Gönderi

... Mən istəyirəm: Buludlar ağlasın uşaqlar ağlamasın analı ya anasız. Mən istəyirəm: Güllər açılsın, Güllələr açılmasın, amanlı ya amansız. Mən istəyirəm: Qapılar qapansın soyuq olanda hava. Gözlər qapanmasın, sözlər qapanmasın. Mən istəyirəm: Yanğınlar sönsün, ümidlər sönməsin. Meyvələr dəysin öz fəslində. Ürəklərə söz dəyməsin. Bəhərdən budaqlar əyilsin. İnsan başını əyməsin, xəcalətdən ya gücsüzlükdən. Axsın bulaqlar göz yaşı kimi, torpağın üzərində. Göz yaşı bulaq kimi axmasın dünyanın heç bir yerində. Hər şey insana baxsın. İnsan ələ baxmasın. Gecələr ulduzlar oyaq olsun. İnsanlar yatıb dincəlsin; qüvvət toplasın sabahın xeyirli işlərinə. Açsın gözlərini gələcəyin ümidli səhərinə. Mən istəyirəm: sevinc, səadət bol olsun. Ürəkdən-ürəyə, ölkədən-ölkəyə, açıq yol olsun. Rəsul Rza🖤
··
103 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.