Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

976 syf.
·
Puan vermedi
·
19 günde okudu
Bəzi kitablar vardır ki, haqqında danışmağa çətinlik çəkərsən, nə yazasan,necə edəsən ki fikrini tam çatdıra biləsən. #Səfillər məhz elə bu kitablardan biridir. Kitabın yazılmasına #ViktorHüqo tam 20 ilini həsr edib. Eyni zamanda onu deyim ki, dahi türk şairi Namık Kamal sürgündə vəfat edərkən əlində “Səfillər”kitabı var imiş. Kitabın əsas mövzusu adından da bilindiyi kimi səfillikdir. Fransanın heç bir təbəqəsinə məxsus olmuyan bir-birindən əlaqəsiz səfil insanların həyatını,yaşayışını,hisslərini #Hüqo çox ustalıqla təsvir edir. Katorqa dustağının səfilliyi, pozğun bir qadının səfilliyi, yetim bir qızın səfilliyi, bir qaçağın səfilliyi, bir oğrunun səfilliyi bir sözlə cəmiyyətin görübdə görməzdən gəldiyi və ya görmək istəmədiyi daha bir çox insanın və ən önəmlisi bir vicdanın səfilliyi ilə 21 gün boyunca tanış oldum. Ah Jan Valjan,sən necə gözəl insan idin, tək günahın isə ac qalmış körpələrə çörək oğurlamaq idi… bunun nəticəsində isə 19 il katorqa dustağı olmaq… Etdiyi o qədər yaxşılıqlara rəğmən daima vicdanı ilə savaşmaq, özünü hər zaman günahkar hesab etmək, insanların xoşbəxtliyi üçün özünü qurban vermək, bir sözlə tanıdığım ən mərd, ən ülvi obraz oldu Jan Valjan. Övladı üçün hər cürə fədakarlıq edən Fantina, saf məsum Kozetta, hər nə qədər mənfi obraz olsa da işini ləyaqətlə görən Javer hər biri doğmalaşan obrazlardan idi. Kitabda sevmədiyim hissələrə gəldikdə isə bir çox yerdə əsas mövzu kəsilərək həddən artıq tarixi məlumatlara yer verilib. Hər bir məkanın,əşyanın, hadisənin təsvirini o qədər dərinliyinə enərək xırdalıyır ki, bir yerdən sonra kitab insanı sıxmağa və yormağa başlayır. Ona görə də məsləhətim bu kitabı ən sakit, ən hüzurlu,bol-bol zamanınız olduğu bir vaxtda oxumağa saxlayın Kitabda belə bir cümlə var idi: “Yer üzündə bircə nəfər də olsa sevən adam tapılmasaydı, günəş sönərdi” Jan Valjan, Fantina, Kozetta, Qavroş, Marius kimi insanlar bu dünyanın günəşidir. Günəşimiz heç zaman sönməsin
Səfillər
SəfillərVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201687,1bin okunma
·
212 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.