Gönderi

563 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 33 days
Savaşda qalib elan olunur, Qalib:QILINC VƏ QƏLƏM
Hər daim qılınc və qələm savaşmaqdadır.Qılınc-müharibələri,savaşı təmsil edirsə, Qələm- diplomatiyanı,ədəbiyyatı, düşüncəni xarakterizə edir. Əsərin belə adlandırılması da təsadüfi deyildir. Fəxrəddin- savaş ruhlu gəncdir.O qılıncın ifadəçisidirsə, Nizami- düşüncənin rəmzi olaraq qələmi təmsil edir. Bəs kim qalib gələr? Qılıncmı,qələmmi? Əsərdə Məhsəti Gəncəvi qürurla "Qılınc və qələm" deyir. Və gördüyünüz kimi bunlardan yalnız birinin adını çəkmir.Hər ikisin adı hər zaman tarix var olduqca yanaşı çəkiləcək! Qılınc və qələm insan var olduqca ayrı ola bilməz.Hər ikisi yanaşı var olub, olacaq. Ədəbiyyatımızda ilklər siyahısında da yer alıb bu roman-belə ki, ilk dəfə olaraq bu romanda XII əsr Azərbaycan ədəbi mühiti bədii boyalarla əks etdirilib. Romanda xalqın azadlıq mübarizələrinə, əsrin hökmdarlarının, şairlərinin xarekterik xüsusiyyətlərinə yer verilib.Romanı  ancaq Ordubadinin  təxəyyülü hesab etmək düzgün olmaz.Burada yeri gəldikdə, tarixi, elmi, ədəbi məxəzlərə istinad olunmuşdur. Atəbəy hökmdarlarının və onların yürütdüyü siyasət həmçinin Azərbaycan xalqının xəlifə hakimiyyətinə olan dərin nifrəti diqqəti cəlb edir.Və əslində hökmdar mühitinin nə qədər çirkab içində olduğu bir daha məlum olur: hakimiyyət uğrunda bir-birlərini öldürən "qardaşlar", nəfsinə sahib çıxmağı bacarmayıb xalqı qurban edən "Hüsaməddinlər" ,yalan və macəra axtarışında olan " Səbalar" əslində adi kəndli mühiti ilə müqayisə olunmayacaq qədər rəzildirlər. Ən sevdiyim əsərdən-Fəxrəddin, Əbubəkr,Nizami obrazları oldusa, ən sevmədiyim isə- Səba, Qətibə,Hüsaməddin oldu) Əsəri oxuduqca şeir, ədəbiyyət mühitindən döyüş meydanına səyahət edən oxucu xalqının cəsurluğu ilə bir daha qürur duyur. Qızıl Arslan demiş( əsərə istinadən)-"Qızıl Arslan Qəzvin xalqının "Ya Hüseyn!"qışqırığını görüncə, yavaşdan Nizamiyə müraciət edib dedi:"Azərbaycan xalqının "Hüseyn təziyəsi" yerinə Babəkin öldürüldüyünü matəm etdiklərini görsəydim, o zaman özümün həqiqi azərbaycanlı olduğumla fəxr edərdim." Hər birimiz özümüzə hamıdan çox dəyər verək, çünki bizləri məhv edən hər zaman daxili ixtilaflar olmuşdur. "Təbrizi ehsan və xələt, reyliləri aldatmaq, Xorasanı vədələr,Azərbaycanı daxili ixtilaf,fars məmləkətlərini isə din və məzhəb mühabisələri nəticəsində özünə bağlamışdı"-Atəbəy Məhəmməd Tariximizi oxuyaq, ədəbiyyatımızın isə bizi uzaq keçmişə aparmasına kömək edək.Bunun üçün isə yalnız kitablar bizə yardımçı ola bilər.
Qılınc və Qələm
Qılınc və QələmMəmməd Səid Ordubadi · Qanun Nəşriyyatı · 2013201 okunma
·
199 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.