Gönderi

328 syf.
7/10 puan verdi
·
Liked
"Uşaq ürəyi" adlı bu kitabda ilk diqqəti çəkən elə əsərin adıdır. Hər nə qədər öz adı "cuore" - yəni "qəlb" olsa da, mən "Uşaq ürəyi" adını daha uyğun gördüm. Əsər Enrico adlı 3-cü sinifdə oxuyan bir oğlan uşağının günlüklərindən ibarətdir. Yəni biz hadisələrə, həyata Enriconun qəlb dünyası ilə baxır, onunla öyrənirik. Ümumilikdə isə, əsər uşaqlardan bəhs etdiyi üçün, məktəb həyatı və fərqli-fərqli uşaqların dünyası, onların qəlblərində daşıdıqları duyğuları - hüzünləri, sevinc və həyəcanlarını müşahidə etmiş oluruq. Qısacası, yazıçı unutduğumuz uşaqlığımızı, o saf dünyanı xatırladır bizə bir növ. Burada biz Enriconun məktəbini, müəllimlərini və sinif yoldaşlarını tanıyırıq. Əsər vasitəsilə mən bir daha məktəbin nə qədər önəmli və dəyərli bir yer olduğunu öyrəndim. Uşaqlar başqaları ilə münasibət qurmağı, başqasının dərdinə yanmağı, uğuruna sevinməyi məhz məktəblə öyrənir. Biz Enriconun fərqli sosial təbəqələrdən olan sinif yoldaşları vasitəsilə, onların problemlərini, həyat tərzlərini görür və hər birindən özümüzə müxtəlif dərslər çıxarırıq. Yazıçı sadəcə bununla məhdudlanmayıb, eyni zamanda, 9 hekayə də daxil edərək əsəri zənginləşdirib. Bu hekayələrin hər birində yaşı kiçik olsa da böyük cəsarət istəyən, böyük qəhrəmanlıqlar göstərən uşaqları görürük. Hər hekayə bizə fərqli məziyyətləri sevdirir : vətənpərvərlik, qorxmazlıq, qədirkeşlik, fədakarlıq, mərhəmət, peşmanlıq, əzmkarlıq, mərdlik və s. Əsərdə ən çox bəyəndiyim xüsuslardan biri ata və ananın ara-ara Enriconun günlüyünə tövsiyə xarakterli qeydlər düşməsi idi. Hər nə qədər bu qeydlərdə bəyənmədiyim bəzi məqamlar olsa da, fikri bəyəndim və valideyn olaraq özüm də tətbiq etməyi düşünürəm.
Çocuk Kalbi
Çocuk KalbiEdmondo De Amicis · Türkiye İş Bankası Kültür Yayınları · 202117.5k okunma
·
524 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.