Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

400 syf.
10/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
Qadınlar zəif deyil, zərif qəhrəmanlardır!
Spoiler Kitabda İkinci Dünya müharibəsində iştirak edən yüzlərlə qadının müharibəyə necə getmələri, müharibədə yaşadıqları və müharibədən sonrakı həyatları məharətlə təsvir edilib. Qadınlar da kişilər kimi Vətəni müdafiə etmək üçün könüllü olaraq ordu sıralarına qoşulublar, bəzilərini bir neçə dəfə orduya qəbul etməmələrinə baxmayaraq onlar dəfələrlə müraciət edib sonda müharibəyə qoşulmağa nail olublar. Hətta ən ön cəbhədə olmaq üçün əllərindən gələni ediblər və onların məharətli davranışları kişiləri təəccübləndirib. Tibb bacıları yüzlərlə yaralını döyüş ərazisindən sürünərək çıxarıb onların sarğısını dəyişib və təəccüblüsü budur ki, onlar təkcə rus yaralılarını deyil, alman yaralılarını da xilas edib. Müharibə ərzində hər an onları ölümün gözlədiklərini bilə-bilə onların bəziləri qadın olmaqdan, bəzənib-düzənməkdən əl çəkməyiblər (qadağan olunmağına baxmayaraq), bəziləri isə özlərinə bu haqda qadağalar qoyub. Müharibə ərzində sevgiyə belə qadağa qoyulmağına baxmayaraq onların arasında sevənlər, sevilənlər, müharibə bitincə sevgisi bitənlər də olub. Qələbədən sonra isə onlardan çoxu medallarını, ordenlərini, müharibədə iştirak etmələrini insanlardan gizlədib, çünki insanlar müharibədə iştirak edən qadınlara pis baxırdılar. Çox təəssüf ki, o insanlar qadınların müharibədə nələr gördüklərini, nələr etdiklərini, neçə yaralını xilas etdiklərini anlamaq istəmirdilər. Qısacası, kitabda qadınların müharibə ərzində və sonra etdikləri fədakarlıqlardan bəhs edilib. Kitabda da qeyd edildiyi kimi "Tanrı insanı kimi isə öldürmək üçün, güllə atmaq üçün yaratmayıb, Tanrı insanı sevmək üçün yaradıb." Ümid edirəm ki, bəşəriyyət daha az sayda müharibə görər (təəssüf ki, müharibələri insanlar özləri edirlər) və insanlar daim sevilib-sevərlər.
Müharibənin Qadın Olmayan Üzü
Müharibənin Qadın Olmayan ÜzüSvetlana Aleksiyeviç · Qanun Nəşriyyatı · 20161,059 okunma
·
1.687 görüntüleme
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.