Gönderi

184 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 17 days
Zeze Müəllifin öz uşaqlığında bəhs etdiyi bir kitabdır. Nəzərə alsaq ki, insanın cəmiyyətdə və həyatdakı mövqeyi, düşüncəsi, ümumiyyətlə, şəxsiyyəti uşaqkən yaşadıqları ilə bilavasitə bağlıdır, bu əsər uşaqların böyüklər tərəfindən anlaşılması üçün əla vasitədir. Zeze - xəyal dünyası dolu- dolu olan 5 yaşında. Amma evdə onu "şeytanın çocuğu" adlandırırlar- "Sen bir Meleksin, Zeze, tam bir Melek ".Çünki hər uşaq kimi yaramazlıqlar edir. Və ən təəssüfverici budur ki, ailədə 2 nəfərdən başqa bütün "doğma"ları onu anlamadan, anlamağa çalışmadan döyür. Ahh bunu nəyə əsaslanaraq deyirəm? Kitabın bir bölməsində Zeze atasının üzgün olduğunu görür(işsiz olduğu üçün) atasının moralini düzəltsin deyə güzelim Zeze başlayır mahnı oxumağa. Sırf mahnının sözlərinə görə atası təkrar-təkrar söylədib onu döyür. Halbuki, Zeze o sözlərin mənasını bilmirdi sadəcə ahənginə qatılaraq öyrənmişdi. Amma bir dayanıb uşağa sözləri deməkdən çəkindirməsi əvəzinə bunu təkrar etdirib döyməsi qəddarlıqdan başqa bir şey deyil,nəinki tərbiyələndirmək Bu isə uşaqda özünə qarşı aqressiya oyadır normal olaraq. Ona isə sadəcə sevilmək, şəfqət gərək idi. Necə ki, bunu müəllimi və sonradan dostu və vaftiz atasına çevrilən Manuel Valaderes(Portuga) ilə yaşayırdı. Zeze kimi Portuganın deyimi ilə desək zehir gibi zekası olan uşağa o ailə layiq deyildi deyək. Portuga isə zamanla ailəsinə çevrilir. Burda Xururucanı unutmayaq Zezenin Portugaya qədər ki, ən yaxınnn dostu və xəyal dünyasının ayrılmaz parçasını- bəli, bir portağal ağacı fidanı!. Təsəvvür edirik qəhrəmanımız necə sevgi dolu uşaq olub? Evet bu Zeze'də əksinə idi o içimizi kıpırdatan sevgisini ailəsi sayəsində qazanmamışdı, onlar sayəsində itirmişdi sevgisini, şəfqətini. Portuga isə ona bu sevgini, şəfqəti qaytarmağı bacarır. O Zezeyə əsl ata olur amma çox üzülərək qeyd edirəm ki, bu sevgi dolu günlər çox sürmür. Zeze Portuganı- "əsl" atasını itirir. Bu isə Zezeni məhv edir desəm yanılmaram. Çəkdiyin acılarr, xeyrr, dayak acısı deyil, bu itirmək acısıdır ki, muhtemelen o cılız bədəninə sığdıra bilməmisən, necə ki, "ailən" səni bir evə sığdıra bilməmişdi. Niyə əsl ata dedim? Əsərin sonunda Zezenin bioloji atası onu qucağına alanda "Bu adam kim? Neden beni kucağına aldı? Benim babam değil ki. Benim babam öldü." Ahh Cücəmmm. Heç vaxt anlamadığım və anlamayacağım bir məsələ var, əgər maddi zorluq çəkirsinizsə, nə üçündür bu boy-boy uşaqlar? Əziyyət etməyə? onları məhv etməyə?. Sevgi verə bilməyəcəksinizsə canınız cəhənnəmə! Kaş uşaq ikən anlamağa, anlatmağa çalışsaq, kaş sevgini kənarda axtarmağa əsir etməsək, etməsəniz onları. Sevgilərlə Zeze
Şeker Portakalı
Şeker PortakalıJosé Mauro de Vasconcelos · Can Yayınları · 2022232.7k okunma
··
217 views
Yusif Rzalı okurunun profil resmi
Belə incelemeden sonra kitabı oxumamaq olmaz💚
zhala okurunun profil resmi
Məharət təkcə anlatmaqda deyil, həm də anlamaqdadır💚
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.