Gönderi
admiral914
Abaddon'u inceledi.
384 syf.
·
34 günde
·
Beğendi
·
10/10 puan
Kitabı çoxdan oxuyub bitirmiş olsam da rəyini indi yazıram. Deməli kitab dedektiv-psixoloji roman janrındadır. Baş qəhrəmanımız Şon Onil öz bölgəsində adını eşitdirmiş profesional dedektivdir. Arthur Conan Doylun Sherlocku ,Agathanın Poirotu necədirsə , Rövşənin Şon Onili də elədir. Bu dedektivimizin gələcəktə başqa məcəralarını da oxumağı çox istiyərəm. Deməli əlimizdə silsilə qətllər var və Şon Onil bir-biri ilə heç bir bağlantısı olmayan və hər biri digərindən qəribə halda işlənmiş cinayətlər üzərində iş aparır. İndiyə qədər çox da fazla cinayət temalı roman oxumamış olsam da ciddən cinayətlərin ayrıntıları çox profesionalca yazılıb. Bu cəhətdən yazarı alqışlayıram. Cinayəti açmaqda Şon Onilə Erin Parker əməkdaşlıq edir. Erin cinayətkarın psixologiyasını anlamaq üzrə bir çox tədqiqatlar aparır. Belə danışanda kitab çox sadə görünür. Adam deyir elə bütün dedektiv kinoları kimidir. Amma inanın oxuyan hərkəsi sonunda məəttəl qoya biləcək məncə. Üstəlik yazarın yazım stili bu kitabda da özünü göstərir, kitabda romantika, psixologiya, dram, hələ Şon Onilin məni güldürən fantastik zarafatları, cinayət, mifologiya, dinlər hər şey birləşib. Bu da bir kitabdan olan gözləntilərinizi kifayət qədər qarşılayar məncə. Fikrimcə Rövşən Abdullaoğlunun yazdığı ən yaxşı əsəri budur. Üstəlik özü də bir dəfə TV'də kitabın 2ci hissəsini yazacağını demişdi. Səbirsizliklə gözləyirəm.
Abaddon
9.0/10
· 140 okunma
OKUYACAKLARIMA EKLE
13
Beğeni
Yorum yapabilmek için giriş yapmanız gerekmektedir.
En Yeniler