Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

328 syf.
10/10 puan verdi
·
Beğendi
Elxan Elatlı- Ən Yaxın Planet. Müharibə dövründə dövlətimizə çox fayda və üstünlük verəcək bir ixtira. Görəsən ixtiranı edən alimin başına nələr gələcək? Xüsusi Məxfi Şöbə bütün qarışıqlıqlara rəğmən bu çətin dönəmdə problemləri hansı üsullarla həll edəcək? Bu sualların hamısını dəfələrlə özümə vermişdim. Elxan Elatlı əsərlərini çox sevən biri olaraq, əsəri oxumamışdan əvvəl əsərdəki baş qəhrəmanın Qanbay Qasımlı və yaxud LEOPARD olmasına daha çox diqqət edirəm. Ama ƏN YAXIN PLANET romanında ilk diqqətimi çəkən məqam, məhz romanın adı olmuşdu. Ən Yaxın Planet. Görəsən, detektiv janrlı bir əsər, planetlərlə necə əlaqələnə bilər ?- deyə düşünmüşdüm əslində. Ama əsəri oxuduqca, hər şey aydın olmağa başladı. Doğrusu, Ən Yaxın Planet- deyildikdə, kimdən və ya nədən söhbət getdiyini özüm çözmüşdüm, bütün sirlər ortaya çıxmamış. Əsərdə Xüsusi Məxfi Şöbə üzvlərinin, xüsusi agentlərin fəaliyyəti isə hər zamankı kimi məni heyran etdi. Ailəsi və ən yaxınları belə xəbərdar olmadan, ömrünü, həyatını gizli şəkildə Vətəni qorumağa fəda edən o şəxslər. Bu dünyadan getdiklərində, heç kim onların Vətən üçün etdikləri bu qədər fədakarlıqlardan xəbər belə tutmazlar. Bəs bu hal, o IGIDləri çoxmu narahat edir görəsən? Dövlətin üst səviyyəli şəxsləri, onlar haqqında məlumata sahibdirlər yalnız. Başqa isə heç kim... Kimliklərindən xəbərsizik bir çoxları kimi... Ama ən azından , onlara dəstək ola biləcək , varlıqları ilə qürur duyduğumuzu o IGIDlərə hiss etdirəcək rəyləri, fikirləri daha çox paylaşaq. Əminəm ki , rəyləri ünvanladığımız şəxslər, özləri duyacaqlar dəstəyimizi... :)
Ən Yaxın Planet
Ən Yaxın PlanetElxan Elatlı · Elgün · 2012305 okunma
·
269 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.