb olsun bizə😃
1 sonraki yanıtı göster
İnci Zadə okurunun profil resmi
Catherine'nin sevgisi də, nifrəti də küstahca idi. Olduqca eqoist xarakter idi, məncə. Heathcliff'i sevirdi, ya da sevdiyini sanırdı. Sonra da guya öz aləmində də hamı üçün yaxşı olan qərarı alıb asana qaçırdı. Məncə, nə ana, nə də qız, heç biri dərin hislər bəsləyəcək kapasiteye sahib deyildi.
Tinuviel okurunun profil resmi
Hislərini çox coşğulu yaşayırdılar, amma təəssüf ki, sadəcə səthidə. İkisi də dərin hisslərə, dərin düşüncələrə sahib insanlar deyildilər. Heathcliff özü sevgiyə çox da layiqmiş kimi görünmür, amma Hareton'a yazık. Xoşbəxt olacağına əmin deyiləm...
1 sonraki yanıtı göster
14 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.