Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

376 syf.
9/10 puan verdi
·
Beğendi
·
25 günde okudu
"Sonuncu Mogikan", Ceyms Fenimor Kuper. Əvvəlcə obrazlar və süjet haqqında məlumat vermək istəyərdim, çünki hər hansı kitaba başlamazdan əvvəl oxucu obrazlar haqqında, kitabın mövzusu haqqında araşdırmalar edir. "Sonuncu Mogikan"ı o şəxslər sevərək oxuyacaqlar ki, hərb sənəti ilə maraqlanırlar, döyüş kinolarına baxmaqdan həzz alırlar. Ümumiyyətlə deməliyəm ki, kitabda bədii təsvir çox təfsilatlı şəkildə özünü göstərir. Yəni Kuper hadisələri, təbiət obrazını, obrazların mimikasından tutmuş geyimlərinə qədər hər şeyi təfsilatı ilə təsvir edir. Lakin bu qədər təsvir oxucunu yormur, əksinə, kino təəsüratı bağışlayır, hər şey göz önündə dəqiq canlanır. Psixologiyadan irəli gələn qeyri-iradi və ya iradi üz ifadələri, bədən dilinin ünsürləri, üz cizgiləri vasitəsilə obrazın bütöv xarakterini təsvir etmək, oxucuya çatdırmaq Kuperin fitri istedadından başqa bir şey deyildir. Əsər çox qədim bir hindu qəbiləsi olan mogikanların sonuncu nümayəndəsi Unkasın şərəfinə belə adlandırılmışdır. Hadisələr XVIII əsrdə, Amerikada baş verir. İngilislər və fransızlar daha çox müstəmləkə torpağı uğrunda bir-birilə mübarizə aparırlar. Bu zaman onlar fərqli hindu qəbilələri ilə əməkdaşlıq edirlər, bəzi tayfalar ingilislərin, bəziləri isə fransızların tərəfində vuruşurlar. Əsərdə iki mogikan var: Unkas və onun atası Çinqaçkuk. Digər əsas obrazlar ingilis mayoru Dunkan Heyvord; ingilis zadəgan qızlar: Alisa və Kora; mogikanların daimi dostu Şahingöz (Nataniel) və musiqi müəllimi Davud. Əsər boyu həyacan demək olar ki azalmır, lakin son yüz səhifədə hadisələr daha çox yüksəlir. Buna baxmayaraq məhz sonuncu vuruş səhnəsini görmək üçün əsəri oxumağa dəyər. Diqqətimi cəlb edən məsələlərdən biri də kitabda Ceyms Fenimor Kuperin "Amerika romantizminin sonuncu mogikanı" adlandırılmasıdır. Bunu mən deyə bilmərəm o, axırıncımı idi, lakin deyə bilərəm ki, Kuper yaxşı bir romantik olmuşdur.
Sonuncu Mogikan
Sonuncu MogikanJames Fenimore Cooper · Önder Neşriyat · 2005315 okunma
·
404 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.