Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

532 syf.
7/10 puan verdi
·
19 günde okudu
Dünyaca məşhur The Godfather/Xaç Atası seriyasının müəlifi olan, italyan yazıçı Mario Puzonun ilk romanı The Fortunate Piligrim/Anne əsəridir. Xaç atası qədər məşhur olmasa da, məhz yazıçı üçün ən önəmli əsərdir, çünki, Xaç atası seriyasını bu romandan güc olaraq yazmışdı və əsərin baş qəhrəmanı olan Lucia Santa Mario Puzonun məhz öz anasıdır. Puzonun ailəsi İtaliyadan Amerikaya köçən minlərlə immiqrant ailədən biri idi və yaşadıqlarını, anasının izdirablarının onda yaratdığı duyğuları yazdığı əsərlə əbədiləşdirmişdir. Mənim fikrimcə, əsərdəki Gino obrazı da Puzonun özüdür. Hər şeydən öncə əsər bir İtalyan qadının ailəsinə necə tərbiyə verdiyinə, gözləntilərinə və mübarizəsinə həsr olunmuşdur. Mən məhz Puzo qələmini oxuduqdan sonra əmin oldum ki, konservativ italyan ailələri azərbaycanlılara həqiqətən də çox oxşayır. Başqa millətlə evliliyin xoş qarşılanmaması, ərsiz qadına pis baxılması, evin işləyən üzvlərinin maaşını böyüklərinə verməsi, evdə mütəmadi olaraq ənənəvi italyan xörəklərinin bişməsi, qonaqların kimliyindən asılı olmayaraq kofe və keksə qonaq edilməsi və s. bir çox cəhəti ilə bizimkiləri andırırdı. Yoxsul ailənin qızı ikən qonşuluqda yaşayan oğlanla ailə quraraq kasıblıqdan yaxa qurtarmaq üçün Amerikaya köç edən Lucia Santa uğursuz evliliyinin və övladlarının gələcəyini təmin etməyin öhdəsindən gəlmək üçün savaş verir. Lakin, sehirli röya kimi görünən Amerikada sərvətin qapısını açmaq Lucia üçün heç də asan başa gəlmir. Övladları səhərdən axşama qədər dəmiryollarında çalışır, yeri gəlsə oğurluq edir, məsuliyyətsiz həyat yoldaşı ailəyə biganə yanaşır. Bu yoxsul ailə üçün ən ağırı isə Amerikanın onlara sərvət bəxş edəcək şərti idi: Dürüstlüyü çeynəmək. Lucianın heç bir övladı dürüstlüyü pul qazanmaq uğrunda qurban vermir və bu da Puzonun ailə dəyərlərinə nə qədər önəm verdiyini bir daha vurğulayır. Xaç Atasında ailəsini qorumaq üçün əlini qana bulamaqdan çəkinməyən mafiyaya rast gəliriksə, The Fortunate Piligrim romanında bir qadının ailəsi uğrunda hər şeydən keçə bildiyinə şahid oluruq. Yekun olaraq, əsər italyan dəyərlərini köç etsə də hər zaman özüylə daşıyan, kökündən heç vaxt qopmayan, onu qoruyan və sevən ananın mübarizəsini oxucusuna sadə və bir o qədər də doğma duyğularla çatdırır. Perfetto!
Anne
AnneMario Puzo · Altın Kitaplar Yayınevi · 1970102 okunma
·
344 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.