Gönderi

İlqar Kamil
Görmək şərt deyil, qızım, bəzən tüstüdən bilərsən hardasa bir yanğın olduğunu görməzsən gözlərinlə bilməzsən kimdir yanan, nədir yanan; baxarsan uzaqdan əlini alnına qoyub deyərsən ki, köhnə bir daxmadır yəqin, ya da taxılı biçilmiş lazımsız zəmi nə biləsən,  bəlkə də böyük bir meşədir yanan! Sən su ol,  amma onlara inanma, incəciyim, islanmışın da yağışdan qorxusu olmalı,  olmalı; islanmaq başqa culumbur olmaq başqa! Və nəticədə bəzən səbəb də biz olarıq, nəticə də. Məsələn, nənənə dedim ki, bir dəfə yuxuda ölüm səfərin niyə belə dönüşsüz oldu, anacan? "Sən haçan var gücünlə çağırdın ki, dönmədim?" dedi; bu qədər bəsit, bu qədər sadə! Odur ki, məndən nağıl istəmə daha,  məsum körpəm! Tapdanmış insan hüquqları qədər əzikdi dilim, icra olunmayan qanunlar qədər formal; Dünya yaşlandıqca hamımız başqa olmağa, başqalaşmağa başlamışıq indi ən çətini özümüz olmaq - biz olmaq, mən olmaq, sən olmaq... bilirsən,  necə deyim, ay dilimin nəğməsi əllaməliyin çox asan olduğu bu zamanda ən çətini  sənin kimi içdən olmaq!
·
36 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.