Gönderi

344 syf.
10/10 puan verdi
·
Read in 8 days
Varis Dirie - "Səhra Çiçəyi" (avtobioqrafik əsər)
◇ Varis Dirie onu dünyalarca məşhur edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələn hadisələrdən, kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarından ibarətdir. 🖇 İnsan həyat yolu ilə addımlayarkən tufanlardan keçəndə də, günəşin şəfəqlərindən həzz alanda da, burulğanın düz ortasında dayananda da onun nicatı məhz iradəsindən asılıdır. ☆ Kitab Varis adlı qızın həyatından yaşamaq uğrunda apardığı mübarizəni bütün çılpaqlığı ilə əks etdirir, onun həyatının başladığı Afrika səhralarından, köçəri həyatından, ailəsindən, Somalidə qadınlara, qızlara olan münasibətdən və böyüdükcə fərqinə vardığı bəzi şeylərin zamanla onun içindəki mübarizəyə çevrilməsindən bəhs edərkən onu da qeyd etmək istəyirəm ki, onun bu mübarizəsi heç də cavabsız qalmır və bu mübarizə sadəcə özü üçün olan savaş meydanına deyil bütün qadınlara yönəlir. ♡ Allahın sevib yaratdığı insana əta etdiyi gözəlliklərdən necə məhrum edilməsi, həyat eşqinin hələ körpə qızcığazkən balaca köksündə boğulması, dünyəvi həzlərə həsrət qoyulması barədə olduqca qəmli bir hekayət danışır Varis. Somalinin dodaq çatladan susuz səhralarında boy atan bu çiçək, onu məhv olmağa qoymayan, bu günün Varisi edən sevgidən, insanlara, yaradılışa inamdan rişələnir. İllər sonra məşhur model olan qəhrəmanımız geridə qoyduğu tarixçəsini bölüşməyi özünə borc bilir - beləcə, “Səhra çiçəyi”ni yazmaqla özünü yazıçılıqda da sınayır və onunla eyni həyatı yaşayan, eyni uydurma adət-ənənə adıyla sünnət edilən bütün qadınlara görə mübarizəyə il ərzində 30 milyondan çox qız uşağının qadınlıqdan məhrum edilməsinə yönəlir!
Səhra Çiçəyi
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 201423 okunma
·
127 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.