Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Okuyordum,sizinlede paylaşayın dedim.Azerbaycan türkçeyile "İblis"
Hüseyin Cavid İBLİS – İ b l i s – . . . – M ə l ə k – . . . – İ x t i y a r ş e y x – ağsaqqal bir sövməənişin... – X a v ə r – İxtiyarın torunu – A r i f – pərişan saçlı, sadə geyimli bir gənc – V a s i f – könüllü bir türk zabiti (Arifin küçük qardaşı) – K ü ç ü k z a b i t – Vasifin arqadaşı – R ə n a – son dərəcə gözəl bir şəfqət həmşirəsi (türk) – İ b n Y ə m i n – qırx beş yaşında qaraşın bir ərəb zabiti – Y a r a l ı z a b i t – rus ordusuna mənsub bir gənc – T e y f – Rənanın məqtul babasının xəyalı – E l x a n – zabit (əskəri qaçaq) – Zabitlər, əskərlər, haydutlar. İLK PƏRDƏ Bağdad civarında ağaclıq, mənzərəli bir guşə... Pərdə açıldıqda Arif bir tə- rəfdə, taxta bir karyola üzərində əlinə təkyə edərək, uzanıb düşüncəyə dalmış, səhnə qaranlıq, ətrafda göy gurultusu, şimşək çaqışı, tranpet sədaları, top, tüfək, bomba patlayışları... Qarşıda, səhnənin nihayətində iki böyük göz (pəncərə) atəşlər, alevlər içində dəhşətli bir müharibə təsvir edər. Bir qaç zabit əldə durbin müharibə komandasilə məşğul... Gözlərin birində İblis, digərində Mələk görünür. Gurultudan sonra sükut... İ b l i s (məmnun qəhqəhələrlə) Dəryalərə hökm etmədə tufan, Səhraları sarsıtmada vulkan, Sellər kibi aqmaqda qızıl qan, Canlar yaqar, evlər yıqar insan... (qəhqəhə) M ə l ə k Ya Rəb, bu nə dəhşət, nə fəlakət? Ya Rəb, bu nə vəhşət, nə zəlalət? Yoq kimsədə insafü mürüvvət, İblisəmi uymuş bəşəriyyət!? İblisin müstəhzi və sürəkli qəhqəhələrilə bərabər, yenə göy gurultusu, top, mitralyoz sədaları başlar. Sonra sükut... İ b l i s (çılğın qəhqəhələrlə) Toplar veriyor aləmə dəhşət, Dəhşət!.. Qopuyor sanki qiyamət, Yağmur kibi göydən yağar atəş!.. Atəş!.. Qaralar, dalğalar atəş!.. M ə l ə k Ya Rəb, azacıq lütfü inayət! Qəhr olmada artıq bəşəriyyət. Başdan-başa həp yer yüzü vəhşət, İblis ilə həmrəngi-siyasət. Gözlər qapanır, səhnə aydınlaşır. A r i f (uyqudan oyanır kibi alnını və gözlərini ovuşdurur. Yerindən qalqar, göyə doğru) Dünyaları yoqdan yaratan, ey ulu Tanrı! Ey xaliqi-hikmət! … Ey varlığı yoq, yoqluğu vardan daha dilbər! Ruhum səni izlər. Lütf et, o gözəl çöhrəni bir an bana göstər, Könlüm səni özlər. Uydum da peyğəmbərlərə, qanunə, kitabə, Duydum yenə qəsvət. Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə, Həp zəfə əlamət... Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat, Yoq rəhbəri-vicdan; Sənsiz doğamaz qəlbimə, vicdanıma, heyhat, Bir şöleyi-irfan. En, gəl bana, yaxud bəni yüksəklərə qaldır, Gəzdir qonağında; Yerlərdə süründüm, yetişir; göylərə qaldır, Dindir qucağında, Qaldır bəni, bir seyr edəyim xoşmu, gözəlmi Cənnətdə mələklər? Qaldır bəni, ta görməyim insandakı zülmi, Baq, yer üzü inlər.Ya Rəb, bu cinayət, bu xəyanət, bu səfalət Bulmazmı nihayət? İnsanları xəlq etmədə var, bəlkə də, hikmət, İblisə nə hacət!? Yorğun və düşüncəli bir halda iskəmləyə oturur. Dərhal səhnənin işığı azalır. İblis sürəkli və istehzalı qəhqəhələrlə yerdən – alevlər içindən çıqar. Yaldızlı və əflatuni ridasının ətəkləri hərəkət etdikcə atəşrəng sima və əlbisəsi parlar, durur. İ b l i s Arif! Bana baq, sən də mi evhamə qapıldın? Biçarə çocuq, sən də mi İblisə taqıldın? Dahilər, ululəzm nəbilər belə bəndən Hiç vəchlə təxlisi-giriban edəməzkən Daim bəni təhqir edərək əyləniyorsun... Həp söyləniyor, söyləniyor, söyləniyorsun... Bir gün gəlir, əlbəttə, şu izan ilə sən də Baziçə olursun qoca İblisin əlində. İblis, o böyük qüdrət, o atəşli müəmma Bir gün səni də kəndinə eylər kölə... amma Heyhat, olamaz dərdinə bir kimsədən imdad, İmdadə qoşar, qoşsa fəqət ah ilə fəryad. Ridasının ətəklərini Arifin yüzünə sürər, laübali qəhqəhələrlə çəkilib gedər. Səhnə aydınlaşır. A r i f (şaşqın, sinirli bir tevr ilə saçlarını qarışdırır, içəri girməkdə olan İxtiyara həyəcanlı və müztərib) Gəl, gəl bana! Gəl, eylə bənim dərdimə çarə! İ x t i y a r Oğlum, mədəni aləmi nifrətlə bıraqdın, Gəldin şu cədəlsiz, bədəvi aləmə çıqdın. İnsandakı haqsızlığı, zülmü unut artıq, Qəlbindəki nifrətləri, vəhşətləri yaq, yıq. Yüz, bin deyil İblisə uyan... həp bəşəriyyət Etmiş bu gün ev yıqmağa, qan içməyə adət. Arif! Unut, oğlum, unut artıq, bəni dinlə, Sən kəndini məhv eyləyəcəksin bu gedişlə. … Bu sırada dəhşətli göy gurultusu başlar. Gurultu ilə bərabər, İblisin qəhqəhələri eşidilir. İxtiyar məyus və düşüncəli bir halda qülbədən çıqar. Arif əli alnında olaraq gurultu və qəhqəhələri dinlər. Eyni zamanda səhnənin ışığı azalır. A r i f (fəsini qoyaraq, şaşqın) Kimsin, nəçisin? Söylə, nədir fikrü məramın? Nerdən gəliyorsun, nə imiş şöhrətü namın? İ b l i s (məğrur qəhqəhələrlə) Bən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim, Həp Xaliqə təsbih idi, təhlil idi virdim, İlk öncə mələklər bəni təqdis ediyordu, Adəm kibi bir sayğısız axır ləkə vurdu. Alçalmadı, yüksəldi fəqət şöhrətü şanım, Allah ilə bir zikr edilir namü nişanım.A r i f Artıq yetişir, anladım, izahə nə hacət, Qarşımdakı İblis imiş, eyvah, nə dəhşət! Həp qəhr oluyorkən şu cihan xain əlinlə, Bilməm nəyə gəldin, nəyə gəldin bana, söylə?! İ b l i s Baqdım, əziyor ruhunu həp qeydi-əsarət, Gəldim edəyim ta səni hürriyyətə dəvət. Baqdım, səni məhv etmədə bin dürlü xəyalət, Gəldim verəyim qəlbinə bir nuri-həqiqət. … A r i f Haydı, çəkil, iştə açıq yol!.. (Fəsini bir tərəfə atıb əsəbi hallar keçirir. Səhnə aydınlaşır.) X a v ə r (gəlir, həyəcan və təlaş ilə) Söylə, Arif! Aman, nə oldu yenə, Yenə kimlər göründü gözlərinə? A r i f Sorma, hiç sorma, nazənin Xavər, Bəni məhv etdi iztirabü kədər. (Onu qolları arasına alır.) Sən, əvət, sən də olmasan, heyhat! Bəni bir gün boğar şu qanlı həyat. Ah, o gözlər bilirmisin nə diyor? X a v ə r Nə diyor, söylə... A r i f Ruhu cəzb ediyor, Söylüyor əski xatiratı bana. (Ətrafa.) Sanki qarşımdadır gözəl Rəna. …Bu sırada İxtiyar ilə bərabər, İbn Yəmin, Rəna, zənci çavuş və bir əskər, əlində ufaq bir çanta daxil olurlar. A r i f (diqqət və heyrətlə ətrafa) Ah, o, Rəna, nazənin afət! X a v ə r Yenə bir şeymi oldu, Arif? A r i f Əvət. (Rənayə yaqlaşaraq) Söylə, Rənamı isminiz? R ə n a (Arifin əlini sıqar, heyrət və sevinclə) Arif! İ b n Y ə m i n (Arifi, süzər, ətrafa) Bizə bir əngəl olmasın şu hərif?! A r i f Bu gəliş, əfv edərsiniz, nerədən? İ b n Y ə m i n (məğrur və laübali) Səhneyi-hərbdən, mücadilədən. A r i f (acı təbəssümlə) Bir fəzilətsə öldürüb-ölmək, Canavar bizdən əşrəf olsa gərək. … İ x t i y a r (onun qolundan tutaraq) Arif, oğlum, bıraq münaqişəyi, Gəl, işim var səninlə... … İ b n Y ə m i n (dışarıda pəncərə önündə, çavuşa) Pək düşündün, nə var? Ç a v u ş Bəyim, hər şey, Bir bəla iştə gördüyün Arif, Çünki Rənayə pək yaqın şu hərif. Daha müdhiş bəla bizim əskər, Qorqarım, cümlə sirri faş eylər. Bizi görmüş də çünki Rənanın Babasın qətl edən zaman, xain! Arif sağ tərəfdən daxil olur, onları dinlər. İ b n Y ə m i n (qafasını oynataraq istehzalı təbəssümlə) Bir böyük ordu, bir yığın insan, Bənim uğrumda oldu həp qurban. Keyfə sərf eylədim də milyonlar, Yenə devlətcə etibarım var. Bən kimim, bir ərəb... nə zənn etdin? Bir çocuqdanmı qorqar İbn Yəmin? (Gedərlər.) İşıq azalır, ağsaqallı, möhtəşəm simalı bir miralay xəyalı görünür. R ə n a (şaşqın və həyəcanlı) Ah, babam, bir də anlı-şanlı babam! İntiqam almadan, inan, yaşamam. B a b a s ı n ı n x ə y a l ı (mühib və ağır bir ahənglə) İntiqam! İntiqam!.. (çəkilir.) A r i f Aman, bu nə hal! ? R ə n a Babamın kim bulursa qatilini, Ona bən səcdə eylərim ələni. Bəni çöllərdə gəzdirən duyğu, İntiqam eşqi... həp bu, yalnız bu. A r i f Görünür, sizcə, bəllidir qatil? R ə n a Xayır, əsla bilinmiyor o səfil, Diyor İbn Yəmin: “İnan bana sən, Bulurum nerdə olsa qatili bən”. A r i f Bəncə, bir hiylədir bu, dinləmiyin. … Bu sırada Vasiflə arqadaşı küçük zabit, silahsız olaraq, yaralı bir rus zabiti gətirirlər.A r i f (Vasiflə küçük zabitə) Ah, nə munis, nə mərhəmətlisiniz; Nerdə rast gəldiniz şu zabitə siz? V a s i f Pək yaqınlarda, yol kənarində, Baqdıq, əhvalı xeyli pəjmürdə. K ü ç ü k z a b i t Bir əsir iştə, düşman olsa belə, Yenə lazım müavinət edilə. ... K ü ç ü k z a b i t Türk ordusu ətrafə bu gün həmlə edərkən, İranə və ya Qafqaza imdadə gedərkən, Rus ordusu durmaz, çəkilirkən önümüzdən, Vasif! Nə rəvadır ki, şu parlaq günümüzdən Feyz almayaraq biz olalım qəflətə mail, Satmaz, satamaz milləti şəxsiyyətə aqil. V a s i f (ani bir düşüncədən sonra kəskin və şiddətli) Turana qılıcdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət... Bu sırada səhnənin işığı azalır.                          İKİNCİ PƏRDƏ Ərəb zevqinə uyğun süslü bir salon... İblis xidmətçi ərəb qiyafətində ötəyi-bəriyi dü- zəltir. Bu sırada Arif sağ qapıdan girər. Rənanın qapıyı qapayıb getdiyini görüncə büsbütün şaşırır. ... İ b l i s Söylə, dərdin nədir, aydın söylə! A r i f Mərhəmət qıl da, aman, lütf eylə, Söylə Rənayə ki, Arif gəlmiş. İ b l i s Anladım dərdini, lakin bu, zor iş... Ona nail olur ancaq onlar Ki, avuclar dolusu altını var. A r i f Bəndə yoq altın, əzizim, zira Uymamış sərvətə könlüm əsla. İ b l i s (yarımqəhqəhə ilə) Altının yoqsa, silahın var ya, Bəni öldür də, qavuş sonra ona. Nəyə daldın, niçin oldun məyus? A r i f Çünki yoq bir şeyim, əfsus, əfsus! İ b l i s Bir şeyin yoqsa da, könlün var ya, Bana ver könlünü... A r i f (masa üzərindəki şərab qədəhini yaqalar) Ah, aman! Bir içim olsun, bana su! İ b l i s (sürahiyi alıb qədəhi raqı ilə doldurur) Al, iç! A r i f (yarıya qədər içər. Yüz-gözünü bürüşdürür) Eyvah, nə dəhşət, yahu! Su deyil, səmli bir atəşdir bu. İ b l i s (başqa bir şüşədən böyük bir qədəh dolusu şərab verir) Bu, fəqət tatlıdır, al iç! Rəna əlində bir qaç parça kağız daxil olur. İ b l i s Şu kağızlar nə içindir, yavrum? R ə n a Onu bunlar edəcəkdir məhkum. A r i f Əcəba, kimdir o xain, miskin? R ə n a Səncə, pək bəlli hərif: İbn Yəmin. A r i f Bana ver, şimdi o azğın canavar, Bulur, əlbəttə, cəza, qurtulamaz. (Kağızları alır, sürətli adımlarla gəldiyi qapıdan çıqar.) İ b n Y ə m i n (daxil olur, Rənayə) Get, gülüm, sonra məhəbbət edəriz. (Ariflə bərabər əlisilahlı iki kanun nəfəri daxil olur. Arif İbn Yəmini göstərir.) Tam kəndisi, iştə! Ah, qəddar! İ b n Y ə m i n Lakin çəkilirmi bu həqarət?(Silah çəkmək istər.) A r i f Bəllidir etdiyin xəyanət. (İbn Yəmini alıb götürürlər.) A r i f Xain yaqalandı, ən nihayət. İ b l i s (yarımqəhqəhə ilə) Eşq olsun, əvət, böyük məharət! A r i f Rəna hanı? Söylə gəlsin! İ b l i s Əfsus, Bir zabitə uydu getdi... A r i f (sözünü kəsərək) Bildim, yetişir, o bəlli bir yol. (Dərhal dışarı fırlar.) İ b l i s Get, durma! (istehzalı qəhqəhə) Fəqət, yazıq! Əmin ol, Bəklər səni bir yığın cinayət, İzlər səni bir yığın fəlakət. (Qəhqəhə...)                      ÜÇÜNCÜ PƏRDƏ Səhnə ilk pərdədə olduğu kibi ixtiyar şeyxin çardağını – qülbəsini göstərir. Şeyx dışarıda, çardağın altında təsbih çəkərək dalıb getmiş... Son bahar, öylə, sisli hava... Arif fəssiz olaraq gəlir, Xavər ona doğru qoşar, yaqlaşdığı sırada birdən- birə küskün və şaşqın bir tevr ilə ürküb geri çəkilir. A r i f Xavər, bana baq, zavallı Xavər! Bir söylə, nədir bu hali-müztər? X a v ə r Qoşdum sana sevdiyimdən, amma Baqdım ki, sevilməyənlər əsla Layiq deyil olmağa həmağuş, Ürkdüm də, çəkildim iştə mədhuş. A r i f Dur, qəlbimi bir də yaqma artıq, Arif fəqət intiharə layiq... Bəndən babana səlam edərsin, “Gəlmişdi də, şimdi getdi” dersin. (Gedəcək olur.) X a v ə r (bir az yaqlaşır) Yoq, getmə, babam gəlir bu saət, Dur bir verəyim xəbər...(Gedər.) A r i f (cibindən yarıdolu bir raqı şişəsi çıqarır) Of! Qəmlərimə təsəlli ol sən, Hər dərdi unutmaq istərim bən. Son damlasına qədər içib şişəyi bir tərəfə atar. Ətrafı süzdükdə gözünə ilişən tabançayı yerdən alır, qurşunlarına diqqət edər. A r i f (səndələyərək) Gəldinmi? X a v ə r Sərxoşmu, nəsin? Gəl, iştə əvvəl! Məhv et bəni, olmayım da əngəl. A r i f (vəhşi bir hücumla boğazından yaqalayıb boğar, İblisdə alçaq və məmnun bir qəhqəhə...) Al!.. İştə... budur cavabın ancaq... Xavər iztirab və dəhşətlər içində əbədi bir şükutə varır. İ x t i y a r (gəlir, Xavərin cənazəsini görüncə) Ah, o nə, eyvah, nə olmuş ona? … (Məyus və şaşqın baqışlarla cənazəyə yaqlaşır, qollarını köksündə çapraz edər, titrək və acı bir fəryad ilə.) Söylə, aman, söylə, mələk Xavərim! Kim?.. Sana kim qıydı, aman, söylə, kim? (Qucaqlayıb öpər. Cənazəyə acı fəryad ilə.) Yavrum! Aman, nazlı, mələk Xavərim... Pərdə                                   DÖRDÜNCÜ PƏRDƏ (Ormanda bir cığır... Ariflə Rəna gəlir. Kənarda ıslıq çalınır, bir qurşun atılır). R ə n a (diksinir, təlaş ilə) Qurşun səsi!.. A r i f (laübali qəhqəhə ilə cibindən bir revolver çıqarır) Hiç qorqma, yanımda həm silah var, Həm altın... Əvət, nasıl da parlar!.. Bir avuc altın çıqarır, əlində oynatıb cibinə qoyar. Haydutlar arqa tərəfdə, ağaclar arasında görünür. Heyrətlə onları dinlərlər. R ə n a Nerdən sana anlamam şu sərvət? A r i f (məğrur qəhqəhə ilə) Bir arqadaşımdan oldu qismət, Pəncəmdə həlak olub boğuldu, Sərraf idi, həm də xeyli zəngin... Kənardan İblisin mənalı və istehzalı qəhqəhələri eşidilir. R ə n a Sus, bir ləkədir bu söz səninçin; Beş altına qarşı bunca vəhşət!? Haydutlar ortaya fırlar. B i r i n c i h a y d u t (tüfənglə nişan alır) Altınları ver!.. İ k i n c i h a y d u t (xəncərini Arifin köksünə dayar) Ver həpsini! (Bu sırada vüqarlı, müsəlləh, zabitqılıqlı, qalın bıyıqlı, gur, qarasaqallı, zində və mühib simalı Elxan ağaclar arasından çıqar. Ətrafda iki qurşun atılır, Elxan haydutlara) Durmayın, haydı, bir baqın da nə var, Bəkçilər zərrə qəflət eyləməsin. Ələ bir av keçərsə, siz gətirin. Bana baq, kim dökərsə haqsız qan, (kəndinə işarətlə) Ən ağır bir cəza verir Elxan. Bu sırada gedən haydutlar iki-üç çingənə ilə İbn Yəmini silahsız olaraq gətirirlər. Elxan onu görüncə tanır. (İbn Yəminə) Söylə, kimsin? Adın nə? İ b n Y ə m i n ... İbn Yəmin. E l x a n (Ariflə Rənayə yarımqəhqəhə ilə) Bəni asdırmaq istəyən şu ləin! İştə bir av ki, izlər avçısını. İ b n Y ə m i n (diz çökər) Aman, əfv et! Qüsurluyum, Elxan! (İblis ağaclar arasından çıqar). E l x a n Yahu, səni kim bıraqdı?.. İ b l i s (məğrur bir tevr ilə əlini köksünə qoyaraq) Kəndim! A r i f (Elxana) Bir mürşid o, sahibi-kəramət. (İblisin əlini öpər) Xoş gəldin, aman, nə mutlu saət!.. E l x a n Kimsin, əcəba, səndə ki var böylə məharət? İ b l i s Bən hiçlə doğan bir ulu qüvvət, ulu qüdrət, Bir qüdrəti-külliyyə ki, aləm bana bədxah, Dünyadə əgər varsa rəqibim, o da: Allah!.. (qəhqəhə) …Bən Şərqdə abid olurum, Qərbdə rahib. Bir qazi olub, gah edərim fitnələr icad, Bəzən olurum bir çoban, azadə bir insan, Bəzən olurum zülmü fəsad aşiqi sultan. Bu halda İxtiyar – Xavərin babası – başıaçıq olaraq pərişanhal və məcnunanə bir qiyafətdə ağacların arasından çıqar. İ x t i y a r (həyəcanlı və çılğınca bir fəryad ilə) Ah, Xavər! Sana kim qıydı, gülüm! Bən dururkən sana layiqmi ölüm? Onlar, eyvah, o səfil insanlar, Qəlbi, vicdanı sönük qaplanlar!.. E l x a n (sözünü kəsərək) Söylə, aç söylə, bilinsin dərdin, O sönük qəlbi isındırmaq için, Nə dilərsin yaparım, etmə kədər... İ x t i y a r (müztərib) Bana imdad edin, eyvah, imdad! Əmr edin, şimdi bulunsun cəllad! X a v ə r i n x ə y a l ı (görünür və çəkilib gedər) İntiqam!.. İ x t i y a r İştə o, dilbər mələyim! Getmə, dur, bən də bərabər gələyim. Çılğınca qəhqəhələrlə onu izlər. İslıq səsi eşidilir. Vasif və İbn Yəminin çavuşu iki nəfər başqa haydutla gəlir. V a s i f (Rənayə) Şu zalım xunxar, Babanın qatili olmuş... E l x a n (növbətçiyə) Al bunu, söylətmə daha! (İbn Yəmin növbətçinin göstərdiyi yerdə çəkilib durur.) E l x a n Hazır ol! Bir, iki, üç... (Nişançılar ortada sıraya duranları yaylım atəşilə qurşuna düzərlər.) H ə p s i Ah, eyvah!.. E l x a n (Vasifə, İbn Yəminin cənazəsini göstərir) Bana baq, izləməsəydin də dəmin, Ələ keçməzdi, inan, İbn Yəmin. Xeyli məmnunim, əzizim, səndən, Söylə, yavrum, nə dilərsin bəndən? İ b l i s (Rənayı göstərir) O gözəl afətə məftun şu çocuq. R ə n a (Arifə) Sən bənim əski pərəstişkarım, (Vasifi göstərir.) Bu isə ən yeni bir dildarım; Haqqı, əfsus, edəməm bən inkar, Çünki Tanrımla bənim əhdim var, Bulsa hər kim babamın qatilini, Bil ki, məmnun edər ancaq o bəni. A r i f (Rənayə) Nə demək!.. Sən bu çürük lafı bıraq! Yoq, bu, mümkün deyil əsla, bana baq! Bir düşün, əldə dururkən şu silah, Böylə təhqirə dayanmam... ...A r i f (ətrafa, təhəssür ilə) Ah, bir Vasifi görsəm... əfsus!.. (Həyəcanlı və müztərib.) Qardaşım, sevgili Vasif, bana gəl! Səni görsəm, bəni qorqutmaz əcəl. V a s i f (ətrafa) Ah, fəqət, Qardaşım Arifə qaldım həsrət. (Yaralı bir ahənglə.) Nerdəsin? Gəl bana, Arif!.. Əlan Kim bilir, bəlkə, əcəl verməz aman. İ b l i s Hazır ol! Bir, iki, üç... (Silahlar açılır.) V a s i f (düşər) Ah!.. R ə n a Vasif! Eyvah!.. (Cənazə üzərinə qapanıb ağlar.) A r i f (şaşqın) Nasıl? Vasifmi?! İ b l i s (acı qəhqəhə ilə) Öylə ya, Vasif!.. O Vasif ki, səni Eşqi yıllarca əsir etmişdi, Sana qurban oluyor, baq, şimdi. A r i f (şaşırır, Vasifə yaqlaşır, dəlicəsinə tədqiq edər, son dərəcə həyəcanlı) Qardaşım, ah, o əvət!.. (Qucaqlar.) Vasif! Oyan, Ah, visalın nə yaman oldu, aman! Şu vidain daha müdhiş... Vasif! Dur, bərabər gedəlim... (Əlindəki silah ilə intihar etmək istər.) R ə n a (mane olur.) Of, Arif! (Biixtiyar silah Arifin əlindən düşər, Vasifə baqıb qorqar, geri çəkilir. İblisi sərsəmcə baqışlarla süzüb durur). Ü m u m (coşqun, İblisə) Sənsin bu cinayətlərə bais. Qəhr olmalı, məhv olmalı İblis! Hər tərəfdən hücum etmək istərlər. İ b l i s (gah istehzalı və məğrur, gah çılğın və qorqunc qəhqəhələrlə) Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var: Qan püskürən, atəş savuran kinli krallar, Şahlar, ulu xaqanlar, o çılğın dərəbəglər, Altın və qadın düşkünü divanə bəbəklər. Bin hiylə quran tilki siyasilər, o hər an Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan; Onlarda bütün fitnəvü şər, zülmü xəyanət, Onlar duruyorkən bəni təhqirə nə hacət?! İblis nədir? – Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? – İblis!.. (Şiddətli və sürəkli qəhqəhələr içində yerin dibinə çəkilir, Arif əlilə saçlarını yaqalar və məcnunanə bir tevr ilə baqıb durur. Ətrafdakılarda da eyni şaşqınlıq dəvam edər).
·
587 görüntüleme
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.