Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

176 syf.
3/10 puan verdi
·
5 saatte okudu
Keçmişdə Yeşilçam, indiki dövrdə Wattpad.
Yalnızlıq, hüzn, məsud olmaq, yalnızlıq, ağlamaq, yalnızlıq, hüzn, məsud olmamaq, inanmaq, hüzn, yalnızlıq, inanmamaq, xoşbəxtlik, ağlamaq, yalnızlıq, sevgi, yalnızlıq, getmək, hüzn, bədbəxtlik, yalnızlıq, uzaqlaşmaq, hüzn, yalnızlıq, boğulmaq, yalnızlıq, boğulmaq, boğulmaq, boğulmaq... YE-TƏR! Bir əsər insanı bu qədər boğarmı? Boğazına kəndir kimi dolanıb sıxarmı? 176 səhifəlik bir əsər də adamı bu dərəcədə əsəb edərmi? Əvvəla, Oya xanım, yəni kitabımızın möhtəşəm baş obrazı, sənə səslənirəm. Allah haqqı, vallah, billah, anladım ki, yalnızsan. Bir arzun, bir məqsədin olmadığını da, Allaha inanmadığını da, sevgiyə inanmadığına hamını inandırmağını da anladım. Müqəddəs olan hər şeyə and olsun ki, anladım. Dəfələrlə təkrarlamasan, yenə anlayardım. Vallah anlayardım. Və nəhayət, lənət olası əsərinlə məni də özün kimi təkrarçı etdin, anladığımı dəfələrlə anladıram sənə. Oxuyub bitirməyim həftələrcə, aylarca çəkən əsərlər olub. Heç biri bu əsərin bu bir neçə saatda sıxdığı qədər sıxmayıb məni. Adicə "Jane Eyre"i oxuyub bitirməyim tam bir ay çəkdi, amma kitabı harda görsəm, bağrıma basasım, alnı olsa, alnından öpəsim var. Demək ki, məsələ uzunluqda və ya qısalıqda deyil. Bəs "Dinle Küçük Adam"a nə deməli? Dili ağır bir əsər idi, süjet xətti yox idi. Çox vaxtımı almışdı, amma oxumağımdan da olduqca məmnunam. Demək ki, məsələ dilin ağırlığında da deyil. Mən bunlardan əsla şikayət etmərəm. Məsələ nədədir onda ? Məsələ təkrarlardadır. Məsələ söz bazasının azlığındadır. Məsələ lüzumsuz bir şəkildə bədiiliyə qaçılmış məqamlardadır. Yazıçı bir fikri eyni şəkildə, tam-tamına eyni şəkildə o qədər çox yerdə işlədib ki, o qədər çox ! Bu səhifədə bu obrazın dilindən oxuyuram cümləni, 2 səhifə sonra başqa obraz eyni fikri təkrarlayır. Bu da yorur, həqiqətən, çox yorur. Anlayıram, bunu yazarkən yazıçı gənc olub, ola bilsin ki, təcrübəsi az olub, oxuduğu kitablar az olub. Hətta bu kitabı yazıb deyə az qala oxuduğu məktəbdən atılırmış (müdiri indi anlayıram). Zatən əsər də diqqətimi bu cür çəkmişdi. Və oxuduğu kitablar demişkən, əsərdə tam üç yerdə "Balaca Şahzadə"yə göndərmə vardı (hiss olunur ki, gənc Oya Baydar həmin əsəri olduqca sevib). Birincidə Metin adlı obraz "Balaca Şahzadə"də içki içən adamla bağlı hissəni hekayə olaraq xatırlayır; ikincidə baş qəhrəmanımız Oya Ekzüperinin kitablarını (çox maraqlıdır, kitabmı, yoxsa kitablarmı?) oxumağından bəhs edir. Üçüncüdə isə yazıçı artıq dayana bilmir və adsız bir obrazın adından "Balaca Şahzadə"nin məzmununu danışaraq onun Engin adlı digər obrazla tanışlığını oradakı hekayəyə bənzədir. Nəysə, bunu kənara qoyaq. Başqa nədənmi narazıyam? İzah edim: Yeniyetməlik vaxtımda bir məqalə çıxmışdı qarşıma: "Aşiq olduğunuzu göstərən əlamətlər". Maraqlı gəlmişdi, oxumuşdum. Sonda yazılmışdı ki, əgər "eski türk sinemaları"na baxanda ağlayırsınızsa, demək ki, sevməyi öyrənmisiniz. İllər keçib. Hələ də ağlamıram. Köhnə türk filmlərinə baxanda nə hiss edirəm bilirsiniz? - Siz... Size aşık oldum, hanımefendi. Hiç aklımdan çıkartamıyorum sizi. Rüyalarımı zabt etdiniz, benliğimi işgal etdiniz. Sizsiz yaşayamam. Sizsiz ölürüm. Lütfen, lütfen sizi sevmeme izin verin ! - Ama beni daha bir saatdir tanıyorsunuz, beyefendi. - Bana Kemal diye seslenin, lütfen. Çok, çok mutlu edersiniz beni. - Siz mutluysanız, ben de mutlu olurum, Kemal. Sanırım, ben de sizi seviyorum ! - Ah, o kadar mesudum ki, Ayşe ! Romantiklik aşıb daşır, hə? Araya bir az da intriqa girsin, qızın atası, ya da atasının seçdiyi adaxlısı bu aşiqləri ayırsın, ohh, mis ! Ağlamayan daşqəlblidir, nə danışırsınız? Nəysəə. Bunları anlatma səbəbim odur ki, bax bu kitab ki var, o yeşilçam filmlərindən daha bərbad idi. Get, getmə, qal, qalma. Dialoqları da həmin filmlərdəki tonlamayla oxuyanda elə bil filmin içindəsiniz. Oğlan ölümə gedir, qız da bilir. Son anda bir-birilərini sevdiklərini dərk edirlər necəsə. Ancaq artıq gec (!?) olur. Oğlan, əlbəttə ki, özünü öldürməlidir. Çünki "aşk bile bizi kurtaramaz" deyir filosof. Əlbəttə, xilas edə bilməz. Bütün gün atanın pulu ilə (hansı ki çirkli olmasından şikayətlənirsən o pulun) içki içib avaralansan, yanında da özün ağılda qızla gəzsən, təbii ki, o "aşk" qurtarmaz, əksinə, məhv edər. Sonda da dramatik şəkildə ayrılır oğlanla qızımız. Oğlan qıza "yaşa" deyir, "yaşa ki, məni xatırlayan biri olsun". Ah, ah, necə də hüznlü... (bu sözə nifrət edirəm artıq) Sevməyi bilənlər ağlasın ! Və bir məqama da toxunmasam, ürəyimdə qalar. Çox-çox xoşlamadığım bir şeydir avara olmağın təbliği. Deməli, məktəbdə dərs keçirlər. Qız dərs oxuyanları kiçimsəyir və dostları ilə toplaşıb aldıqları qiymətin kimdə daha aşağı olması barədə danışır, nə qədər aşağıdırsa, bir o qədər öyünürlər. Araşdırmaq yox, nəyisə dərk etməyə çalışmaq yox. Ancaq məhdud söz bazasıyla boş-boş fəlsəfə. Sonra da "niyə yaşamaq arzum yoxdur?" Öyrənmədikdən sonra yaşamağın nə anlamı var? Bir əsasın olmadan hər şeyi inkar edəcəksənsə, niyə yaşayasan? Bilib də inkar etmək ayrı məsələ, "heç nəyə inanmıram" deyib inkar etmək ayrı məsələ. İkinci o qədər əsəb edir ki məni. Ki baş obrazımız da bol-bol ikinci versiyanı işlədir. Ümumiyyətlə, baş obraz özünə niyə yaşadığını soruşduqca mən də ona eyni sualı verirdim elə. Bu oğlanla sevmədiyi halda sevgilidi; o biri ilə sevgili deyil, amma sevir; bu biri ilə etiraf almasına rəğmən, "dost" qalıb. Əslində elə kim bunu sevsə, bu kimi sevsə, hamısı ilə dost qalır. Dost qalmaq ifadəsindən soyudum rəsmən. Bir insan sənə dost gözüylə baxmadıqda necə dost qala bilərsən axı? Mənə bu klişe sualı verdirən əsər utansın. İndiki dövrdə çoxlu Wattpad "yazıçı"ları var. Bənzər hekayələr, bənzər klişelər yazır, təsirləndikləri film və seriallardan səhnələr götürüb əsərlərinə yerləşdirirlər. Oya Baydar bunu yazarkən məktəbli idi və onun dövründə Wattpad yox idi. Amma "eski türk sinema"ları vardı, buna görə də həmin filmlərin havasını əsərdə çox bariz şəkildə hiss etdirib, sağ olsun. Bilmirəm, bəlkə də, yanılıram, bəlkə də, o dövrün insanları, həqiqətən "nayırr, nolamazz" tipli danışırmışlar. Tək bildiyim, bu əsəri sevmədim. Anlamsız idi. Bomboş. 3 xalı da yazıçının əziyyətinə və bunu yazarkən gənc olmasına, təcrübəsizliyinə görə verdim. Əgər Oya Baydar'dan bir kitab oxuyacaqsınızsa, lütfən o kitab bu kitab olmasın. Əminəm ki, digər kitabları bu dərəcədə məyus etməz sizi. Sağ olun, oxumağa dəyər kitablarla qalın...
Allah Çocukları Unuttu
Allah Çocukları UnuttuOya Baydar · İnkılap Kitabevi · 19608 okunma
·
614 görüntüleme
Tinuviel okurunun profil resmi
Ya sənin incelemelerini çoox sevirəm də. Səmimiyyəti də, ciddiyəti də dozasında, mükəmməl😂😂 Əlinə sağlıq👌🏻
İnci Zadə okurunun profil resmi
Çox sağ ol 😂 Əsəbiləşəndə çox səmimi oluram ahahshsj
6 sonraki yanıtı göster
Bu yorum görüntülenemiyor
Tinuviel okurunun profil resmi
İlk abzası oxuyub bitirənə kimi hövsələm çatladı, sən 176 səhifə dözmüsən. Təqdir etdim dndnfn
İnci Zadə okurunun profil resmi
İnan ki, boğulurdum o kasvetli havadan dolayı. Həyat enerjim söndü 🤣
2 sonraki yanıtı göster
Tinuviel okurunun profil resmi
Bu arada, Yeşilçam filmləri şedevr deyil. Ağlamalı heç deyil. Ən azından əksəriyyəti. Çünki səhnələr, obrazların monoloq və dialoqları həddindən artıq sünidir. 60-cı, 80-ci, 2000-ci illərin xarici film / seriallarını görmüşük. Azərbaycan kinematoqrafiyasını da görmüşük. Yəni keyfiyyətli serial, təbii dialoq necə olur, yaxşı ki, xəbərimiz var. Yoxsa ciddi-ciddi köhnə türk seriallarının, dramalarının yaxşı olduğuna inanacağıq😃 Türklərin 2010lar və sonrasında çəkdiyi işlər, səhnələr, aktyorluqlar əvvəlkilərdən qat-qat keyfiyyətli, güclüdü. Ssenari məsələsinə gəldikdə isə... Orijinallıqları heç vaxt olmayıb, heç vaxt da olmayacaq.
İnci Zadə okurunun profil resmi
Elə bil yer dəyişmişik illər keçdikcə. Həqiqətən, bizim əvvəlki filmlər hara, indikilər hara (bir iki istisna olmaqla). Üzügeri gedirik 🙂💧. Və bizim filmlər olmasaydı belə, o dövrün filmlərini maraqlı hesab edəcəyimi sanmıram. Dediyin kimi, çox süni olublar.
2 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.