Gönderi

266 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Dünyayı istiyordum ben, aşağısı kesmiyordu beni.
Postane kitabı Charles Bukowski 'nin qələmindən oxuduğum ilk kitab oldu. Yaxşı ki, oldu:) Postane kitabını oxumazdan əvvəl çox önyarğılı idim, "kitablarında qadınları həddindən artıq alçaldır", "onun kitabları vaxt itkisidir", "gününü fahişələrlə keçirib, tək əyləncəsi içki içmək olan birinin yazdıqları sənə heç nə öyrədə bilməz"... Təssüf ki, Charles Bukowski haqqında eşitdiyim bu sözlər önyarğılarımın səbəbi idi. Əslində, ilk baxışda Bukowski'nin yazdıqları insanda bu təəssüratları yaradır. Amma əsəri oxuduqca sehrli "niyə?"sualını özümüzə versək yazarı daha yaxşı başa düşə bilərik, fikrimcə.    Əsər Henry Chinaskinin (Charles Bukowski) poçt idarəsində işlədiyi günlərdə yaşadıqlarından, eyni zamanda bu müddət ərzində həyatına girən qadınlarla münasibətlərindən bəhs edir. Henry Chinaski nə etdiyini bilməyən, həyatı vecinə almayan, nə olur olsun əylənməsini bilən, yaraşıqlı olmasada getdiyi hər yerdə qadınları özünə çəkən, bəzən insanı güldürən, ara-ara oxucuda aqressiya yaradan, bəzən isə verdiyi vacib mesajlarla oxucunu uzun-uzun düşündürən bir obraz idi.   Əsəri sevməyimin ən başlıca səbəbi yazarın səmimiyyəti oldu. Bu səmimiyyəti hər cümlədə, hər sözdə hiss etdim. Nəzərə alsaq ki, bu əsər avtobioqrafik səciyyə daşıyır, yəni yazarın öz həyatından, yaşadıqlarından bəhs edir, məncə bu səmimiyyət təqdirə layiqdir. Əsəri sevməyimin digər bir səbəbi isə üzümdə gülüş yarada bilməsi, eyni zamanda məni düşünməyə vadar etməsi oldu. Əsəri sevməyimin 3-cü səbəbi isə, yazarın əslində qadınları alçaltmayıb, əksinə onlara qarşı mərhəmətli olması oldu. Doğum edən qadının bütün gün yanında olub saçlarını sığallaması, ölən sevgilisi üçün çəkdiyi əzab, ağlayan bir qadın gördükdə dərhal sakitləşdirməyə çalışması, məncə bunlar onun mərhəmətini göstərir.) "Kadınlar acı çekmek için yaratılmışlardı sanki, sürekli sevgi sözleri duyma ihtiyaçları bundan kaynaklanıyordu belki."    "Postane" kitabı Charles Bukowski 'nin oxuduğum ilk kitabı olsada, son kitabı olmayacağından əminəm. Çünki bu qədər səmimi yazan, kobud şəkildə olsada həqiqəti deyən və bu qədər vecsiz bir yazar məncə oxumağa dəyər.) Son olaraq yazımı kitabdan sevdiyim bir dialoqla bitirmək istədim: "İstifa ediyorum" "İstifa mı ediyorsun?" "Evet, yükselmeye çalışmak suç değildir bu ülkede umarım." Xoş mütaliələr! Hər zaman kitabla qalın!
Postane
PostaneCharles Bukowski · Parantez Yayınlar · 20191,295 okunma
·
6,8bin görüntüleme
Mehriban Mehdiyeva okurunun profil resmi
İncələməni oxuyandan sonra Charles Bukovksini sevməyim gəldi😂Bilmirəm niyə,amma məndə Freydə qarşı olan simpatiyanı qabartdı.Elə bil bənzətdim😃Çox yaxşı yazmısan,Nur.
1 önceki yanıtı göster
Nurlana İsmayılova okurunun profil resmi
Çox sağol💜. Deyəsən, sənin Freyd sevdan, mənimdə Bukowski və Franz eşqim heç bitməyəcək. 😂
1 sonraki yanıtı göster
Nübar okurunun profil resmi
Bəli, o, səmimi bir yazıçıdır. Bəli, bütün mənfi fikirlərə rəğmən mən onu sevirəm. Bəli, onu bəyənən bir oxucunun fikirlərini oxumaq mənə çox yaxşı təsir edir. Gözəl incələmisiniz, sadəcə mənfilərini görməyib müsbətlərini qeyd etməyinizi çox sevdim😍 Xoş mütaliələr 🤗
Nurlana İsmayılova okurunun profil resmi
Çoox sağolun, gözəl düşünə bilməyi bacaran insanlardan olduğunuz üçün təşəkkür edirəm. 🌸😍
Nil Ayperi okurunun profil resmi
Bukowski araştırdığım bir yazardı bu kitabını da daha önce okumamıştım ama yazdığınız yorum beni çok etkiledi büyük ihtimalle kitabı alıp okuyacağım ve sizede bu yüzden çok teşekkür ederim
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.