·276 syf.··Beğendi
···Okunma: 19 Temmuz 2021 00:10 Dorian Gray’in Portresi - Oscar Wild
Elə bir əsərdir ki, haqqında saatlarla doymadan danışa bilərəm.
Əsər Oscar Wildın ilk və tək romanıdır. Nəşr olduğu dövrdə əxlaqsızlıqla günahlandırılan Oscar iki il həbs olur. Sərvəti, şöhrəti əldən gedən yazar daha sonra Parisdə bir oteldə ölü tapılır.
Kitabındakı bu sözlər isə məncə əsl cavabdır: “İnsanların əxlaqsız deyə adlandırdığı kitablar insanları öz əxlaqsızlıqları ilə üzləşdirən kitablardır. Hamsı bu.”
Bir ruh hekayəsi adlandırdığı əsər məsum, saf bir gənc olan Dorianın dəyisimi, dostu rəssam Basil və Lord Henrynin ətrafında cərəyan edir. Müəllif əsərin qəhrəmanları haqqında bir məktubunda belə yazmışdır:
“Basil Hallword mən olduğumu düşündüyüm insan;Lord Henry, dünyamın mən olduğumu düşündüyü insan;Dorian Gray isə mən olmaq istədiyim insandır. Bəlkə başqa bir çağda....”
Doriana görə həyatda zövq və həzzin təməli pislikdədir. Gözəlliyə olan vurğunluğu ilə həyatı dəyişən Dorian o qədər gözəldir ki, insanlar onun pis ola biləcəyinə ehtimal vermirlər. Bu isə çirkin insanlar pis ola bilər düşüncəsinə bir toxunuşdur!
Əsər zəngin dili ilə, aforizmaların, fəlsəfi yanaşmaların bir birini izləməsiylə oxucuya sadəcə zövq verir. Narahatedici həqiqətləri dilə gətirən Lord obrazı isə həyata baxışı ilə və şeytani xarakteri ilə çox amma çox fərqlidir. Fikirləri olduqca məntiqli və ağıllıdır. İnkar etməyə çalışsam da 99% düşüncəsi ilə razıyam.Hanrynin Dorianin həyatında oynadığı rolu bu cümləsi ilə ifadə edə bilərəm:
“Mənə hər zaman düşkün olacaqsan, Dorian. Çünki, mən sənin işləməyə heçbir zaman curət edə bilməyəcəyin bütün günahları təmsil edirəm”
Bəs curət etdi mi?
Oxuduğum ən fərqli əsər deyə bilərəm bu möhtəşəm roman haqqında. Oxuyarkən hər cümlənin dərinliyi məni yavaşlatsa da bitdikdə aldığım zövqü, oxuduğum kitabın qürurunu hiss etdim. Sözlərlə ifadə edə bilməyəcəyim qədər gözəl idi.
Oxuyun mütəq və mütləq.
Giriş hissəsindən, müəllifin həyatına, əsərin başından sonuna hər cümləsi möhtəşəm idi.
Kitabı bəyənməyim obrazın seçimlərini və ya etdiklərini bəyəndim demek deyil. Mən bütöv şəkildə çox sevdim. Kitab oxumağı həqiqətən sevənlər məni anlayar.
Tam olaraq düşüncələrimi izah edə bilməsəm də məndən bu qədər.Sizə xoş oxumalar.
06.07.21 12:13
19.07.21 00:10
(Mən can-nın nəşrini oxudum. Tam mətn oxumaq istəyənlət başqa nəşriyyata müraciət edə bilər)