Gönderi

724 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 29 days
Tutunamayanlar kitabı ilə həyata tutunun!
29 gün sonra kitabı bitirə bildim... Bitirdim amma kitabın məndə yaratdığı duyğular, yazmaqla, danışmaqla bitib tükənməz. Bu kitab haqqında saatlarla heç yorulmadan, sıxılmadan danışa bilərəm,səhifələrlə yazılar yaza bilərəm. Yenə də bəs edərmi mənim duyğularımı ifadə etməyə, bilmirəm. Tək bildiyim odur ki, mən bu kitabla çox gözəl səyahətə çıxdım, mən bu kitabla güldüm, mən bu kitabla ağladım, mən bu kitabla uzun zamandır hiss edə bilmədiyim o duyğunu hiss etdim: Mən bu kitabla yaşamağı hiss etdim! Bitirdikdən sonra, uzun-uzun tavanla baxışdım, içimdə elə dərin bir boşluq hiss etdim ki, sözlərlə ifadə edilməz. Bəlkə də heç mən bu kitabı tam başa düşmədim, amma mən bu kitabı hiss etdim. Hakan Günday 'ın AZ kitabındakı bu kiçik hissə Tutunamayanlar' ın məndə yaratdığı hisslərin özətidi sanki: "Yedi yüz sayfalık kitabı bitirmiş, tavana bakıyordu. Hayatı boyunca okuduğu ilk romandı. Anladığıysa bir toz kadar. Zihninde tek bir toz tanesi, hızla inip kalkan göğsündeyse Tutunamayanlar'ın geriye kalanı vardı. Bu yüzden nefes almakta zorlanıyordu. Cümleleri anlayamamış olsa da, bir araya geldiklerinde hissetdiklerinden. Derda, Oğuz Atay'ı anlayamamış, ancak daha da ileriye gidip hissetmişti. Belki de oraya giden yol, anlamamakta geçiyordu. Anlamayı sağlayacak anahtarlara sahip olmamaktan. Romandaki adlar, olaylar, karşılaşmalar, söylenenler, herşey başının etrafında dönüyor, evin dört duvarını renkten renge sokuyorlardı. Derda, tavanı bir gökkuşağı gibi izliyor, yağmurun altındaki bir sarhoş gibi yatıyordu. " Hər şeydən öncə yazarın hərtərəfli biliyinə heyran qaldım. Kitabda demək olar ki, hər sahəyə dair (din, ədəbiyyat, siyasət, tarix, fəlsəfə və s.) məlumata rast gəlmək mümkündür. Kitaba başlamazdan öncə romantika janrında bir kitab oxuyacağımı düşünürdüm. Çünki, internetdə rastlaşdığım Turgut-Olric dialoqları məndə yalnış təsəvvür formalaşdırmışdı. Sonradan, mənə aydın oldu ki, bu dialoqların 90% ümumiyyətlə, kitabda yoxdur, yəni insanların sonradan uydurduğu saxta alıntılardır. Kitabda ən çox sevdiyim hissə isə 460-536-cı səhifələr arasındakı hissə oldu. Hansı ki, bu hissədə heç bir durğu işarəsindən istifadə olunmayıb və bu hissədə Selimin sevgilisi Günselinin gözündən Selimi görürük. Bizim ağlımıza sevgi deyəndə əsasən, əks cinslər arasındakı sevgi gəlir, kitablarda da bununla qarşılaşırıq. Oğuz Atay sevgini yalnız bununla məhdudlaşdırmayıb, kitabı sevməyimin əsas səbəblərindən biri də bu idi. "Şu anda, sana güzel bir söz söyleyebilmek için, on bin kitap okumuş olmayı isterdim dedi: Gene de az gelişmiş bir cümle söylemeden içim rahat etmeyecek :seni tanıdığıma çok sevindim kendi çapımda..." Kitabı oxumazdan əvvəl bu alıntını görmüşdüm və çox sevmişdim. Kitabı oxuyan zaman , bu sözü iki dostun bir-birinə qarşı işlətməsini daha çox sevdim. Düzdü, Tutunamayanlar ağır bir kitabdı, qeyd etdiyim kimi siz kitabda bir çox sahəylə bağlı məlumatlara rast gələcəksiniz, amma başa düşülməsi çox çətin bir kitab deyil. Sadecə, obrazlarda, (əsasən də Selim Işık obrazında) azda olsa özünüzü tapa bilsəniz və ən əsası kitabı bitirdikdən sonra "Selim niyə tutuna bilmədi?" sualının cavabını verə bilsəniz demək ki, siz kitabı uğurla bitirə bilmisiniz. Son olaraq, kiçik bir tövsiyyə: bu kitabı "Görəsən, sonu necə olacaq?" düşüncəsiylə oxumayın, Oğuz Atay'ın özünün də qeyd etdiyi kimi: "Hayatımın, başı ve sonu belliydi; hiç olmazsa ortasını kaçırmamalıydım." Kitabında başı və sonu bəllidir, siz çalışın ortasını qaçırmayın, yarıda qoymayın. :) Xoş mütaliələr! Hər zaman kitabla qalın!
Tutunamayanlar
TutunamayanlarOğuz Atay · İletişim Yayınları · 202062.2k okunma
··
5.9k views
Ûs okurunun profil resmi
Əla təhlil etmisiniz. 👏🏻
Bu yorum görüntülenemiyor
İsazadə Şövkət okurunun profil resmi
Nə qədər ağır olsa da 2ci dəfə oxuyacağım nadir kitablardandır✨
Mehriban Mehdiyeva okurunun profil resmi
İncələmən superdir.Fikirlərini çox gözəl ifadə eləmisən.😍🤩
Vəliyeva Kifayət okurunun profil resmi
İncələməniz çox çox əladır, hal-hazırda oxuduğum amma bir müddətdir yarım qoyduğum bir kitab idi. İncələməniz məni kitabı oxumağa , davam etməyə yenidən həvəsləndirdi. Təşəkkürlər✨
Sənan Ali okurunun profil resmi
Nəhayət bitirdin. Ağır olsada sevməyinə sevindim. Mən oxuduqda 19 yaşım oldugundan mütləqki birdə oxuyacam nə vaxtsa.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.