Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

540 syf.
·
Puan vermedi
·
Beğendi
·
7 günde okudu
İllər öncə Drayzerin "Cenni Herhardt" nı oxuyanda, nə vaxtsa mütləq "Kerri bacını" da oxumalıyam demişdim.Axı bu,yazıçının birinci əsəri,necə deyərlər, qələminin ilk bəhrəsidir."Cenni Herhardt" Drayzeri ən sevdiyim yazıçıya çevirmişdisə,"Kerri bacı" bu sevgini daha da artırdı,azaltmadı.Bir vaxtlar bu əsərə görə tənqidçilər Drayzeri qəddarlıqda,əxlaqsızlıqda günahlandırıb,ona "gəncləri pis yola çəkən" damğası vursalar da, yazılmasından yeddi il sonra əsər bestsellerə çevrildi,bütün Avropa dillərinə çap olundu ,və hal-hazırda bu kitabı XX əsr Amerika ədəbiyyatının "vizit kartı" adlandırırlar. Romanın qəhrəmanı öncə evli adamın məşuqəsi,sonra isə məşhur aktrisa olan bir qızdır.Teodor Drayzer romanında qadın xoşbəxtliyinə aparan yolun təmiz və şərəfli,bu yolla gedənin isə ləyaqətli,namuslu,günahsız olduğunu vəsf edən Amerika həyat tərzi,sadə insanların mənəviyyatını pozan,onların saf,bakirə əxlaqına təcavüz edən burjua cəmiyyəti ciddi tənqid edilmişdir. Ah,insan həyatının dolaşıqlığı! Biz hələ çox şeyi nə qədər tutqun anlayırıq:Budur,Kerri əvvəlcə yoxsul,hiyləsiz,təəssürata qapılan bir qız idi.O ,həyatda xoş olan hər şeyi arzulayırdı,lakin bütöv divar qarşısında dururdu.Qanun deyər ki,"İstəyirsənsə,xoşuna gələn şeylərə bənd ol,lakin onlara ancaq namuslu yolla yaxınlaş!" Ədəb deyər ki,"Öz vəziyyətini ancaq namuslu yolla yaxşılaşdır."Lakin əgər namuslu əmək az qazanc gətirir və insanı əldən salırsa,əgər bu yol çox uzun isə və heç bir vaxt gözəlliyə gətirib çıxarmır,ancaq ayaqları və ürəyi yorursa,əgər gözəllik meyli o qədər qüvvətli olursa ki,adam düz yoldan çıxır və onu sürətlə arzularına çatdıran yan yolu üstün tutursa-kim birinci olaraq ona daş atar?
Kerri Bacı
Kerri BacıTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014601 okunma
·
569 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.