Gönderi

272 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 7 days
J.K. Rowling - Harry Potter ve Felsefe taşı Kitabsevərlər tərəfindən bilinən, filmsevərlər tərəfindən izlənən bu məhşur əsər haqqında post yazmaq zamanı gəldi cə çatdı... İllər öncə filmlərini sevərək, inanaraq, yaşıyaraq və bəyənərək izləmiş, özümü oraya aid hiss etmişdim. Ən sevdiyim obraz, bina bilə hələdə dəyişmir. Artiq 25 yaşım var və mən nəhayət bu möhtəşəm əsərin bütün kitablarını alıb tamamladım. Qeyd edim ki, bu postda kitabın mövzusuna çox toxunmayacam. Davam edək:) İlk kitabı oxuyub bitirdim. O qədər qəribə hislər keçirdim ki, ifadə etsəm çox uzun bir yazı alınacaq. Fildən fərqli olan məqamlar ayrı bir xoşuma gəldi. Altını xətlədiyim cümlələr, oxuyarkən gözümdə canlandırdığım səhnələr o qədər duyğusallaşdırdı ki məni kitab heç bitməsin istədim. Və beləcə bu seriyanı asta sata zamanla oxuyub bitirməyi qərara aldım və İnşallah bitirdikdən sonra yenidən oxumaq da arzumdur. Mövzu: Harry Potter adlı bir oğlan sadə bir həyat yaşarkən bir bayquşun məktubu ilə bütün həyatı dəyişir. Hogwarts Cadılık ve Büyücülük Okuluna qəbul edildiyinin öyrənir. Çoxlu macəralar, sehirlər, obrazlarla dolu olan bu kitabda biz Harrynin yaşının az olmaöına baxmayaraq bacarıqlı bir büyücü olma yolunu oxuyuruq. Əslində Harry haqqında fikirlərim çoxdur. Seçilmiş uşaq olsa da onu Voldemordun yaratdığını və Albus Dumbledore-un sayəsində bir əfsanə olduğuna inanıram. Bu hər hansı bir uşaq da ola bilərdi amma Vold onu seçdi. Kəhanət olsa da bu Neville də ola bilərdi. Bu arada yoxlamasam da qəlbən üzümü Slytherinə yaxın hiss edirəm. Səbəb isə ən sevdiyim obrazın Severus Snape olmasıdır :) Qısaca, yaşınızın fərqi olmadan daxilinizdə heçkimin görmədiyi fantastik dünyanız varsa bu seriyanı mütləq oxuyun. Növbəti kitab postlarında ürək dolusu danışmaq ümidi ilə, Sihirle kalın
Harry Potter ve Felsefe Taşı
Harry Potter ve Felsefe TaşıJ. K. Rowling (Robert Galbraith) · Yapı Kredi Yayınları · 202053.7k okunma
·
45 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.