Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

onda men var idim
Onda və indi Onda başqa idin,indi başqasan... Onda eşqin vardı,indi qəmin var. Onda tək deyildin bu yer üzündə Onda mən var idim,indi kimin var? Onda isti idi ürəyin sənin... Indi qəm soyuğu dondurub səni. Bir zaman “həyatım” dediyin insan Bəlkə milyon dəfə sındırıb səni. Onda hər dəqiqən ağ olduğundan Saçların qaraydı gecələr kimi... İndi günlərinin qaralığından Saçların ağarıb nənələr kimi... İndi dodağın da qabar bağlayıb, Eləbil cəhənnəm odundan çıxıb. İndi gör nə qədər ağlamısan ki, Deyəsən,gülmək də yadından çıxıb... Onda mən var idim,bunu unutma, Ümid böyüdürdüm sənə anbaan.. Məndən utanmırsan,özün bilərsən. Barı o yarımçıq ümiddən utan... İndi çox peşmansan,bilirəm bunu... Əlin ətəyimdən üzülü qalmış. İndi üzün də yox məktub yazmağa, Sözün sətirlədə düzülü qalmış... Onda tək deyildin bu yer üzündə, Onda mən var idim,indi kimin var?
·
128 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.