Gönderi

9/10
·160 syf.··
Beğendi
·
2021 25. kitabı
·
5 saatte okudu
·
Okunma: 11 Ağustos 2021 16:11
Hüseyn Cavid, bildiyimiz kimi, ədəbiyyatımızda mənzum-romantik dramaturgiyanın banisi olub. 1923-cü ildə yazmış olduğu "Peyğəmbər" dramında H.Cavid tarixi şəxsiyyətlərdən bəhs edib və tarixi hadisələri qələmə alıb.. Qeyd edim ki, bu mövzuya şair 1925-ci ildə yazdığı "Topal Teymur" dramında da toxunmuşdur.. H.Cavid "Peyğəmbər" dramında tarixi mövzuya müasir mövqedən yanaşmışdı... Dram "Bisət", "Dəvət", "Hicrət" və"Nüsrət" adlanan 4 pərdədən ibarətdir. Xüsusi olaraq bir faktı da qeyd etmək lazımdır ki, şair "Peyğəmbər" dramında Məhəmməd Peyğəmbəri ideallaşdırdığı üçün günahlandırılıb. Bundan əlavə Əsərdə Ərəbin dediyi sözlərə münasibət bildirmək istərdim. Əsərdə Ərəb Deyir ki: "Xayır, bən oğuldan başqa Evlad istəməm,istəməm. Qız və qadın insanmı ya?" Halbuki düşünməsi gərəkən əsas məsələ odur ki, istədiyi oğlan övladını dünyaya gətirən, ona həyat bəxş edən, insan deyil deyə vurğulamış olduğu qadındır:) İnsanın müqəddəslik mərtəbəsinə yüksələ bilməsindən bəhs edən dram əsəri olduqca maraqlı idi...♡
PeygamberHüseyn Cavid · Berikan Yayınevi · 2001137 okunma
·
686 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.