Gönderi

223 syf.
10/10 puan verdi
·
Read in 6 days
Joseph Fouche- Bir Politikacının Portresi “Dünya tarihi, yazık ki, anlatıldığı gibi yalnızca insanoğlu yürekliliğinin tarihi değildir; insan korkaklığının da tarihidir.” Stefan Zweig Fransada inqilab dövrünün çox adı çəkilməyən, amma vacib fiqurlarından biri olan Joseph Fouche’nin həyat və siyasət yolundan bəhs edir. Hər zaman güclünün yanında yer alan, qazanmaq üçün hər yolu doğru hesab edən və sadəcə öz mənafeyinə görə hərəkət edən Fouche’nin inqilab zamanı qarışıq vəziyyətlərdə istifadə etdiyi necə də bir-birindən fərqli yöntəmlər, bir-birinə zidd ideologiyalar və düşmənlə çıxarları üçün əlbir olaraq etdikləri çatdırılan kitabda, sadəcə Fransa üçün vacib olan tarixi gedişatlara deyil, dünyanın da siyasi gələcəyinə təsir edən hadisələrə toxunulur. Zweig həm geniş çapda nəticələr doğuran dövrü incələyir, həm də Fouche’nin (bəlkə də dünya siyasi arenasına xas olan siyasətçi fiqurunun) xarakterik və psixoloji portretini yaradır. Fouche Zweig’in özünəməxsus tərzi ilə həyatına maraqla yanaşılan birinə çevrilir. Zweig’in Fouche’yə olan marağının səbəblərin biri də Balzac’dır. Zweig’in yanaşmasına görə Balzac Fouche’yi gerçək “böyüklüyü” ilə görən tək insandır. Fouche’nin zaman-zaman göstərdiyi bir-birindən tamamən fərqli düşüncələr və sahib olduğu bir-birini tutmayan siyasi mövqelər, ilk öncəki rahiblik dərsləri, daha sonra kilsəni talayan şəxs olması, öncə kommunist, bir neçə il sonra milyoner olması eyni üzdə, eyni bədəndə, eyni ruhda cəmlənən portretin cizgiləridir. Zweig’in anlatımı ilə Fouche’nin inqilabın öndə gedənlərilə yaşadığı iqtidar mübarizəsilə yanaşı Napoleon Bonaparte ilə apardığı psixoloji savaş onu tarixin arxa planında qalan adi biri olmaqdan çıxarır və unudulmaz biri halına gətirir. Fouche heç bir iqtidar sahibinə və sistemə sadiq qalmır, heç bir işini sevdiyi üçün yerinə yetirmir, bütün gücünü soyuqqanlılığından alır, hisslərin onu idarə etməsinə əsla izn vermir, ikinci planda qalmağı göz önündə olmaqdan üstün tutur, kimsənin nifrətini üzərinə çəkmədən pərdə arxasında hadisələri diqqətlə izləyir və güclü tərəfi müəyyən etməyə çalışır. Qısacası, Zweig XVI.Louis’in, Robespierre’in edam edilməsində rol oynamış, yaşamı boyunca radikal qərarlara imzasını atmış, heç bir şeydən və heç kimsədən çəkinmədən, iqtidarda ikən ətrafına güclü insanlar toplamış, ömrünün son illərində vətənindən sürgün edilmiş, tənha və tərk edilmiş halda tarixin səhifələrinə gömülən birinin portreti ilə yenə də bizi bioqrafik yaradıcılığın dərinliklərinə aparır.
Fouché
FouchéStefan Zweig · Can Yayınları · 2006708 okunma
·
707 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.