Gönderi

Hər şeyə inad gülümsə...
İnsanı ən çox için-için öldürən bir heç uğruna fəda etdiyi illəri olar Baxarsan üzü gülür, gözlərində isə "İMDAD!" yazılı... Ürəyi dolu insan deyirik ha, bax o insanın ürəyi sınıq ümidlərlərlə, ölü arzularla dolu... Bir da SEVMƏK var ha, sonunda göydən üç alması yerinə min ağrısı düşən bir NAĞILDAN ibarət sadəcə... İnsan ən çox inananda, ən çox güvənəndə və ən çox sevəndə məhv olar... Bax, o ən çox "Ümid...Ümid..."bağıranlar var ha yaxınlaş və də bax gözlərinin içinə, adam boğulur, ölür rəsmən... Məni ən çox səssiz insanların fəryadı öldürür. Baxıram... baxıram... yumuram gözlərimi, tuturam qulaqlarımı, dayana bilmirəm bu bağırtıya, dözə bilmirəm axı... Bəzən canını dişinə alıb "NİYƏ?" deyə soruşarsan, "HEÇ" deyib susarlar... "HEÇ" lər uğruna necə gözəl ömürlər bitir bir bilsən... Elə insanlar var ki, ”NƏ OLAR, AĞLAMA" deyə də bilmirsən. Çünki ürəyi o qədər dolu ki... "AĞLA LÜTFƏN, AĞLA DOYUNCA, AĞLA Kİ, ÜRƏYİN PARTLAMASIN"... Gözəl ürəkli insanlar görəndə ağrı dolu ürəklər görürəm dilsiz-ağızsız... Bütün ölümə tərk edilmiş insanların ölüm fərmanı sevdiklərinin əli ilə yazılı... Nə qədər çox sevdiyi varsa, o qədər də yarası var bir ürəyin... O ki ən darıxdığım günlər olur ha, daha kitabların və filmlarin yetərsiz olduğu o anda sözsüz melodiyalara atıram özümü, ya da uzun-uzun rəsmləri oxuyuram rəng -rəng, məna-məna... Sonda isə aynadakı əksimə baxıram, baxıram.... Sonra sarılıram özümə və də isti nəfəsimlə aynaya tək cümlə yazıram: HƏR ŞEYƏ İNAD GÜLÜMSƏ... 💫 (Şamil Ənvəroğlu)
·
407 görüntüleme
VüsaIe Quluzadeh okurunun profil resmi
beliiiii,her seye inad gulumsemek lazimdi.elm subut edib ki bir degigelik gulus 45degigelik tibbi seansa beraberdir!
şəhanə okurunun profil resmi
lakin bəzən gülmək istəsən belə gülə bacarmırsan, gülümsəmək üçün birilərinə də ehtiyac duyulur.
2 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.