Gönderi

200 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 11 days
Suomidən - Li-li'yə
Finlandiya- Bataqlıqdan- bəyaz zanbaq diyarına... 3 milyon cahil xalq kütləsindən - Dünyanın ən xoşbəxt ölkəsinə... 《Bu təzadları yerlə bir edən finlər! Adından da göründüyü kimi kitab fin xalqının yüksəliş xəttindən bəhs edir. O xalq ki, 1809-cu ilə qədər İsveç, daha sonra isə Rusiya əsarətində olub. Müəllif kitabda aclıq, səfalət, cahillik, ümumiyyətlə, idarə oluna bilməyən xalqın bütün problemlərini açaraq finlərin bu inanc, iradə, səbr, dözüm ilə aşıb - daşan mübarizəsini əks etdirmişdir. Qeyd etməliyəm ki, kitabın hər hissəsi bu problemlərdən biri ilə adlandırılıb və o hissədə problemin səadətə apardığı yol pillə-pillə izah edilir. Bu gün ağız dolusu danışdığımız, həsədlə baxıb özəndiyimiz Finlandiya təhsilinin necə heç yoxdan yarandığını öyrənirik. Balaca bir şəhərdə 6-7 təhsil ocağının yalnız bir mehmanxananın olduğu deyilir hansı ki, o mehmanxana da teatr zalı kimi istifadə edilir. Hazırda bizdə əksinə olduğu üçün Finlandiya təhsilinə yalnız kənardan baxa biləcəyimizi əminliklə deyə bilərəm. Təhsilin, düşünməyin önəmini göstərən yazıçı formal təhsil deyil, xalqın, xüsusilə gənc nəslin araşdırma qabiliyyətinin, öyrənmə istəyinin formalaşdırmağı təhsil mərkəzlərinin vəzifəsi kimi açmışdır. Kitabda ən sevdiyim, ən çox razılaşdığım hissə isə ailə ilə bağlı olan hissə idi. Hər cümlə, hər söz sanki bugünkü azərbaycanlı ailəsini düşünərək yazılıb. İnsan rastlaşdığını, müşahidə etdiyini oxuyanda daha təbii və təcrübi yanaşma olur deyə düşünürəm. Ailənin dövlətin, xalqın varlığı, tərəqqisi, uğur cığırı üçün önəmindən bəhs olunur. Valideyn övlad münasibətlərinin dərəcəsi, "necə olmalıdır"-ı göstərir. Çünki hər kəs nə etmək lazım olduğunu bilir, anlayır, lakin bunu necə edəcəyini ona göstərən yoxdur. Heç kim də öz işini, qayğılarını artırmaq , rahatlığını pozmaq istəmir. Bir dövlətin, xalqın mədəni, sosial, siyasi bəzən də iqtisadi səviyyəsini müəyyən etmək istəsək o ölkədə bir neçə ailəni incələmək bəs edər, məncə. Növbəti və digər hissələrdə xalqı oyatmağın, hərəkətə gətirməyin yollarını göstərən şəxslərdən danışılır. Snelmanlar, Jarvinenlər, Karokeplər, Ukkonenlər.... Ziyalılara müraciətlə deyilən bu cümlə də bu şəxslərin məqsədlərini açıqca ifadə edir: "Şamı yandıranda kənarlarını tutmuruq, yuxarı qaldırıq ki, ətrafı işıqlandırsın!" Ziyalı da bir şam olmalıdır ətrafı, xalqı üçün. Axı, Fin xalqı - təbii çürüntüdən təmizlənməmiş və zərgər əlində cilalanmamış almaz daşıdır! :/ Mütləq oxunulası bir kitabdır. Xüsusən də bunlar bizdən bəhs edərkən... Finlandiyanın təxminən 2 əsr öncəki problemləri ilə biz hazırda üzləşiriksə biz də bir fin xalqı olub, adımızdan söz etdirə bilmərikmi, insanımızı səfalətdən, cahillikdən çəkindirmək üçün nə etmişik?!
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201999.6k okunma
··
130 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.