1000Kitap Logosu

Gönderi

Çünki bu hiss illuziyadır.
Ayrılmağımız yox, sevginin səbəbsiz yaranıb səbəbsiz yox ola bilmə xüsusiyyəti məni yaman qorxutmuşdu. Deməli kimsə məni sevə bilər və mənim heç bir günahım olmadan sevgisi sadəcə bitə bilər. Bu qorxulu idi. Bu həqiqət idi. Bilirəm, çox adamın həyatında belə şeylər olur. Amma heç kəs düşünmür bu haqda. Hər dəfə kimisə sevir və elə bilirlər ki, bu elə onların əsl sevgisidir. Və bir neçə vaxtdan sonra eyni hadisələr təkrarlanır. Sən unutmağa başlayırsan. Sən öyrəşirsən. Qızıl gülü yeddi dəfə tam dərindən iyləyəndən sonra səkkizinci dəfə qoxulasan heç bir iy gəlməyəcək. Yox, gülün iyi bitmir, sadəcə sinirlərimiz ona öyrəşir və beyinə impuls göndərmir. Sevgi də eləcə. Az bir vaxtda sehrli bildiyin hisslər adi bir şeyə çevrilir. Mən o vaxtdan təkəm. Mən sadəcə bu hissə etibar eləyə bilmirəm. Mən söz verə bilmirəm. Söz verənlərə də inanmıram. Çünki bu hiss illuziyadır. Hiss edəndə hiss edirsən etməyəndə etmirsən. Necə demək olar ki, mən filankəsi həmişə sevəcəm? Məncə insan ən çox sevdiyi insanı da unuda bilər.
9
Beğeni
Yorum yapabilmek için giriş yapmanız gerekmektedir.