Gönderi

99 syf.
·
Puan vermedi
·
Beğendi
·
3 saatte okudu
Xocalı- Tanrının unutduğu şəhər
63-ü uşaq 106 qadın, 70- qoca 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.  Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.  Bakı deyəndə ağlımıza neft gəlir, Quba deyəndə alma, Göyçay deyəndə nar. Amma Xocalı deyəndə ağlımıza o gün gəlir 26.02.1992. İşgəncə verilirək öldürülən insanlar, dərisi soyulan balaca uşaqlar.Axı niyə Tanrı susdu bunlara? Niyə dua edirik? Bizim boş dualarımızı yerinə yetirən Allah ananın fəryadını niyə eşitmədi axı?! Əsirlikdə nələr edilmədi soydaşlarımıza?! Əsərin baş qəhrəmanı da Xocalı soyqırımında ailəsinin faciəli ölümünə şahid olan Elnurə adlı qızdır. Onun başına gələnləri yəqin ki özünüz düşünə bilirsiz Sonradan əsirlərin dəyişdirilməsi nəticəsində Azərbaycana qayıdır. Amma öyrənir ki tezliklə ana olacaq. Dünyaya gətirdiyi uşağın atası isə ermənidi. Bir erməni uşağını dünyaya gətirərdinizmi? Çətindi suala cavab vermək. Elnurə dünyaya gətirir günahsız olan körpəni... Amma cəmiyyətdə ona münasibət heç də yaxşı olmur.  Elnurə gündəliyinin son səhifəsinə bunları yazır: "erməni mənə fiziki təcavüz etdisə, siz mənə mənəvi təcavüz etdiniz." Doğrudan da onların ermənidən fərqi vardımı? Əxlaqsız adlandıran Elnurəni onun yaşadıqlarını bilmədən asanlıqla bu damğanı necə vura bilərdilər ki? Əsərin sonunda insan üzülür. Və kaş hər şey belə olmasaydı deyir.Və kaş  o gecə olmasaydı. Xocalı...İllər keçəcək.Sənin qoynunda yenidən uşaqların şən səsi eşidiləcək.Nənələr nəvələrinə şirin-şirin nağıllar danışacaq. Və Xocalıdan səslər gələcək.Xocalıdan qisas almış azərbaycanlıların şən səsləri gələcək. Və o tarix isə əsla unudulmayacaq. Qan yaddaşımızı unutmayaq,unutdurmayaq!
Mənim Erməni Oğlum
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0103 okunma
·
131 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.