Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

496 syf.
7/10 puan verdi
·
23 günde okudu
Bir yazıçını tam anlamaq üçün sonuncu əsərlərini oxuyun, çünki son əsərləri ən yaxşı əsərləri olur - deyə oxumuşdum, bu fikirlə razıyam. Xüsusilə, Tolstoy kimi qarışıq və anlaşılması mürəkkəb olan yazıçını ilk əsərləri ilə anlamaq mümkün deyil, hər əsərində fərqli ideologiya ilə oxuyursan və qərar verə bilmirsən hansı odur. Təbii ki, son yazdıqları yekun fikirə gəlməkdə əsas rol oynayır. Məsələn, Kreutzer Sonatasında musiqiyə şeytanın oyunu kimi şərh verən Tolstoy, Dirilmədə musiqidən zövq alır. Birincidə qadınların pozğun olduğunu yazırsa, ikincidə artıq kişilərin qadınları o yola sürüklədiyini yazır və s. Tolstoyun irihəcmli sonuncu romanı olan Dirilmə Dostoyevski tərzində yazılıb, digər Tolstoy əsərlərindən fərqli olaraq burda baş qəhrəmanımızın hiss və həyəcanları ön plandadır. Maraqlısı, Dostoyevskinin də son romanı Tolstoy tərzində yazılıb, o da bəşəri ideyaları irəli çəkib. Hər iki yazıçını müqayisə etməyi sevməsəm də, mənim fikrimcə Dostoyevski daha mükəmməl iş çıxarıb. Bunun da öz səbəbləri var. Tolstoy Dirilməni hekayə olaraq romanı bitirmədən 10 il əvvəl yazmağa başlamış və yarımçıq qoymuşdu. Öz təriqətlərini Tolstoy fəlsəfəsinə bənzədən və ona çox yaxın olan Duxoborların Rusiyadan Kanadaya köç etməsinə yardım etmək üçün Tolstoy əsəri roman şəklinə salır və 1 il müddətində tezliklə bitirir, gəlirini onlara bağışlayır. Məncə tələsməsəydi daha yaxşı iş ortaya çıxara bilərdi. Dirilmənin baş qəhrəmanı Nexlyudov elə Tolstoyun özüdür. Öz oxuduğu kitabları qəhrəmanının dilindən romanda da təhlil edir, georgism fəlsəfəsinin doğruluğunu kəndlilərlə olan dialoqlarında çürüdür. Düzdür, mənə görə əsərdə bəzi boşluqlar var, məsələn, Katyuşa obrazının mənəviyyatındakı dəyişiklikləri Nexlyudovun hiss etdiklərinə görə yox, obrazın öz daxili aləminin təsvirində oxumaq istəyərdim. Buna baxmayaraq, əsərdə diqqət edilən incə detallar var, tək cümləyə görə insanların ömürlük həyatının puç olması, məhkəmə sistemindəki insanların bivecliyi, ali təbəqə hesab olunan insanların eyni qəlibdən çıxmışcasına eyniliyi və s. Oxuyanda məni xüsusilə düşündürən və kədərləndirən bir məsələyə toxunmaq istəyirəm. Uzun müddət Ruslarla eyni hüquq sistemini bölüşdüyümüzdən və onların tərkibində olduğumuzdan 80-90 faiz sistemimiz eyni işləyib. İşin acınacaqlı tərəfi, 21-ci əsrdə yaşayırıq və bu vəziyyət nə Rusiyada, nə də Azərbaycanda dəyişib. Eyni bürokratik sistem, ölkənin idarəçilik orqanlarına savadlı şəxslərin deyil də, adamı olan şəxslərin seçilməsi, etiraz edən insanlara qarşı vəhşiliklər və s. Fərqli mədəniyyətlərə sahib olsaq da, cəmiyyət olaraq da təəssüf ki, eyni cahilliyi bölüşürük. Tolstoy öz dirilməsi ilə həll yolu olaraq Allah yolu tutmaq və əliaçıqlıq prinsiplərini irəli çəksə də, bu günün reallığında bu utopik səslənir. Kapitalizmin vəhşicəsinə həyatlarımıza nüfuz etdiyi dövrdə, georgism fəlsəfəsinin ünsürlərini tətbiq etmək də nisbətən məntiqli olsa da, qeyri-real görünür. Uzun illər kökündən yarıtmaz şəkildə idarə olunan cəmiyyətə imanlı və əliaçıq olmaq yardım etməyəcək. İnsanlara işıq yolu tutacaq düzgün təhsil sistemi və onları həyata daha da bağlayacaq sosial rifah təmin olunmadıqca cəmiyyətdə nəyisə qaydaya salmaq mümkünsüzdür.
Dirilmə
DirilməLev Tolstoy · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201617,3bin okunma
·
377 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.