·712 syf.··Beğendi
···Okunma: 30 Mayıs 2021 00:14 Amerikan Tanrıları - Neil Gaiman
May ayının ikinci və sonuncu kitabı ilə qarşınızdayam.
Müəllif mənim üçün hər zaman maraqlı gəlirdi. Və ilk tanışlıq üçün bu əsəri seçməyimə səbəb mifalogiya ilə bağlılığı və Netflixdə serialının olması idi.
Mövzu Gölge adlı birinin həbsdəki səhnəsi ilə başlayır. Azadlığına qovuşacağı günü gözləyərkən aldığı bir xəbər onu çox sarsır. Azadlığına qovuşduğu gün Çarşamba adlı biri ilə qarşılaşır və iş təklifi ilə həyatı dəyişir. Tanrılar, mifaloji varlıqlar, Odin, Loki və digərləri sirlər və savaşla dolu bir həkayədə rol oynayacaqlar.
Əsərdə yalnız fantastik bir hekayə oxusaq da burada din və siyasətin də izlərini görürük. Gölgə və İsa qarşılaşması da sonda müəllif tərəfindən əsərə əlavə olunmuşdur. Eyni zamanda müəllif əsəri yazarkən hadisələrin keçdiyi yerlərə getmiş, zaman məkan uyğunluğunda iştirak etmişdir. Bir ingilis olaraq Amerika haqqında yazmaq cəsarəti üçün də müəllifi təbrik edim Əsər bir çox mükafata da layiq görülüb.
Mənim fikrimə gəlincə, may ayı mənim üçün ilin ən çətin zamanlarından olsa da həcmi 707 səhifə olan bu əsəri niyə seçdim bilmirəm. Amma ay bitməmiş kitabi bitirdim. Bəyəndim mi? belə cavab verim. Əsəri oxuyanlar ya heç sevmir ya da çox sevir. Mən ikisinin ortasıyam deyim.
Əsərə ayırdığım vaxta, müəllifin əziyyətinə hörmətlə pisləmək istəmirəm ancaq gərəksiz uzadılmış bir əsərdir.
Axıcılığı, yaratdığı dünya, özəlliklə Loki üçün oxumaqdan məmnunam.
5.5/10
Uzun bir səyahət oldu.