Gönderi

168 syf.
9/10 puan verdi
·
Beğendi
·
26 saatte okudu
Dr. Bomgard müharibə illərində Universiteti bitirərək hər şeydən uzaq bir kənd xəstəxanasına həkim olarak göndərilir. Və ilk səhifələrdə bu təcrübəsiz gəncin həyəcanı, qayğıları, ən çox da bacarıqsız olacağı, kiməsə zərər yetirəcəyi və bunu qaldıra bilməyəcəyi qorxuları göstərilir. "Rusya soğuğunda insanın ateş dışında bir de çevresine alışmaya ihtiyacı vardır. Diplomam var, on beş sınavın hepsinden en yüksek notları aldım. Bunlarla bir yerde asistan doktor olaraq işe başlaya bilirdim. Ama hayır.. Onlar gülümseyip, 'Alışırsın,' dediler. Hah işte, al sana alışmak. Bir hasta gelse ben ne yapacağım?!" tipli düşüncələrlə saatları qovurdu ki, ertəsi günün səhərindən gözünün qarşısında bir ata ağlaya-ağlaya qızını içəriyə doğru daşıdı. Onun gözünün içinə baxa-baxa "yalvarıram, ölməyinə icazə vermə" dedi. Buz kimi donmuş halda qızı əməliyyat masasına gətirdi. Bütün həkimlər, tibb bacıları köməyə gəldi. Özünü itirmiş halda, baş verənlərə baxırdı. Artıq qızın ölümüylə razılaşmağa başlayırdılar ki, klinikalarda etdiyi praktikalar, oxuduğu qalın-qalın tibb kitablarındakı yazıları xatırlamağa çalışırdı. Etdiyi bəzi həmlələrdən sonra yarı ölü qızın qulağına sadəcə "Hasta odasına kadar dayan, dayan da hayatımın bu korkunç olayından alnımın akıyla çıkayım" dedi. Bu səhnənin necə sarsıdıcı olduğunu təsvir belə edə bilmərəm. Bulqakov özü də tibb fakültəsi bitirdiyindən bu səhnəni hər bir təfərrüatı ilə birlikdə nəql etmişdi, bəzi hissələrdə dəhşətə gəlirdim. Bir də əsər gəncin öz dilindən nəql edildiyinə görə, hadisələrin incəliyinə qədər keçirdiyi hissləri, həyəcanı, ağrıları hiss edərək oxumaq mümkün olurdu. Bu hadisədən sonra gənc elə bir şöhrət qazandı ki, gündəlik pasientlərinin sayı yüzü vurub keçdi. Gecəyə qədər dayanmadan işləyirdi. Fərqli yerlərdən gəlib onu götürüb evlərinə aparırdılar, yenidən xəstəxanaya beləcə təcrübəsi də artırdı, lakin soyuqqanlılığı artmaq bilmirdi. Yenə həmin həyəcan, qorxu və qayğılar qalırdı. "Onu nasıl kurtaracağım? Hadi bunu kurtardım diyelim, ötekini nasıl kurtaracağım? Ya diğerlerini!" sualları hələ də öz aktuallığını qoruyurdu. Beləcə təfərrüatları ilə birlikdə artıq daha çox stresli, bəzən ilk dəfə gördüyü problem və əməliyyatlar bizə göstərilirdi. Elə vaxt gəlirdi bilikləri yerinə sadəcə instinktlərindən istifadə edirdi. Çoxundan da müsbət nəticələrlə çıxırdı. Vaxt keçdikcə də alışırdı, qəribə, nağıl kimi əhvalatlar yaşadığı da olurdu bəzən. Hər cürə insanlarla qarşılaşırdı, mələküzlü körpələrdən inadcıl qocalara qədər qəribə, əyləncəli xəstələr, əməliyyatlar, hadisələr, dialoqlar.. hamısı əla idi. Beləcə, aylar illərə çevrilməyə başlayırdı. O isə bir şeyin fərqinə varmışdı: "Bir yıl geçti, yeni bir yıl daha geçecek ve bu da geçen yıl gibi bir yığın sürprizlerle dolu olacak. Demek ki öğrenmeye boyun eymek gerekiyormuş." Bulqakovun kitaba qatdığı dramın sərhədində gəzən mizahı da çox sevdim. Anıların bəziləri istər-istəməz oxucuya təbəssüm hədiyyə edirdi. Bununla yanaşı təbii ki, sarsıdıcı səhnələr də olurdu. Yerində seçilmiş bir addır, lakin yenə də bəzi səhnələri oxuduqca "genç bir doktorun acıları" başlığı da uyğun gəlirdi. Valideynlərin göz yaşları, gəncin keçirdiyi hislər, uğurlu bitməyən əməliyyatlardan sonra onda qalan təsirlər. Hamısının təsviri o qədər möhtəşəm idi ki.. Kitabı oxuduqca universitetdə oxuyacağım qalın-qalın tibb kitablarının xəyalları gözümü nə qədər yaşartsa da, çox sevdim Bulqakovu. Ötürdüyü mesajların sayı da kifayət qədər çox idi, xüsusilə də sonlarda (Morfinman olmuş dostun günlüyündən çıxarılan mənalar və Müharibəyə göndərilən həkimin danışdığı əhvalatda toxunulan incəliklər..) Çox möhtəşəm kitab idi. Tezliklə
Usta ve Margarita
Usta ve Margarita
əsərini də oxumağı düşünürəm.
Genç Bir Doktorun Anıları
Genç Bir Doktorun AnılarıMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 202325bin okunma
·
343 görüntüleme
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.