Gönderi

160 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 2 hours
Oxuyun, Kiçik adamlar...
Vilhelm Reyx əsər boyu sənə,bəli,məhz sənə bizə xitab edir. Sen “küçük”, “sıradan” bir insansın- deyir bizlərə.Haqsızmı? . Etiraz etdinmi nələrəsə? Haqsızlığa göz yummadığın oldumu? Olmadı. Sən çünki KİÇİK ADAMSAN. "Hitlercileri milyonlarca insanı öldürdükten sonra asıyorsun, peki ama bu cinayetler işlenirken sen neredeydin? Birkaç düzine ölüyü görmek seni heyecanlandırmıyor.Sende insanca duyguların uyanması için milyonlarca insanın mı ölmesi gerekiyor?" - kitabdan olan bu alıntı kiçik adamı düşündürür. Amma yenə də böyük adamların " oyuncağı" olmağa davam edir. Sən zəncirdəsən.Amma azadlığı, düşünməyi sevməkdənsə hər gün  zəncirə aşiq olursan.Axı o zənciri böyük adamlar sənə bəxş edib. Anlamırsan.Zənciri qıra bilən yalnız sənsən! Amma qırmırsan.Çünki düşünmürsən, kiçik adam. Kütlənin axını ilə gedirsən, yalnız qalmaqdan bəlkə də qorxursan deyə. Amma kütlə ilə ölümə sürüklənirsən. Yəhudiləri sevmirsən? Niyə deyəcəm.Ya öz bəhanənlə inandırmağa çalışacaqsan.Ya da susacaqsan.Tək etmədiyin düşünmək olacaq.Qalan hər şeyi edəcəksən. İndi bu məqamda kitabdan alıntını qeyd etsəm yerinə düşər. "Deyirsən ki, bütün günah yəhudilərdədir. - Yəhudi nədir? deyə soruşuram. - Damarında yəhudi qanı axan bir kimsə, deyə cavab verirsən. - Yəhudi qanıyla başqa qan arasında nə fərq var ki? Bu sual qarşısında duruxursan; fikirlərin dolaşır və belə deyirsən. -Yəni yəhudi irqi demək istəmişdim. - Yaxşı, irq nədir? - İrq? Bunu bilməyə nə var, necə ki alman irqi varsa, bir də yəhudi irqi də var. - Yəhudi irqinin xüsusiyyətləri nələrdir? - Yəhudinin saçları əsmərdir, uzun, qıvrımlı bir burnu və kəskin gözləri var. Yəhudilər çox kindar və acgözdülər. - Sən heç fransız, italyan və yəhudini bir yerdə görmüsən? Üçünü bir-birindən fərqləndirə bilərsənmi? - Yəni.. Tam da ayıra bilmərəm. . - Yaxşı, elə isə yəhudi nədir? Qanın görünüşündə bir fərq yox; fransız və ya İtalyandan fərqli görünüşü yox. Sən heç Almaniya yəhudilərini gördünmü? - Əlbəttə. Almanlara bənzəyirlər. - Yaxşı, Alman nədir? - Alman, Nordik (ing. Nordic race) Ari irqindəndir. - Amerikan yerliləri də Ari irqindəndirmi? - Əlbəttə - Onlar da Nordikmi? - Xeyr - Sarışındırmı? - Xeyr. - Bax gördünmü, alman nədir, yəhudi nədir bilmirsən. - Ancaq yəhudi deyə bir şey var - Əlbəttə yəhudi var, necə ki, xristian və müsəlman  varsa, yəhudi də var. - Tamam, yəhudilərin dini demək istəmişdm. - Ruzvelt holland idi? - Xeyr. - Ruzveltə holland demirsən, amma Davud nəslindən gələnlərə niyə yəhudi deyirsən? - Yəhudilər başqadır. - Başqa olan nədir? - Bilmirəm. Bax beləcə boşboğazlıq edirsən, Kiçik Adam. Boşboğazlığından silahlı quruluşlar yaranır və bir yəhudinin nə olduğunu belə deyə bilməyən sən, 10 milyon insanı, 10 milyon «Yəhudi »ni öldürürsən. İnsan buna görə sənə gülür, buna görə də ciddi bir işi olanda səndən uzaq gəzməyə çalışır və sən daha da batırsan. «Yəhudi» sözünü deyəndə özünü üstün insan zənn edirsən, bu sözü demək sənə üstün olduğunu hiss etdirir. Buna ehtiyacın var, çünki doğurdan da hislərin acınacaqlı haldadır." Haqsızmı, Reyx?...Tam da haqlı Bəli, ancaq danışırsan kiçik adam.Suallara isə cavab tapa bilmirsən.Çünki düşünmürsən.Düşünsəydin yeni ərazi həvəsinə düşüb müharibələrdə "İrəli" deyib vəhşilik edərdin? Etməzdin.Amma edirsən.Çünki böyük adamların zəncirdə saxladığı kiçik adamsan. Bu arada qeyd edim ki, Wilhelm Reyx Avstriya və Amerika psixoloqu, Ziqmund Freydin şagirdi və davamçısı olub. Mütləq oxunması vacib əsərlərdəndi. Oxuyun, kiçik adamlar.
Dinle Küçük Adam
Dinle Küçük AdamWilhelm Reich · Avrupa Yakası Yayınları · 201213.2k okunma
·
365 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.