Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

80 syf.
6/10 puan verdi
·
2 saatte okudu
Kitab Semyon adlı səfil bir o qədər də vicdanlı çəkməcinin evə dönərkən kilsənin bir küncündə qəribə biri ilə rastlaşması ilə başlayır. Kişi qəribin halına acıyıb onu evinə aparır, evdəki son çörək tikələrini belə ona verirlər. Ondan niyə bu halda olduğunu soruşanda isə sadəcə Tanrının cəzalandırdığını söyləyir. Gördüyü yaxşılıq qarşısında gənc də bir işin ucundan tutub bu səfil ailəyə yardım etməyə başlamışdı, hətta xoş güzərana çıxarır onları. Ardınca da missiyalarını yerinə yetirmək üçün Yerə göndərilən bir mələk olduğu aydınlaşır. Beləcə nağılvari hadisələr də baş verir. Açığını deyim kitab bir mənalı qarşılanmasa da bir az uşaq ədəbiyyatı kimi gəldi mənə, yenə də Tolstoya başlamışamsa, xırda-xuruş əsərlərini oxumağı lazım bildim. Bir də kitabı oxuyarkən
Qaraqan
Qaraqan
:ın "
Mələk
Mələk
" romanı xatirimə gəldi. İki kitab da göydən düşən bir mələk üzərinə qurulub. Tolstoy mələyi gənc bir oğlana, Qaraqan isə gözəllər gözəli bir qadına bənzədir. Hər halda kitablar arasında olan fərqləri bura yazsam saatlar çəkər. Bir bunu demək istəyirəm ki, düşdüyü ərazidən, dövrdən və insanlardan asılı olaraq uyğun nisbətdə Mələk romanındakı mələyin fonunda göstərilən reallıqların və mənaların sayı daha çox idi. Burda göstərilən yeganə şey isə yalnız: sevgi, sevgi, bir də şey, sevgi
İnsan Nə İlə Yaşayır?
İnsan Nə İlə Yaşayır?Lev Tolstoy · Qanun Nəşriyyatı · 2020190,6bin okunma
·
1 artı 1'leme
·
258 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.