Gönderi

102 syf.
9/10 puan verdi
·
Read in 3 days
Kitabın arxa qapağına kitabı izah etmək üçün belə bir yazı yerləşdirilib: "Hristiyanlığın; hayatın varlığı ve anlamına tatmin edici bir cevap verememesi karşısında, geleneksel Ortodoks Hristiyanlığına olan inancını kaybeden Tolstoy, İtiriaflaırm'da hayatın ne olduğunu, neden ve nasıl yaşanabileceğini ve ölümü seçmenin en doğru yol olup olmadığını sorgular." Əgər ki, sonda 'sorgular' sözü yerinə 'izah eder', 'anlatır' tipli sözlər qoyulsaydı ən başdan müdaxiləni edərdim çünki kitabda Tolstoy bir çox insan kimi müəyyən inancla böyüdülməyinin ardınca şübhələr sayəsində, dindən çıxar və həyatın mənasız olduğunu ortaya qoyar. Beləcə yaşamağın da mənasız olduğunu etiraf edər. Burda da təbii ki,
Albert Camus
Albert Camus
un "İntihar etirafla eyni güclüdür, əgər intihar edirsənsə, həyatın mənasız olduğunu özünə etiraf edirsən deməkdir." cümləsi yada düşür. Beləcə Tolstoy yaşamına son qoymamaq üçün bildiyimiz məna axtarışına çıxar. İlk öncə Tolstoy'un həmin zamandakı vəziyyətini daha yaxşı anlayasız deyə yazdığı bir alıntını bura buraxıram: "Soluk alabiliyor, yiyebiliyor, içebiliyor, uyuyabiliyordum. Ama yaşamıyordum, çünkü gerçekleştirmeyi mantıklı bulabileceğim hiçbir arzum yoktu. Hakikati bile bilmeyi arzu etmiyordum, çünkü hakikatin içeriğini tahmin edebiliyordum. Hakikat hayatın anlamsız olduğuydu. Sanki yaşayacağım kadar yaşamış, yürüyeceğim kadar yürümüştüm de bir uçurumun kenarına gelmiştim, önümde yok oluştan başka hiçbir şeyin olmadığı apaçık bir şekilde görebiliyordum. Durmam imkansızdı, geri dönmem imkansızdı, gözlerimi kapamam ya da önümde ıstıraptan ve ölüm gerçeğinden -tamamen yok oluştan başka hiçbir şeyin olmadığını görmezden gelmem imkansızdı. Üzerinde durduğum şeyin çökmüş olduğunu ve ayaklarımın altında hiçbir şeyin olmadığını hissediyordum. Üzerine hayatımı kurduğum o şey artık yoktu ve ondan geriye hiçbir şey kalmamıştı." Yatıb-yatıb birdən birə bu axtarışa çıxması mənə
Necip Fazıl Kısakürek
Necip Fazıl Kısakürek
den bir misranı xatırlatdı: Tam otuz il saatım işləmiş, mən durmuşam; Göy üzündən xəbərsiz uçurtma uçurmuşam... Tolstoyun 40-lı yaşlarında bunları yaşayıb bu dərin, acılı dönəmlərdən keçdiyini yazırsa mən elə erkən yaşlarımdan bunları yaşamış və təkcə
Albert Camus
Albert Camus
oxuyub özümə o qədər əziyyət verməmişdim. Hər halda Tolstoy'un
Albert Camus
Albert Camus
oxuma kimi bir seçeneği yox idi, fərqli dövrlərdə yaşadıqlarına görə. Yenə də etdiyi araşdırmalar çox məna kəsb edir, həqiqətən çox sevdim. Demək indi də bir çox insanın etdiyi kimi, Tosltoy da dindən çıxdıqdan sonra ilk elm və fəlsəfəyə sığınır. Elm və fəlsəfə barədə araşdırmaları 2-3 paraqraf tutur, tam təfərrüatları ilə də yazmaq istəmirəm.
Sokrates
Sokrates
,
Arthur Schopenhauer
Arthur Schopenhauer
Immanuel Kant
Immanuel Kant
kimi bir neçə daha filosofun adlarının çəkildiyini desəm kifayətdir. Çünki fəlsəfə araşdırmasından sonra üzü ağ çıxmır Tolstoy. Hər bir araşdırmadan 0 eşittir 0 nəticəsini alır. Və deyir ki: "Bu şekilde felsefi bilgi hiçbir şeyi inkar etmemekle birlikte soruyu kendisinin çözemeyeceği yanıtını vermiş oluyordu. Felsefe için de bu sorunun yanıtı belirsizliğini koruyordu. Elmdə və fəlsəfədə bir izah tapa bilmədiyini üçün izahı ətrafındakı insanlar arasında tapmaq ümidi ilə həyatın içində axtarmağa başlayır. Bu təqdir ediləsi bir şeydir. Çünki əgər fəlsəfədə, elmdə kimlərinsə düşüncəsi üzrə düşünür və qərar verirsə, burda tam olaraq öz müşahidələri meydanda danışmalı idi. Beləliklə ətrafındakı özü kimi insanların necə yaşadıqlarını, onu ümidsizliyə aparan suallara qarşı vəziyyətlərinin nə olduğunu müşahidə etməyə başladı. Etdiyi araşdırmaların nəticəsi olaraq qərara gəldi ki, öz mühitindəki insanlar üçün içində olduğu dəhşətli məqamdan qurtulmanın 4 yolu var. Yollardan ilki cəhalətdir. Bu, yaşamın pislik və mənasızlıqdan ibarət olduğunu bilməmək və anlamamaqdan yaranır. Bu tip insanlar çoxunluqla qadınlar ya da çox gənc insanlardan ibarətdir. İkinci çıxış yolu "Epikürcülük"dür. Bu yol, yaşamın çarəsizliyi bilindiyi halda insanın sahib olduğu şeylərdən ən yaxşı şəkildə yararlanaraq heçlik düşüncələrindən uzaqlaşması deməkdir. Bir alıntı ilə bu yolu xüsusilə izah etmək istəyirəm, çünki az sonra üzərinə qayıdacam: "Ekmeğinizi mutlulukla yeyin ve şarabınızı neşeli bir yürekle için... Fani hayatınızın bütün günlerini mutlu yaşayın.. çünkü bu, hayattan ve yeryüzündeki yapıp ettiklerinizden payınıza düşendir. Eliniz yapmak için hangi işi bulursa, onu var gücünüzle yapın, çünkü gidecek olduğunuz mezarda ne bir iş, ne bir araç, ne bilgi, ne de bilgelik vardır." Üçüncü qaçış güc və enerji yoluyladır. Bu yol, insanın həyatını pis və mənasız olduğunu anlaması ilə birlikdə onu yox etməsi deməkdir. Bunun üçün də ayrı yollar vardır: boyun ətrafına keçirilən ip, su, qəlbə sancılan bir bıçaq ya da relslərdən keçməkdə olan bir qatar. Yəni ki, intihar. Dördüncü yol isə Tolstoyun dediyinə görə zəiflərin yolu idi. Həqiqəti görmək amma yaşamdan bir şey çıxmayacağını öncədən bilə-bilə, həyatdan yapışmaqdır bu yol. Bu tip insanlar ölümün yaşamaqdan daha yaxşı olduğunu bilirlər lakin özlərini öldürəcək gücün özlərində tapmadıqları üçün hər şeyi bildikləri halda həyatdan bir şeylər gözləyərək həyatlarına davam edərlər. Və anlaşılan qədəri ilə Tolstoy da bunlardan idi. Gerçəyi bildiyindən gözlərini yuma bilməyəcəyinə görə birinci yol Tolstoy üçün mənasız olur. Mənimsə ən çox toxunmaq istədiyim hissə 2-ci yol haqda Tolstoy'un düşüncələridir. Çünki mən özüm də bu yoldayam və fikirlərimin üst-üstə düşmədiyi məqamlar var. İlk öncə Tolstoy'un 2-ci yol haqda olan bütün düşüncələrini bura köçürürəm: • "Bizim çevremizdeki insanların çoğunluğu işte bu şekilde hayatı kendileri için yaşanılır kılmaktadır. Onların içinde bulundukları şartlar onlara sıkıntıdan çok refah getirmekte ve ahlaki yönden kalın kafalı oluşları da kendilerine üstün konumlarının raslantısal olduğunu, herkesin Süleyman gibi bin tane karısının ve saraylarının olmayacağını, bin karısı olan her bir kişi için bir tane karısı olmayan bin kişi olduğunu, her bir saray için onu alınlarından terler damlayarak inşa etmek zorunda olan bin kişi olduğunu unutturabilmektedir." • "En esası bu gün ya da yarın, bütün zevkleri yok edecek olan hastalığın, yaşlılığın ve ölümün kaçınılmazlığını unutabilmelerini sağlamakatadır." • "Bu insanların bazılarının düşüncelerinin ve hayal güçlerinin darlığının pozitif düşünce dedikleri bir felsefe olduğunu söyleseler de bu, onları benim gözümde, o soruyu görmezden gelmek için balı yalayanların mertebesinden başka bir yere koymaz. Ben bu insanlar gibi davranmazdım, onların hayal güçlerinin kıtlığı bende olmadığı için böyle bir darlığı kendimde yapay olarak oluşturamazdım." • "İkinci yol geleceği düşünmeden hayatın nimetlerinden olduğu gibi yararlanmaya bakmaktı. Ben bunu yapamazdım. Yaşlılığın, acının ve ölümün var olduğunu bile-bile gezintiye çıkamazdım. Hayal güçüm çok kuvvetliydi, ne de talihin yaşamıma zevk katan anlık rastlantılarına sevinebilirdim." Tolstoyun bu yola atdığı diss'lər bu qədər. İndi rediss zamanı. Deməli ilk olaraq bu yolda olanların əxlaqi yöndən aşağı olduqlarını vurğulayaraq özləri həzz və xoşbəxtlik içində olarkən eyni zamanda dünyada səfil həyat yaşayan və bu məqama gələ bilməyəcək olan insanların unudulmasını qaralayır. Hər halda Tolstoy bu dörd yol haqda olan fikirləri dindən çıxdıqdan sonra bura buraxdığını və əxlaqi cəhətdən heç kimə söz atma hüququnun olmadığını unudur. Doğrudur, vicdanlı olmaq dinə baxmır və zatən vicdanlı olanlar nəzərdə tutulan səfil insanlar üçün vəzifələri olmasa da yardımlarını edəcək, yəni həyatı özləri üçün həzz yerinə çevirə bilirlərsə eyni zamanda onlara da yardım etmək iqtidarındadırlar. Burda problem yoxdu, qəribə olan odur ki, kitabın əvvəlində Tosltoy əxlaqi cəhətdən necə düşük biri olduğunu etiraf edib, və bu yolda olan insanlara söz atarkən sırf bu maddədən istifadə etməsini düzgün görmürəm. Sonra üçüncü yazıda tənqid edir ki, xoşbəxt həyat sürsələr də suallardan qaçırlar. Yəni burda sualların qulu olub min bir əziyyət çəkməyi böyük ali vəzifə kimi görür və bu çox gülməlidir. İkinci yazıda xəstəliyin gəlib bütün həzləri aparacağını deyir, bu da çox gülüncdür çünki hansı yolda olursansa ol, ölüm, xəstəlik zatən gələcək, əsas onlar gələnə qədər necə yaşadığın olmalıdır. 4-cü yazıda da həmçinin ölümün, acının varlığına görə xoşbəxtlikdən məhrum olmağa çağırır. Burda bildiyin qapalı da olsa ömrünün sonuna qədər ölümün, heçliyin qayğısını çəkməyi tərifləyir. Gələcək qayğılara görə əzab çəkməkdənsə, anın dadını çıxararam daha yaxşı. Bir də xəyal gücünü tərifləyir djjdks. Nəysə bu haqda daha da bir şey demək istəmirəm və
Albert Camus
Albert Camus
'un düşüncəsi ilə Tosltoy'un bu yol haqdakı tənqidlərinin absurd olduğunu bir daha rəsmiləşdirirəm: "Ölümlə bitən həyat mənasızdır, bəli. Buna şübhə yoxdur. Lakin, həyat ölümlə bitir deyə gözümüzü, ürəyimizi bu yaşanılası Dünyanın gözəlliklərinə, bunların yanında insanların iztirablarına, çarəsizliklərinə bağlayacağıq? Əgər yaşayırıqsa yaşadığımız müddətdə xoşbəxt olmağa, sağımızda-solumuzda xoşbəxtlik yaratmağa çalışmalıyıq. "Xoşbəxtlik bir yerdə və hər yerdə heç nə gözləmədən Dünyanı, insanları sevməkdir" deyir
Albert Camus
Albert Camus
. Bu qədər. Deməli toxunmaq istədiyim başqa şey də hər bir paraqrafdan sonra Tolstoy'un intihar etmə arzularıdır. Həm də kəşf etdiyi 4 yoldan olan 3-cüsü: İntihar. İndi az öncə ikinci yol barəsində Tosltoy'la etdiyim "fikir mübadiləsi"ni 3cü yolda edəcəm. Yenə ilk Tosltoy'un üçüncü yol barəsindəki düşüncələrini buraxıram buraya. • "Olağan dışı bir şekilde güçlü ve tutarlı olan insanlar böyle haraket ederler. Kendilerine aptalca bir şaka oynandığını, ölmenin yaşamaktan daha iyi olduğunu ve hiç var olmamanın en iyisi olduğunu anlayan bu insanlar gerçeği neyse onu yapar ve derhal bu aptal şakaya bir son verir. • "Bizim çevremizden bu şekilde haraket edenlerin sayısı gitgide artmakta ve bu insanlar bunu çoğunlukla zekalarının en kıvrak olduğu ve aklı zayıflatan bazı alışkanlıkların henüz edinilmediği, hayatlarının o en güzel döneminde yapmaktadırlar. En saygın kaçış yolunun bu olduğunu anladım ve bir daha bu yolu seçmek istedim." Deməli gördüyünüz kimi Tolstoy intiharın ən saygın yol olduğunu deyir və bunu yalnız güclülərin edə bildiyini, edə bilməyənlərin artıq dördüncü qrupa aid olduğunu deyir. Amma məncə, gücü ortaya salması bir az mənasız olur. Yenə də istər-istəməz
Albert Camus
Albert Camus
'dan bir alıntı gətirməliyəm: "Yaşamaq, intihar üçün lazım olandan daha çox mərdlik tələb edir." Hər halda bütün iztirablara baxmayaraq, yaşamaq, yaxud ondan imtina etmək sualına cavab verərək yaşamaq və fikirləşmək lazımdır ki, Tolstoy'un çəkdiyi əziyyət bir az mənəvidir, bu əziyyəti həm ruhən, həm də fiziki və maddi cəhətdən yaşayan insanlarda var yəni. Qəribədir ki, Tolstoy kitab boyunca intihar düşüncəsi üzərinə bu qədər çöküb qalır, çünki mən adi
Albert Camus
Albert Camus
'un
Sizif Haqqında Mif
Sizif Haqqında Mif
kitabını oxuyan kimi intiharın o yol olmadığını anlamışdım. Həmin kitabın incelemesine də hətta qeyd etmişəm o haqda yenə də bura da yazım. Deməli kitabın axırlarına yaxın
Friedrich Nietzsche
Friedrich Nietzsche
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
'dən də bəhs edirdi. Və onların fikirlərindən (N: Tanrını öldürdük, D: Tanrı yoxdursa, onda mən Tanrıyam) bir düşüncə başladır və ucunu bəzi intiharlara bağlayır. Demək deyir: "Tanrı yoxdursa, İncildə deyilən əbədi həyat dünyada reallaşır." Yəni özün Tanrı olursan. (Tanrı olmaq - azad olmaq). Sonra da deyir "insanın özünü reallaşdırması üçün bu kifayət edirsə onda intihar nəyə lazımdı? Yenicə azadlıq əldə edəndən sonra niyə özünü öldürərək bu dünyanı tərk edəsən?" Ən maraqlısı da odur ki, necə olur da Tolstoy o qədər yol qət edir bir bunun fərqinə vara bilmir amma. Sonra üç şeyi tespit ki, məncə bu Tolstoy'un bu yolda ən böyük zəfərlərindəndir. Üçünü də alıntı olaraq bura qoyuram yenə: 1)Ben, yani benim aklım, hayatın anlamsız olduğunu kabul etti. Eğer akıldan üstün bir şey yoksa (ki yok, olduğunu kimse kanıtlayamaz), bu durumda benim için yaşamın yaratıcısı akıldır. Akıl var olmamış olsaydı, benim için yaşam diye bir şey olmayacaktı. O halde yaşamın var edicisi akılken, akıl nasıl olur da yaşamı geri çevirebilir? Ya da başka bir şekilde söyleyecek olursak: yaşam olmasaydı, aklım olmayacaktı, bu yüzden akıl yaşamın oğludur. Yaşam her şeydir. Akıl onun meyvesidir, ne var ki akıl yaşamın kendisini reddetmektedir! Bu noktada bir şeylerin yanlış olduğunu hissettim. 2)Eğer yaşamak ve yaşamın anlamını kavramak istiyorsam bu anlamı, onu yitirenlerin ve kendilerini öldürmek isteyenlerin arasında değil de yaşamın kendisini oluşturan, kendi hayatlarının ve de bizim hayatlarımızın yükünü sırtlanmış olan, geçmişin ve günümüzün milyarları arasında aramam gerektiğini en azından içgüdüsel olarak hissettim. 3)Ölmeye ve dirilmeye dair yüzlerce olay hatırladım. Gördüm ki ben yalnızca Tanrı'ya inandığımda yaşıyordum. Tanrı'yı düşünmem yetiyordu, o zaman hemen diriliyordum. O'nu unuttuğum, O'na inanmadığım zamanlarda ise, yaşam da yok oluyordu. Yaşamın bu diriliş ve ölümleri neydi? Tanrı'nın varlığına inancı kaybettiğimde, sanki yaşamla ilgili bağlarım da kopuyordu. Tanrı'yı bulmak konusunda az da olsa umudum olmasa, yaşamıma çoktan son verirdim. Fakat yaşıyordum. O'nu hissettiğim ve O'nu aradığım zaman yaşıyordum. Öyleyse, O vardır. O, O'nsuz yaşanmayan şeydir. Bu yazıların hamısını oxuyandan sonra özüm də ümidlənirdim ki, artıq bir çıxış yolu, rahat ola biləcəyi bir yol tapacaq. Xüsusilə də üçüncü alıntıdan sonra, çünki O'nun mövcud olması üçün sırf hansısa dinə filan sığınmağa ehtiyac qalmırdı. Birincidə də çox düzgün fikir mübadiləsi aparıb özü ilə, yəni varoluşun anlamına dair. Peki ya bunlar qala-qala Tosltoy babamız nə etdi? Daha öncə də içində olub, bütün həqiqətləri bildiyi halda dinə qayıtdı. Daha doğrusu inanca qayıtdı. Varoluşu ancaq inancın cavabladığını hayqırdı. Ee nolsun? Bu suallara görə həyatını bu hala salmağa dəyərmiydi? Ən çox da Tolstoy'a ona görə yazığım gəldi ki, bunca yol gəlməsinə rəğmən sonda bir şey çıxara bilmədi və dinin, inancın içində olarkən gördüyü iyrənc, dəhşətəgətirici hadisələrin içində sovrulub getdi. Olduğuna zərrə inamım yoxdu, amma yenə də sonuna qədər oxuyan biriləri oldusa, çəkdikləri əziyyətə görə təşəkkür edirəm. İncelemede də mənə ruhdaşlıq edən
Albert Camus
Albert Camus
'a da həmçinin. Elə onun "Həyat mənasızdır, amma həyatda məna axtarışı özü mənasızdır" düşüncəsini
Sigmund Freud
Sigmund Freud
'un "Əgər bir insan həyatın mənasını axtarır və onun dəyərlərini araşdırırsa, deməli o xəstədir" deyimi ilə möhkəmləndirib,
Lev Tolstoy
Lev Tolstoy
un da ən böyük və kitabı təşkil edən etirafının "Bütün dəlilər kimi mən də özümdən başqa hər kəsə dəli deyirdim" cümləsiylə özünün dəli olduğunu etiraf etməsi olduğunu bildirərək incelemeni bitirirəm.
İtiraflarım
İtiraflarımLev Tolstoy · Antik Yayınları · 201223k okunma
·
1,812 views
VüsaIe Quluzadeh okurunun profil resmi
sonadek ve severek oxudugum ilk uzun inceleme.bravoooo 👍👏👏👏
Bu yorum görüntülenemiyor
İrfan ALTUN okurunun profil resmi
Normalde bu kadar uzun yazıyı okumak istemezdim ama Azeri kardeşim yazdıklarını okurken bir düşünce yazısı değil de sanki şiir okuyor gibi hissettim kendimi. Eline sağlık 👏
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.