Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

620 syf.
10/10 puan verdi
·
4 günde okudu
Müharibə temalı bir roman daha. Yazardan oxuduğum ilk roman oldu. Düzünə qalsa, yazarın başqa romanları varmı bilmirəm, ancaq müəllifin qələmi möhtəşəm idi. Roman çox axıcı, maraqlı idi. Hadisələr ölümün dilindən bizə danışılır. Roman 2-ci dünya müharibəsinin gətirdiyi fəlakətləri, insanların necə vəhşi yaratıqlar olduğunu göstərir bizə. Bu kitabda insanlığın qaranlıq üzünü görürük. Eyni zamanda bu kitabda qaranlığı öz işıqlarıyla parçalayan kitab oğrusunu, özünü kömürlə qaraldıb dünyanı fəth edən dəlini, səmanı oğurlayan gənci, qəhrəman Hansı və Rozanı görürük. Belə insanların hesabına dünya dönür, bəlkə də. Romanı oxumağınızı şiddətlə tövsiyə edirəm. Romanı oxuyun, oxutdurun. Romanı Hansla Lizelin arasında olan ata-qız münasibətini görmək üçün belə oxumağa dəyər. Qeyd edim ki, millət millətdən üstün deyil, ancaq insan insandan üstündür. KİÇİK BİR FAKT - nə vaxtsa siz öləcəksiniz.
Kitab Oğrusu
Kitab OğrusuMarkus Zusak · Qanun Nəşriyyatı · 201812,6bin okunma
·
111 görüntüleme
Banu İbrahimova okurunun profil resmi
Tövsiyyənizə əsasən oxuyacam bu kitabı. Yazdığınız rəy məndə çox böyük maraq oyatdı. Təşəkkürlər, kitabsevər xanım 😊
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.