Gönderi

760 syf.
·
Not rated
·
Read in 4 days
720 səhifə, bir neçə ay. Bu əsərə Dostoyevskinin ən lirik əsəri deyirlər, mən isə bu əsərə Dostoyevskinin ən ziddiyətli əsəri deyəcəyəm. Bu ziddiyyət özünü əsasən hekayənin personajları vasitəsilə biruzə verir. Baş verən ən xırda hadisə bəzən bir dağ kimi göstərilərkən ən böyük təsiri olması gərəkən hadisələrlə bağlı personajların reaksiyası gözlənilməz dərəcədə laqeyd olur. Bunlar əlbəttə qeyri-iradi xətalar deyil, əksinə Dosto hekayəni qəsdən belə dolaşıq hala salıb. Personajlar kitab boyunca dəfələrcə küsür, barışır və yenidən küsürlər, sanki bir-birlərini tanımağa başladıqca həm bir-birlərinə bağlanır, həm də bir-birlərinə daha çox əzab verməyə başlayırlar. Hekayənin nəql edilmə tərzi də qəribədir, sanki Dosto ordan-burdan eşitdiyi bir hadisə haqqında məlumatları toplayaraq üçüncü şəxslərin gözündən danışır oxuyuculara hekayəti və mən bunun bir qədər sünilik yaratdığını düşündüm oxuyarkən. Əsərin ilk 300 səhifəsi o qədər maraqlı gəlmişdi ki, artıq bu kitabı şübhəsiz olaraq Dostoyevskinin ən maraqlı əsəri olaraq qəbul etmişdim. Maraq cəhətdən götürsək "İdiot" həqiqətən də hekayənin sadəcə bir cinayət hadisəsi ətrafında fırlandığı "Cinayət və Cəza" kitabından maraqlıdır. Yazar kitabda çox əhatəli davranaraq demək olar hər mövzuya toxunub. Hər dəfə bu sözü xatırlayıram: "Dostoyevskinin hər əsərini oxumaq bir universitet bitirmək kimidir." Bu kitab da yazıçının digər oxuduğum əsərləri kimi mənə bir çox yeni perspektiv qatdı. Əlbəttə yenə Azərbaycan dili tərcüməsi ilə oxumağın peşmançılığını yaşadım, yaxşı yanı isə "hərgan, nagahan..." kimi artıq dilimizdə işlək olmayan bir çox yeni söz qatdım lüğətimə.  Əsər boyunca personajların ziddiyətləri və dözülməz xasiyyətləri insanı özündən çıxarırdı. Knyazın idiotluğu, Nastasiyanın daxili çəkişmələrinin davranışlarındakı təzahürü, Aqlayanın dəcəllikləri, Lebedevin yaltaqlığı, İppolitin sırtıqlığı, Lizavetanın şüvənliyi, generalın hədsiz xırdalıqlarla dolu yalanları, Roqojinin qəzəbi və bütün digər personajların mütləq qüsurlu xasiyyətləri bəzən kitabı yarımçıq qoyma arzusu oyandırırdı. Sözün qısası, İdiot əsəri insan münasibətləri və hər birimizin daxilində baş verən əzablar barədə bir əsərdir mənə görə. Hekayənin mərkəzindəki əxlaq timsalı olan Knyaz Mışkin bəzən mütləq dürüstlüyün insanlar arasında axmaqlıq olaraq görüləcəyini göstərir bizə. Ümumiyyətlə söhbət insanlardan və insan münasibətlərindən getdikdə hər şey istisnasız olaraq çox mürəkkəbdir. "Bunu da unutmayaq, insan davranışlarına təsir edən səbəblər əsasən zənn etdiyimizdən daha qarışıq və müxtəlifdir, buna görə sonradan onları nadirən dəqiq olaraq açıqlaya bilərik."
Budala
BudalaFyodor Dostoyevski · Can Yayınları · 201825.3k okunma
·
985 views
VüsaIe Quluzadeh okurunun profil resmi
ayy masAllah,inceleme ela.tesekkur..ama cox qisa konkret yazmisannn)
Xəyal Hüseynov okurunun profil resmi
Elə yaxşıdır məncə
Kitabsever okurunun profil resmi
İncələmənizdə spoiler olmadığı üçün təşəkkür edirəm. Maraqlı incələmə olub. Əsas da xarakterlərlə bağlı hissə. Nagah, hərgah kimi bir çox sözlər illərdir lüğətimizdə olmasına baxmayaraq, gec gec işlənir təəssüf ki. İncələmə üçün təşəkkürlər.
Xəyal Hüseynov okurunun profil resmi
Xoşdur 😊
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.