Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"Öyrəniş" Həyat nədir? Sual verdim özümə, Mənasını çiçəklərdən öyrəndim. Yaşadıqca çarpışmayı, sevməyi Qəlbimdəki diləklərdən öyrəndim. Bir yay aldım çıxmaq üçün şikara, Tuş gəldim bir ahu gözlü nigarə. Nişan alıb ox atmağı, nə çarə, Daş ürəkli mələklərdən öyrəndim. Sular kimi köpüklənib daşmağı, Ellər kimi uca dağlar aşmağı, Min bir əməl arxasınca qoşmağı Dürlü-dürlü ürəklərdən öyrəndim. Xəbər olsun hər tazəyə, hər gəncə: İnsan çocuq, həyat ona əyləncə… Mən gurultu qoparmağı ilk öncə Alov gözlü şimşəklərdən öyrəndim. Həyat nədir? Ölüm nədir? Boş sual! Sevda nədir? Hicran nədir? Bir xəyal! Mən bunların əsasını, iştə, al: Həp çəkdiyim əməklərdən öyrəndim.
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
·
101 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.