Gönderi

Görəsən,ömründə bir dəfə də olsun Düşünvmü ki, BU LƏNƏTƏ GƏLMİŞ YEŞİK UŞAQLARI GİCBƏSƏR EDİR? DÜŞÜNMƏK VƏ XƏYAL QURMAQ QABİLİYYƏTLƏRİNİ MƏHV EDİR? GƏNC VARLIĞIN QƏLBİNİ HƏR CÜR ZİR-ZİBİLLƏ DOLDURUR VƏ ZƏRİF UŞAQ BEYNİNi MUM KİMİ YUMŞALDIR? MÖCÜZƏLƏR DÜNYASINI NİŞAN ALARAQ CANLI TƏSƏVVÜRÜN ODUNU HƏMİŞƏLİK SÖNDÜRÜR? Əvəzində bizdən soruşacaqlar: "Onda bəs körpələrimizi Nə ilə əyləndirək? Biz də onlara cavab verəcəyik: "Bəs sizin qızıl uşaqlığınızda Dünya bu məkrli ixtiradan Bixəbər yaşayanda Sizin əyləncəniz nədən ibarət idi? Unutmusunuz? Yadınıza salarıq! Lap hündürdən,özü də hecalarla deyərik: Siz FA-Sİ-LƏ-SİZ Kİ-TAB O-XU-YUR-DU-NUZ! Və birini bitirən kimi Digərindən yapışırdınız!" Nə deyək ki,gününüzü kitabsız Təsəvvür etmədən Öz evinizi uşaq otağından tutmuş Ta yataq otağınadək oxu zalına çevirirdiniz! Hər yerdə-masaların və stulların üstündə- Orda-burda kitab görmək olardı.
·
35 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.