Gönderi

Qızımı onunçün hazırlanmış həyatdan xilas etmək istəyirdim. –Onu necə bir həyat gözləyirdi ki? –İradəsi və təbiətinə zidd olaraq bütün ömrü boyu əzabkeş, dinməz-söyləməz halda kiminsə qulluğunda duran kədərli qadına çevrilməsini istəmirdim. Hər an yanlış bir şey edəcəyindən, deyəcəyindən, göstərəcəyindən qorxan qadınlardan olmayacaqdı. Elə qadınlara Qərbdə heyranlıqla baxırlar. Məsələn, burada - Fransada o qadınlar yaşadıqları ağır həyat sayəsində qəhrəman simasında görünürlər. O qadınların həyatının bircə gününə də tab gətirə bilməyəcək insanlar qıraqdan baxıb onlara heyranlığım bildirir. Arzuları boğulmuş, xəyallarının üstünə su səpilmiş qadınlardır onlar. Müsyö Bustule, ən pisi də odur ki, onlarla rastlaşanda gülümsəyib heç bir qorxuları yoxmuş kimi görünməyə çalışırlar. Guya qibtə ediləsi həyat yaşayırlar. Amma bir qədər yaxından nəzər yetirsən, çarəsiz baxışlarının, ümidsizliklərinin və məcburən yalançı olduqlarının şahidi olursan. Bunların qızımın başına gəlməsini istəmirdim.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda Gəldi
·
189 görüntüleme
Seren