Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

344 syf.
5/10 puan verdi
·
Beğendi
Yalnızlıqdan Şizofreniyaya. "Amma reallıq elə sonda gəlir. Bəlkə də gəlişi elə son olur". Deməli belə, bu kitabla ilk tanışlığım müəllifi Murad Həsənovun instagram səhifəsinə göz atarkən olmuşdu. Kitab barəsində hər paylaşımın altında bol-bol müsbət oxucu rəylərinin olması, heç kəsin mənfi və tənqid xarakterli fikir bildirməməsi məndə kitaba qarşı böyük rəğbət oyatmışdı. Süjet xətti ilə maraqlandığımda isə əmin oldum ki, yazarın qələmi ilə tanış olmasam belə bu romanı oxumalıyam. Və 2017ci ildə oxudum. Spoiler! Romanda pessimizmin suyu daha çox olmasına baxmayaraq axıcı dildə yazılıb və sona qədər sıxılmadan oxudum. Hadisələr nə qədər açıq görünsə də müəyyən sirlərin olduğunu və bununla da maraqda saxlamağı bacarırdı, Amma müəyyən həddən sonra artıq sonunu təxmin eləmişdim. Tam bir Palanik klişesi ilə qarşı-qarşıya qalacağımı hiss edirdim (bu termini özümdən uydurmuşam☺, yazıçı Çak Palanikin "döyüşçü klubu"nda istifadə elədiyi şəxsiyyətin ikiləşməsi sindromu, müasir ədəbiyyata və filmlərə yeni tövhələr verdiyindən, artıq bu klişe halına gəlib). Kitabdakı hadisələrin döyüşçü klubu ilə heç bir əlaqəsi yoxdur əlbətdə, lakin sonluq həmin klişedən yayına bilməyib. Bəlkə də çoxlarınız normal qarşılayırsınız, amma mənim fikrimcə zəyiflikdir. Özüm də hətda ilk əlimə qələm aldığım vaxtlarda bu klişedən istifadə edərək bir hekayə yazmışam və bilirəm ki, hekayə nə qədər ağır irəliləsə də sonunu əziyyət çəkmədən məntiqli bağlamaq istəyən üçün ucuz bir metoddur. Bu romanda ona görə bu mövzuya əsəb olmuşdum ki, yazıçı öz səhifəsində Palanik klişesindən yayındığını dəfələrlə dilə gətirirdi və bir oxucu olaraq məni aldatmağı bacarmışdı. Öz iradımı dəfələrlə komentlərində ona bildirsəm də rəylərim silindi və nəhayət yazar məni blok elədi☺. Canı sağ olsun, əvəzində mən anladım ki, bir yazara müsbət rəylər yazılırsa və tənqid xarakterli rəylər heç görünmürsə, bu o demək deyil ki, onu 100də100 hər kəs bəyənir.
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017474 okunma
·
173 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.