·200 syf.··Beğendi
···Okunma: 20 Temmuz 2021 01:30 Death Note 2
Oxudugum bu manga seriyasının ilk kitabı haqqında post paylaşmışdım. İndi isə növbəti manganın qısa rəyini bölüşəcəm...
Seriyanın davamı olduğu üçün əlavə məlumat verməyim tənii ki, spoiler olacaq.
Ancaq bir neçə fikir qeyd edim:)
Manga yapon ədəbiyyatı nümunəsi olub sondan əvvələ sagdan ola doğru oxunur.
Bu manganın möhtəşəmliyi isə sözlə izah oluna bilməz. Death nota sahib olan Kira ilə L arasəndakı qarşıdurma sürət kəsmədən davam edir. Ağıl oyunları, birbirlərinə atdıqları addımlar ssenarini kim yazmışsa halal olsun dedirdir.
Yeni obrazların əlavə olundugu bu iki manganı nəfəsimi tutub oxudum
Qeyd edim ki manga 14 kitabdan ibarətdir.
Bundan sonraki kitablarda incələmə olmadan bölüşəcəyim bu manga seriyasını çox sevdiyimi indidən qeyd edim. Son kitabda ümumi seriya haqqında incələmə yazmağı düşünürəm.
Qısaca, oxumaq istəyən olsa mütləq şans versin.
Yaşım nə olur olsun istər klassik istər belə maraqlı və fərqli əsərləri oxumaqdan dönməyəcəm.