Gönderi

410 syf.
8/10 puan verdi
·
Beğendi
·
64 günde okudu
Gündəlik həyat fəaliyyətimizin 40%-ni avtopilotda yaşadığımızı, vərdişlər əsasında ağlımızın enerji qənaəti etdiyini bilirdiniz? Charles kitabda vərdişin yaranmasını, təsirini və necə dəyişə/əvəzləyə biləcəyimizi elmi məqalələr, eksperimentlər əsasında çox sadə və axıcı bir dillə izah edir. vərdişin anatomiyası: siqnal + cavab = mükafat situmul əsasında beynə siqnal gedir, beyin həmin siqnala cavab verib hərəkətə keçir və mükafat mərhələsində isə siqnala cavab nə qədər çox təkrarlansa o qədər tez vərdiş yaranır. vərdişin rolu: vərdiş şüurlu düşüncə və işlək hafizənin enerji sərf etməsinə kömək edir. Marketoloqlar məhsulları satmaq üçün kütlənin vərdişlərini dəyişir, məhsula uyğun olaraq yeni vərdişlər yaradırlar. Həmçinin vərdiş qərar vermək üçün lazım olan vaxta da qənaət edir. vərdişi silib-aradan qaldırmaq mümkün deyil! Vərdişi yalnız yeni (yaxşı) vərdişlə əvəzləmək olar. Yeni vərdişi yaratmaq üçün isə güclü istək və nizam-intizam lazımdır. Köhnə vərdişləri dəyişmək isə daha çətindir. yeni vərdiş yaratmaq: ilkin olaraq arzu olunan cavabı təyin etmək lazımdır. Daha sonra isə siqnalı seçmək tələb olunur. Siqnal isə məkan, zaman, emosional status və hərəkət əsasında formalaşır. Siqnalı vizuallaşdırmaq yeni hədəfə nail olmaqda işi asanlaşdırır. Yeni vərdiş yaratmaq çətin olduğu üçün ara-sıra özünüzü mükafatlandıra bilərsiniz və sizə dəstək olan insanlarla əhatələnmək sizdə motivasiyaya səbəb ola bilər. Prosesi daimi izləyin və uğurlu nəticələri qeyd edin və sonda formalaşdırmaq istədiyiniz yeni vərdişi otuz (30) gün ərzində hər gün təkrarlayın.
The Power of Habit
The Power of HabitCharles Duhigg · Random House Publishing · 20141,955 okunma
·
1.596 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.