Gönderi

145 syf.
8/10 puan verdi
·
11 saatte okudu
Tommasonun "Güneş Ülkesi" Thomas Moorenun "Ütopya"asına çox bənzər başlıqla başladı. (hərçənd ki Ütopya daha geniş mövzulu idi və yarıda buraxmışam) Mövzu ütopya kimi qeyd edilsə də 1000kitabda oxuduğum digər bir rəylə razıyam ki, bu kitabda bəhsi gedən ölkə kiminə görə ütopya kiminə görə distopya kimi görünə bilər. Ölkə din, astrologiya və elm kimi bir-biri ilə heç vaxt örtüşməyən sistemlərin harmanlanması ilə idarə olunur. Məhz buna görə də kitab türklər demişkən öz içərisində bir çelişki içərisindədir. Ölkənin əsas devizi "Hamının azdlığı"dır amma içərisində heç də hər kəsin azad olmadığı çox bariz görünür. Guya gender bərabərliyini əldə etmişlərmiş kimi danışır, 1 vərəq sonra isə ağır işlərim sadəcə kişilərin gördüyünü, qadınlardan ortaq istifadə olunmasını və s. oxuyuruq. Bunun kimi daha bir çox sosioloji, siyasi, ekonomik və başqa bir çox mövzunun həm ütopik həm distopik yanlarını eyni zamanda oxuyuruq. Budur ütopya? Bir də kitabda nəsil artırma mövzusu barədə yazılanlar mənə o qədər qorxunc idi ki, amma ölkə əhalisinə görə bu öyrənilmiş qaydalar idi. Kitabda bəhsi gedən, sözdə çarəsi tapılmış bütün mövzuların altında məntiqsizliklə iyi niyətin qarışdığını görmək olur. Necə mi? Doğulan uşaqlarım sağlam olması üçün doğru qadınlar doğru kişilərlə eşleştirilir. "Baş qadın" ürəmə üçün uyğun saat gələnə qədər cütləri başqa otaqlarda yatızdırır və doğru saat gəldikdə( saat da bürclərə görə seçilir pfff) qapılarının ağzını açır və onları sərbəst buraxır, heyvan kimi.. Kitabda tamamilə mənə xoş gələn, bugünkü dünyamızda olmasını istədiyim vəziyyətlər də var idi, olmadığına şükr etdiyim məsələlər də.. Təəssüf ki kitaba səsli qulaq asdığıma görə alıntılar götürə bilmədim. Buna görə də ilərləyən zamanlar da pdf və ya fiziki kitabı əldə edib yenidən oxumağı çox istiyərəm.
Güneş Ülkesi
Güneş ÜlkesiTommaso Campanella · İlgi Kültür Sanat Yayınları · 20193,541 okunma
·
1.410 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.