Gönderi

9/10
·112 syf.··
Beğendi
·
2021 30. kitabı
•Mənzum-romantik dramaturgiyamızın banisi olan Hüseyn Cavid yaradıcılığından növbəti əsər.. ~"İblis" mənzum faciədir və Hüseyn Cavid bu faciəni 1918-ci ildə qələmə almışdır. Əsərdə müharibələrin törətmiş olduğu faciələr öz əksini tapmışdır. Ancaq bu müharibə səhnələrində heç bir reallığa yer verilməyib... ~Hüseyn Cavid "İblis" mənzum faciəsi ilə hərbə uymuş insanlığın faciəsini göstərməklə bəşəriyyəti bu bəladan xilas olmağa çağırmışdı... ~Əsərdə Arif obrazı diqqəti cəlb edir. O, həqiqət axtarışında olan obraz idi, amma onun xarakterində sonlara yaxın ziddlik yaranır. Belə ki, həqiqət axtarışında olan Arif obrazı kamil insana yox, qatilə çevrilir. Xavərin və qardaşı Vasifin qatilinə çevirilir. Əsərdə mifik obraz kimi İblis də iştirak edir. Onun sözü diqqəti cəlb edir, deyir ki, əsl günahkarlar iblis deyil, elə insanların özləridir... ~|Əsər İblisin monoloqu ilə bitir və bu monoloq Hüseyn Cavidin fəlsəfi düşüncələrinin yekunu kimi diqqəti daha çox cəlb edir: " İblis nədir? -Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? -İblis!.."
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 20191,098 okunma
·
473 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.