Gönderi

Mənasız düşüncələrimi cəm halda birləşdirmişəm. Düzdü dəyişəcəm və daha çox mənasız edəcəm. Masa arxasında Cabbar onunla üzbəüz oturmuş xəstəhal davranışı ilə və bir o qədrədə solğun sifətli lakin ağ siması qara gözlərinə gözəllik verən həyat yoldaşı Leyla oturmuşdu . Leyla iri gözlərini Cabbara zilləmiş sanki bunlardan bezmiş kimi mızıldadı. -Nə isə baş verib? Oğlan-Mən yox mən sadəcə fikirləşiridim. Yaşadığımız bu iztirablar acılar məni üzsədə ancaq möhkəmlədir. Sanki bir söz demək xətrinə dillənən Leyla artıq peşman olmuşdu. Susmaq bilməyən Cabbar ise yeni söhbətə qızışmışdı. • Bilirsən mən həyatla o qədər də yaxşı dostlar sayılmarıq, çünki onun nə edəcəyini əvvəlcədən bilirəm. Bunu deyərkən sanki Cabbar özüdə inanırmış kimi ifadələrinə məna qatmağa çalışaraq davam etdi. -Yox mən ekstrasens və yaxud uzağ görən deyiləm sadəcə həyat həmişə eyni şeyləri təkrar-təkrar edir deyə artıq əzbərləmişəm və bilirəm ki, xoşbəxtliyin ardınca məni qapının kəndarında bətbəxtçilik gözləyir. O bətbəxtçilik ki, məni hər dəfə məğlub edir və məndən hər dəfə bir şey alıb özü ilə aparır. Əslində mən ümumiyyətlə məğlubiyyətin əleyhinə deyiləm. Bədbəxtçilik nə qədərdə, səndən bir şey alır anlayırsan ki, bu sənin razılığın olmadan olub.Azda olsa bu sənə təsəlli verir.Qələbə isə fərqlidir. Çünki hər qələbədə özünə güvənin dahada artır qürurun sənə heç kimin yaxınlaşdırmır və o, vaxtda insanlara ehtiyacın olmadığını hiss edirsən.Birdə baxıb görürsən ki, artıq yanında heç kim yoxdu. Sanki bir günəş kimi olursan uzaqdan gözəl məğrur görsənirsən lakin heç kəs içində nələrin baş verdiyini bilmir sənə baxanda. Bunları deyərkən əlbətdə Cabbar anlayırdı ki, Leyla üçün bu sözlər əlçatmaz idi.Lakin Leyla bu sözlərdə deyil Cabbarının həvəslə üz ifadəsinə, alnında dərin iz salmış qırışlara özlüyündə isə bunun simasına qətiyyətlilik verməsinə baxırdı.Leyla Cabbarın Həyat sözünü işlədərkən üz ifadəsində yaranan ikrah hissini,görürdü.Əlbətdə bunlar hamısı Leyla üçün anlaşmaz idi.Dəqiq bilirdi ki, Cabbarda artıq nə dediyini özüdə anlamır.Leyla axşama nə hazırlamağı soyuducuda nəyin olduğunu fikirləşməyə başlamışdı.Cabbar isə evə gəlməmişdən aldığı qəzetdəki məqaləni həyat yoldaşına öz fikriyimiş kimi danışaraq deyirdi. • Ancaq məğlubiyyət belə deyil, səni istəyənlər tək buraxmaz səni, əsas olanda bu deyilmi təsəlli ümüd. Düzdü razılaşmaya bilmərəm ki, çox bətbəxtçilikdə səni yalnız qoyur.Ona görədə həyatda məğlublar və qazananlar təkliyə məhkumdur. Necə ki doğulanda artıq qələbə qazanıb tək gəlirsən həyata öləndədə məğlub olub tək gedirsən.Ancaq səni həyata uduzmaq istəmirəm.Cabbar bu sözləri deyərkən dodaqları əsməyə başladı,gözləridə sözünə baxmayıb yöndəmsiz halda qıyıldı. Ancaq bunların hamısı Cabbara çarəsiz həyat yoldaşı siması verirdi.Leyla söhbətin hansı istiqamətə gedəcəyini anlayaraq müdaxilə etmək istəsədə artıq gec idi.Cabbar başını aşağı salıb sözünə davam etdi. • Bilirəm bu çox eqosit səslənir. İstəmirəm elə fikirləşəsən ki, sənin haqqında yalnız qələbə və yaxud məğlubiyyət kimi fikirləşirəm. Bilirəm ki, xudbin bir insanam ancaq sən mənim mükafatımsan.Əminəm ki, həyatda səni itirməyimə razı olmazdı.Axı bu ədalətli mübarizə sayılmazdı. Cabbar Leylanın üzündəki çoxdan tanış olduğu ağrı acının ifadəsini görüb söhbətə başlamağına peşman olmuşdu. Lakin bu hər axşam adət halı aldığı söhbət idi. Mövzunun mənasını dəyişmək adına Cabbar səsinə mülayimlik qatdı. • Məncə həyatında özünün öz müharibəsində qanunları var və, düşündüyümüz kimi ədalətsiz deyil.Bu həyatda göz açan insanlar hamısı mübarizədədi. Əgər məğlub edilməz həyat səni özünə rəqib seçibsə bu özü belə motive edir insanı.Mənim fikirimcə heç kəs həyatı günahlandırmamalıdır ki, məni həyat tərki silah edib. Axı o sənin rəqibindir.Bu isə bax müharibənin qanunudur. Lakin o bu sözlərə özü belə inanmırdı, sanki sözlər onun deyil hasısa həyatdan heç bir zərbə almayan heç vaxt həyatın əsl üzünü görməyən birinə aid idi. O özü isə başa düşürdü elə bil ki hansısa qüvvə ona bu hissləri təlqin edirdi. O, bilirdi ki hər kəs həyatında bədbəxt günlər yaşayır sonra isə zaman öz gözə görünməz məlhəmini görünməyən yaraların üstünə çəkir və həyat yenə öz axarında davam edirdi. Onun həyatında isə xoşbəxt günlər olurdu geridə qalan həyatı isə bətbəxtliyin özü idi. Bu fikirləri Cabbar heç vaxt dilinə gətirməyi sevmirdi o bu fikri həyat tərəfindən təhqir olunmuş insan olaraq qarşılayırdı. Sanki məsum uşaq kimi, anasına özünü sevdirən lakin bütün diqqətdən kənar qalıb öz qayğısını özü çəkən bir uşaq rolunda görüdü. Cabbar nə qədərdə mütaliyyə etməyi sevsədə lakin heyvani hisslərdə cahil və yaxud kamil insan demək olmazdı.. Cünki hisləri onu nə qədərdə heyvani istəyə sövq etsədə ağlı bunun əleyhinə idi. Davranışlarında isə bu hisslərə gah tabe olub gah da uçrumdaymış kimi geri sıçrayıb dal-dalanmağa yer axtarırmış kimi beynini işə salırdı . Məsələ burasındadır ki,o özü bu əməllərdən heç vaxt utanmayıb. Heyvani istəklərin yaradılışına xas olduğunu və məhv olmasın deyə doğub-törəməklə çoxalan insan nəslini,həyatı təhlükə hiss etdikdə mədəsi ona hər şey etdirməsinə qadir olduğunu o əlbətdə ki zəiflik kimi düşünürdü. Cabbar o qədərdə kamil insan deyildi ki, bunları fikirləşib yaradılışına haqq versin,ancaq o qədərdə cahil deyildi ki, bunlara uyub ifrata getsin. Leyla artıq bezdiyini hiss edib dərhal yerindən durub özünü nəsə unutmuş kimi göstərərək mətbəxə tələsdi.Yenədə lazımsız mövzuya toxunduğuna görə Cabbar məyus olmuş, Leylanın hərəkətindən isə pərt halda sanki öz özüylə danışırmış kimi cümləsini tamamladı. Cabbar həyat yoldaşına görə üzülür ancaq özünü o yerə qoymurdu ki, Leyla bunu hiss etsin.Cabbar üçün ər heç bir zəif cəhətini göstərməyən cəsarətli kişi rolu idi. O həmdə anlayırdi ki, Leyla bədbəxtdir və bunun səbəbkarı həmz ərdir. Lakin Cabbarda çoxun elədiyi kimi hər şeyi həyatın boynuna atmağı bacarırdı. Ancaq həyatın buna görə cəza almadığın görəndə bütün cəzanın əzablarını özü çəkəndə ədalətsizliyin özəyini həyat olaraq düşünürdü və o yuxarıda qeyd etdiklərinin heç birinə inanmır ancaq inandırmağa çalışırdı.Əsas Cabbarı üzən şey isə Leylanın xəstəliyi idi. Çünki bu xəstəliyin nə olduğunu bilmirdilər,ona görə yox ki, elmə məlum deyildi xəstəlik, sadəcə buna qara qəpikləridə yox idi. Cabbarın ailəsi günlük dolanır hələ bir qız övladları, günlük qayğılara çatmırdı. Düzdü rayon xəstəxanasına getmişdilər lakin bu balaca xəstəxanada heç bir şey anlamamışlar paytaxta getmələrini məsləhət görmüşdülər. Cabbar hər dəfə Leylaya bu həftə bakıya gedəcik deyəndə bilirdi ki bu da alınmayacaq. Yenədə özünü o yerə qoymayıb ciddi şəkildə qərarını söyləyir buna pullarının çatacağına inanırdı. Əvvəllər bunun üçün qəpik-quruş arxaya atsada gündəlik dərdlər yığılıb qalmış borclar imkan vermirdi.Leylada əvvələr Cabbarın bu sözlərinə inanırdı. Ancaq həftələr aylara çevrildikdə ümüdsüz olmuşdu. Heç bunun üçün Cabbarı qınamırdıda. Tutaq ki getdik bakıya xəstəliyimin nə olduğunu öyrəndim bəs sağalmaq üçün dava-dərman necə olacaq. Yox belə daha yaxşıdı ən azı belə sağalacağıma ümüd edirəm Leyla özlüyündə düşünürdü. • Leyla Cabbara olan hislərində hörmət qayğı diqqət var idi amma sevgidən əsər-əlamət yox idi. Ona görə yox ki, Leyla Cabbarı sevmirdi sadəcə Leyla sevginin nədən ibarət olduğunu bilmirdi.Cabbar görkəminə görə yaraşıqlı sayılacaq qədər idi, ondan yuxarı çıxıla bilməzdi.Yaraşıqlı olması isə Cabbara düzgün üz cizgiləri idman formalı bədəni və mənalı baxışları idi.Leylada öz növbəsində gözəlliyi gözlərində və əməllərində idi. Leyla heç kimə kin saxlamır özündən başqa kimisə günahkar görə bilmirdi.Ancaq Leylaya gözəllik verən ən əsas üstünlüyü məntiqi idi.Bunun üçündə yuxarıda qeyd edilən sevgini məhz izlədiyi seriallardaki kimi deyil sadəcə bağlılıq adlandırıdı və bu bağlılıq heç bir zaman Leylanın məntiqi ilə ilk baxışdan ola bilməzdi.Leylada Cabbara bağlılığı möhkəm idi.Hələ uşaq yaşlarından atasını itirmiş Leyla, ata nəvazişindən məhrum olmuş (xüsusi ilədə bir qız övladı üçün bu daha ağırdır) və bir böyüyə ərə necə hiss bəsləyirdilərsə Leyladada eyni hisslər mövcud idi.Ürəyinin dərinliyində Leyla Cabbara inanır və bununda öhdəsindən gələcəklərinə ümüd edirdi. • Cabbar bu gündə qanı qara sabahı qarşılayacağını görərək çölə təmiz hava almağa çıxmaq istədi. Birdən balaca qızı yadına düşüb sevincək qızı Mələyin yanına getdi.Mələy üstü təmiz yaşıl örtüklə örtülmüş dağılmasın deyə divara söykənməkdə olan divanın üstündə oturub şəkil çəkirdi.Bütün marağını şəkilə verdiyindən atasının gəldiyini eşitməmişdi.Mələy ilə Cabbar arasında xüsusi bir sevgi var idi. Bu münasibətdə ata qız sevgisindən çox dostluq var idi.8 yaşlı mələk atasını görçək qələmi atıb atasının qucağına qaçdı. Cabbarda hər dəfə gələndə qızı üçün aldığı balaca saqqızı əlində gizlədib qızının tapmağını istəyirdi. Bu oyun qızı saqqızı tapana qədər davam edirdi. Mələy mavi dəniz gözləri ilə(qeyd etmək istəyirəm ki bu gözlərlə üzünü görmədiyi əmisinə oxşadığını deyirdilər) atasına zilləyib dedi • Atacan dünən anaya nəsə olmuşdu ananı çağırırdım durmurdu elə qorxdumki,Firəngiz bibi gilə qaçdım bibidə ev süpürürdü mənə qorxaq deyir, bibi özü məndəndə çox qorxaqdı, əlində süpürgə bizə qaçdı. Evə gələndə oyanmışdı ana.Anamla birlikdə bibiyə o qədər güldük ki. • Mələyin düşüncələri pis bir şey olduğunu hiss edərək gözlərində qorxunu əks elətdirir, ancaq məhz nə olduğunu anlamayaraq üzünə çaşqınlıqdan uşaqlara xas olan təbəssüm qondururdu.Cabbar Mələyinin qorxduğunu başa düşüb dilləndi.Yox e qızım ana səninlə oyun oynayırdı gözünü yummuşdu ki, sən gizlənəsən,səndə elə hay-haray qopardın ki, anan səndən çox qorxdu. Anan durub səni axtarırdı yazıq nə bilsin ki səndə qaçıb qonşu Firəngiz gildə gizlənmisən. Deyim bax ha bu cığalçılıqdı.Bu sözdən sonra Mələyin nə gözündə nə də ki, ağlında qorxu qalmamışdı. Balaca inci kimi dişlərini göstərirmiş kimi gülüb atasının yanağından öpdü.Mələy üçün dünyada atası kimi cəsarətli mərd insan yox idi.Atası balaca qızının qəhramanı idi.İnanırdı ki qəhramanı anasına bir şey olmağa qoymaz. • Əslində Leyla artıq bir dəfə bərk soyuqlamışdı ancaq bu xəstəliyi ötüb keçdiyindən Cabbarda biraz ümüd yeri vardı. Lakin birinci xəstəliyi nə qədər ümüd doğursada günü-gündən pisləşən Leylanın halı bir o qədərdə Cabbarı qorxudurdu. • Ürəyinin sıxıldığını hiss edən Cabbar çölə çıxmağa qərar alıb paltosunu götürmək üçün otağına girdi.Leylada otaqda sökülmüş olan paltarları tikərək mahnı zümzümə edirdi.Dünən halın pis olub? • Yox elə qorxulu şey yox idi başım ağrıyırdı Mələy gələndə cavab vermək istəmədim ki, gedib yatsın. Balaca şeytanda ele çığırdı ki, lap peşman oldum.Qızına olanları atasına deməməsini yadına salıb Mələyə əsəbləşmişdi. Leyla işini qurtarıb iynə-sapı yerinə qoyaraq serialına baxmağa getdi. Cabbarda paltosunu götürüb qapıya tərəf getmək istəyəndə üzünü Leylaya tutub nəsə lazım olub olmadığını soruşdu. Birdən cibindəki son qəpik-quruşa siqaret alacağı yadına düşüb peşman oldu.Leyla dilləndi: Gələndə çörək alarsan axşama çatmayacaq. • Çölə çıxanda Cabbar havadan yeni yağmış payız yağışının torpağla qarışıq iyini hiss etdi.Hə payız küsgün fəsildə olsa gözəldi Cabbar düşüncələrə dalaraq palçığlı yollarla dostu Ruslanın yanına getdi. • Ruslanla Cabbarın dostluğu hələ uşaqlıqdan başlamışdı. Ruslan ortaboy dolğunbədənli(kökdə demək olar) mülayim xasiyyətli oğlan idi. Cabbar nə qədərdə dəliqanlı olsa Ruslanla bir yerdə olanda özünü rahat hiss edirdi. Cabbardan fərqli olaraq Rusalan öz inanclarına bağlı idi. Ruslan üçün bütün çətinliklərin açarı səbr dua Cabbar üçün isə çətinliyi nə yolla olursa olsun həll etmək. Əslində iki dost da çatışmayan çəhətlər var idi,biri hərəkətə keçməyə tələsmir o biri səbr etməyi bacarmırdı,ikilikdə isə bir şey edə bilirdilər Bura qədər yəqin kimsə oxumaz, onun üçündə bəsdi.
·
321 görüntüleme
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.